şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixi ədəbiyyatımızda...

Image


Vaqif Yusifli: “Ancaq deyə bilmərik ki, dövlət müstəqilliyinin obrazı ədəbiyyatımızda tam əks olunub”
Nərgiz Cabbarlı: “Bütünlükdə, o prosesləri özündə əks etdirən, mövzu olaraq məhz o hadisələrin seçildiyi əsərlər, tarixə düşmək şansı qazanmış hansısa bir roman, povest hələ ki, yazılmayıb”

 

Ədəbiyyat dövrün, zamanın güzgüsü olduğu üçün cəmiyyətdə gedən bütün sosial-mənəvi, psixoloji proseslər, insanların hüquq və azadlıqları uğrunda apardıqları mübarizələr ədəbiyyatda ətraflı şəkildə öz əksini tapmalıdır. Bədii ədəbiyyat hadisələri obrazların dili və bələdçiliyi ilə əks etdirməlidir.

Azərbaycan xalqı dövlət müstəqilliyinə qovuşmaq üçün böyük bir mübarizə yolu keçib. Bu mübarizədə xalq həmrəyliyi, insanların mənəvi birliyi, eyni ideya və amal uğrunda verdikləri mücadilələr qalib gəlib və Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazanıb.

Ölkəmiz artıq 27 ildir müstəqildir və ənənəvi olaraq 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. Bütün yaradıcılıq sahəsində olduğu kimi, bədii ədəbiyyat da müstəqillik tariximizin təbliğinə həsr olunan əsərlərlə gündəmdə olmalıdır. Ədəbiyyatşünaslar bildirirlər ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixi bütövlükdə bədii ədəbiyyatda ifadə olunmalıdır. Onlar hesab edirlər ki, gələcək nəsillər bu əsərləri oxuyarkən xalqımızın dövlət müstəqilliyimizi necə çətinliklə qazandığı haqqında məlumatlar əldə edəcəklər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradılmasının vacib olduğunu deyən ekspertlər hesab edirlər ki, bu gün o ədəbiyyat tam olaraq yaranmayıb. Müstəqillik dövrü ədəbiyyatının təşəkkülünün, formalaşmasının ən vacib məsələ olduğunu qeyd edən ekspertlər hesab edirlər ki, hələ də dövlət müstəqilliyimizin bərpasında canından keçən Vətən övladlarının xeyli bir qisminin bədii ədəbiyyatda obrazları yaradılmayıb.

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas, tənqidçi Vaqif Yisiflinin sözlərinə görə, müasir ədəbiyyat dövlət müstəqilliyimizlə bağlı əsərlərlə daha çox zəngin olmalıdır: “Təbii ki, müstəqillik təkcə ölkənin ictimai-siyasi həyatında deyil, ədəbiyyat və incəsənətində də öz əksini tapır. Yəni 27 illik dövlət müstəqilliyimiz ədəbiyyatın da simasına öz təsirini göstərib. Birincisi, ona görə ki, ədəbiyyat bir çox buxovlardan, stereotiplərdən, şablonlardan xilas olmağa başladı. Vaxtilə Azərbaycanın müstəqilliyi haqqında fikirlər, ideyalar mətnaltı gedirdi, ancaq müstəqillik əldə etdikdən sonra ədəbiyyatda “Azərbaycan” obrazı yarandı. O Azərbaycan obrazı ki, keçən dövrlərdə şair və yazıçıların əsərlərində tarixi planda əks olunmuşdu. Lakin indi artıq heç bir qadağa yoxdur. Digər tərəfdən, ədəbiyyat öz pəncərələrini geniş açdı. Vaxtilə dünya ədəbiyyatına, Avropa ədəbiyyatına gedən yollar nisbətən bağlı idi. Ancaq keçən əsrin 90-cı illərindən başlayaraq, xüsusən gənc yazıçıların əsərlərində Azərbaycan ədəbiyyatına yeni hava, yeni nəfəs gəldi, yeni ədəbi cərəyanların işartıları görsəndi. Əlbəttə, bu, Azərbaycan ədəbiyyatı üçün tam yeniliklər idi. Müstəqillik dövrü ilə bağlı, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən əsərlər yarandı. Erməni işğalçılarına qarşı mübarizəni əks etdirən əsərlər var. Azərbaycanın tarixi keçmişini bu günün meyarları nöqteyi-nəzərindən ifadə edən əsərlər yazıldı. Ancaq bununla bərabər, deyə bilmərik ki, dövlət müstəqilliyinin obrazı ədəbiyyatımızda tam əks olunub”.

Dövlət müstəqilliyimizin ədəbiyyatımızda tam olaraq əks olunmamasının səbəblərinə gəlincə, V.Yusifli bunun bizə məlum olmayan tərəflərinə aydınlıq gətirdi. O qeyd etdi ki, bu mövzu yazıçıdan, şairdən düşünmək tələb edir. “Məsələn, Rusiyada 1812-ci il vətən müharibəsi baş vermişdi. Həmin dövrdə o hadisə ədəbiyyatda əks olunmamışdı. Bu hadisələr illər keçəndən sonra Lev Tolstoyun “Hərb və sülh” əsərində öz ifadəsini tapa bildi. Hesab edirəm ki, müstəqillik tariximiz ədəbiyyatımızda öz əksini tapacaq. Ədəbiyyatımızda Azərbaycan döyüşçüsünün keçdiyi yolu daha parlaq, daha önəmli vermək olar. Bizim elə milli qəhrəmanlarımız var ki, onlar haqqında hələ bədii əsərlər yazılmayıb. Amma milli qəhrəmanların obrazları yaradılmalıdır. Dövlət müstəqilliyimizin memarı olan ulu öndərin obrazı haqqında çoxlu əsər yazılıb. Ancaq bu əsərlərin əksəriyyəti ulu öndərin obrazını tam canlandırmayıb.

