şənbə günü, 14 noyabr 2026
     

Ermənilərin daş qoç və at heykəlləri kimi türk totemlərini mənimsəmək cəhdləri də iflasa uğradı…

Image


Vahid Əziz: “Bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur”
Həyat Məhərrəmova: “At və qoyun, qoç heykəlləri Azərbaycan türklərinin mədəniyyəti ilə bağlıdır və ona ermənilərin iddia etməsi absurddur”
Tarixçi-arxeoloq Fariz Xəlilli də hesab edir ki, ermənilərin at, qoç və qoyun heykəllərinə, abidələrinə iddia etməsinin heç bir əsası yoxdur

 

Ermənilərin dünya mədəniyyətinə xidmət edə biləcək heç bir dəyərləri yoxdur. Onların “erməni mədəniyyəti” adı altında beynəlxalq aləmə təqdim etdikləri isə əsasən biz türklərin və başqa xalqların dəyərləridir. Bu gün dünya erməni saxtakarlığı ilə mübarizədə ya acizdir, ya da onların bu təbliğatına qeyri-ciddi, gərəksiz bir məsələ kimi baxdıqları üçün reaksiya vermir.

Onların yalan, saxtakarlıq üzərində qurulan təbliğat kampaniyaları bəzən nəticəsiz də ötüşmür. Belə ki, indiyə qədər ermənilər dünya çapında türklərə, azərbaycanlılara aid bir neçə maddi və qeyri-maddi irs nümunəsini öz adlarına tanıtmağa cəhd ediblər. Hətta “Köçəri” rəqsini “erməni rəqsi” adı ilə UNESCO-nun müvafiq siyahısına salmağa da nail olublar.

Məlum olduğu kimi, ermənilər təkcə Azərbaycan torpaqlarını ələ keçirməyiblər, həm də xalqımıza aid bir sıra maddi irs nümunələrini erməniləşdirməyə cəhd edirlər və bu istiqamətdə xüsusi təbliğat kampaniyası həyata keçirirlər.

Ermənilər hazırda qədim türk mədəniyyəti, həyat tərzi, düşüncəsi və totemizmi ilə sıx bağlı olan at və qoyun, qoç daş heykəllərə iddia irəli sürürlər. Guya ki, indiki Ermənistan ərazisində mövcud olan at, qoyun və qoç heykəlləri onlara məxsusdur. Əslində, bu tamamilə absurddur. Bu torpaqlara dünyanın ayrı-ayrı bucaqlarından köçürülən ermənilər o abidələri nə zaman yaratdılar ki, dünya bunu görə bilmədi?

Ermənilərin bizim qoç, qoyun, at kimi qəbim abidələrimizə iddia etməsi elm adamları və ictimai xadimlər tərəfindən qətiyyətlə pislənir. Onlar hesab edirlər ki, ermənilərin bu saxtakar əməlləri ifşa edilməlidir.

Tanımış şair, ictimai xadim Vahid Əziz də bizimlə söhbətində bildirdi ki, ermənilərin daş at, qoyun və qoç abidələrinə iddia etməsinin heç bir əsası yoxdur. “Ermənilər torpaqlarımızı işğal ediblər. Onlar, həmçinin, abidələrimizi də öz adlarına çıxırlar. Bilirsiniz ki, bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilər yalan danışmaqla, saxtakarlıqla bu kimi iddialar irəli sürürlər. Bu isə absurddur” - deyə V.Əziz bildirdi.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, qoç, qoyun və at abidələri türklər yaşayan yerlərdə mövcuddur. Onun sözlərinə görə, türk mədəniyyətinin ayrılmaz hissəsi olan at, qoyun və qoç heykəllərinin ermənilərlə heç bir əlaqəsi yoxdur. O qeyd etdi ki, bu abidələr əsasən Cənubi Qafqazda-Azərbaycan türklərinin tarixi torpaqlarında, eləcə də Şərqi Türkiyədə və Şimali İranda mövcuddur. Bunlar əsas qrupunun tarixi XIII-XIX əsrlərə gedən zoomorfik qəbirüstü daş heykəlləridir.