Belə hesab edirəm ki, müstəqillik Azərbaycanın ədəbi həyatında da əsl müstəqilliyin yaranmasına da səbəb olacaq” - deyə V.Yusifli bildirdi.

Keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan ədəbiyyatında müstəqillik dövrünün ab-havasının hiss edildiyini vurğulayan ədəbiyyatşünas Leyla Məmmədəliyevanın sözlərinə görə, poeziyada dövlət müstəqilliyimizin tərənnümünə geniş yer ayrılsa da, nəsr sahəsində hələ də müəyyən problemlər qalmaqdadır. 1990-cı illər ədəbi prosesinə başçılıq edən ədəbiyyat xadimlərinin yaradıcılığında Azərbaycanın dövlət müstəqilliyi haqqında maraqlı örnəklər olduğunu deyən müsahibimizin fikrincə, bu dövrdə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, xalq yazıçıları Anar, Elçin, xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və bir çox digər şair və yazıçılar dövlət müstəqilliyimizlə bağlı maraqlı nümunər yaradıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi, tənqidçi Nərgiz Cabbarlı bizimlə söhbətində qeyd etdi ki, dövlət müstəqilliyimiz ədəbiyyatımızda əks olunub: “Azərbaycan tarixinin müxtəlif dövrləri periodik olaraq bədii mətnə, şeirə, dramaturgiyaya, bundan da artıq şəkildə nəsrə, tarixi romanlara gətirilir. “Gətirilmir” demək çox böyük haqsızlıq olardı. Lakin aparılan mübarizənin gərginliyi, gerçəkləri, həqiqətin təsviri, siyasi mübarizə və onunla bağlı taleyüklü məqamlar ədəbiyyatımızda öz bədii həllini hələ ki, tam şəkildə tapmayıb. Halbuki, istər əsrin əvvəllərində dövlət müstəqilliyi uğrunda aparılan mübarizə, istərsə də əsrin sonunda gedən mübarizənin müasir ədəbiyyatda müəyyən ifadəsi mövcuddur. Məsələn, əsrin əvvəllərində baş verən hadisələr haqqında bu gün də yazan müəlliflərimiz var. Daha çox Sabir Rüstəmxanlının əsərlərini qeyd etmək olar. “Şair və şər”, “Difai fədailəri” kimi romanlarını misal göstərmək olar. Hətta birincisi Məhəmməd Hadi haqqında olsa da, bütövlükdə o dövrü, o dövrün proseslərini görmək mümkündür.

O ki, qaldı müstəqilliyimizin bərpa olunması prosesinə, əsrin sonunda baş verənlərin daha çox nəticəsi - yəni Azərbaycanın müharibəyə cəlb edilməsi, şəhidlik mövzuları bədii mətnlərdə əks olunub. Həm də həddindən artıq çox.

Amma dövrün siyasi mübarizəsi, həm də gərgin mübarizənin izlərini, baş verənlərin əks-sədasını daha çox poeziyada görə bilərsiniz. Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və digərlərinin yaradıcılığında... Mənim dissertasiya mövzum da elə bu idi. Şeirdə o mübarizəni görmək mümkündür. Çağırışı da, gərginliyi də... Məsələn, Məmməd Arazın “Bizi Vətən çağırır!” şeiri...

Bu, ölüm qan yoludur,
Ölümdən, qandan keçir.
Bir qolu da qıvrılıb
Azərbaycandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Amma onu da deyim ki, dövrlə, siyasi mübarizə ilə bağlı müəyyən hadisələrin hansısa rakurslardan təsviri, müəyyən talelər fonunda əksi, yaxud, ümumilikdə, müəllifin əsas xətti kimi götürdüyü hadisələrin fonunda görüntüsü bir çox romanda müşahidə edilir. Məsələn, Afaq Məsudun romanlarında, "Azadlığ"ında da... Vidadi Babanlının "Zəmanə adamı" romanında... Yaxud yenə də Sabir Rüstəmxanlının “Akademikin son məktubu” romanında... Bu cür əsərlərin adını çox çəkmək olar. Amma, bütünlükdə, o prosesləri özündə əks etdirən, mövzu olaraq məhz o hadisələrin seçildiyi əsərlər, tarixə düşmək şansı qazanmış hansısa bir roman, povest hələ ki, yazılmayıb”. 

N.Cabbarlının sözlərinə görə, ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq sahəsində isə ortaya müstəqillik illərini araşdıran saysız-hesabsız elmi araşdırma qoyulub. Onun bildirdiyinə görə, məsələn, Aydın Dadaşovun “Müstəqillik dövrünün dramaturgiyası” monoqrafiyası və s. O bildirdi ki, ümumiyyətlə, axtarsaq, “müstəqillik illəri” anlayışı ilə başlayan saysız-hesabsız tədqiqatın mövcud olduğunu görmək olar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