Tarixçi vurğuladı ki, regionda VIII əsrdə ərəblərin işğalından sonra canlı varlıqların hər hansı bir formadakı təsvirləri məhdud idi. Onun sözlərinə görə, ancaq IX əsrin II yarısından etibarən ərəblərin hakimiyyəti Babəkin Xürrəmilər hərəkatı və yerli feodalların (Səhl ibn Sunbat, Atrnerseh, Yesai Əbu Musa) müqaviməti nəticəsində sarsıldığı və zəiflədiyi zaman ərəblər tərəfindən ərazisi işğal edilmiş xalqların yaradıcılığı şəriət qanunlarına üstün gəlməyə başlayıb. O bildirdi ki, bu zaman xalq incəsənətində yenidən canlı varlıqların təsvirləri ortaya çıxmağa başlayıb. “Bunların hamısının konkret yaranma tarixləri var. Mənbələr bildirirlər ki, XV əsrdən başlayaraq qəbir daşları əsasən qoyun və ya at forması almağa başladı. Bu qəbir daşları islam ehkamlarının pozulmasının nümunəsi kimi təhlil edilir. At heykəllər həmişə yəhərlənmiş və tam təchizatlı şəkildə təsvir edilir. Yazılardan başqa belə abidələrdə ölmüş şəxsin silahları - yay, ox, qılınc, qalxan, oxluq və s. təsvir edilir. Daş qoyun heykəllərində, yazılardan başqa, vəhşi keçilərin, maralların təsvirləri, bəzi hallarda bu heyvanların ovlanması səhnələri və bəzən də məişət səhnələri təsvir olunur.

Ümumiyyətlə, fikir versəniz görərsiniz ki, at, qoç və qoyun formalı qəbir daşları, eləcə də abidələr türklərin tarixi ərazilərində mövcuddur. Bu bizim həyat tərzimizlə, dünyagörüşümüzlə sıx bağlıdır. At və qoyun, qoç heykəlləri Azərbaycan türklərinin mədəniyyəti ilə bağlıdır və ona ermənilərin iddia etməsi absurddur. Erməni mədəniyyəti ilə heç bir əlaqəsi olmayan bu heykəllərin, qəbirüstü abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısı alınmalıdır. At və qoyun daş heykəllərinin əsasən yerləşdiyi yerlərdə indi ermənilər məskunlaşıb. Onlar bura köçürüldükdən sonra qədim türk abidələrinə də yiyə durmağa cəhd edirlər. Bu gün erməni tapdağında olan İrəvan, Dərələyəz, Lori çölü və Dağlıq Qarabağ, həmçinin, Çelkinsk və Axalkələkdə bu cür abidələr var. Gürcüstan ərazisində də mövcud olan bu abidələr vaxtilə ulu babalarımız tərəfindən yaradılıb. Onu da vurğulayım ki, Qərbi Azərbaycanın Urud kəndindəki qədim qəbiristanlıqda bu cür heykəllər, abidələr mövcuddur. Arxeoloq və tarixçilər hesab edirlər ki, daş at şəklindəki qəbir daşlarına Azərbaycan ərazisindəki kurqanlarda çox rast gəlinir”.

Ekspert qeyd etdi ki, at və qoyun daş heykəlləri xalqımızın tarixinin bir nümunəsidir. O, həmçinin, vurğuladı ki, Azərbaycan ərazisində qoyun və daş heykəlləri var-dövlət simvolu olaraq da qəbul edilirdi.  Naxçıvan ərazisində, Dağlıq Qarabağda, Lənkəran rayonunda, Mil düzündə, Abşerona qədər bir sıra kəndlərin müsəlman qəbiristanlıqlarında mövcuddur, əhali də bu heykəllərə ehtiram göstərir və onları nisbətən inanc və adətlərlə əlaqələndirirlər.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də hesab edir ki, bu abidələr türk xalqının mədəniyyəti ilə sıx şəkildə bağlıdır. “Azərbaycan ərazisində qoç, eləcə də at fiqurlarının təsvir olunduğu qəbirüstü abidələrə tez-tez rast gəlinir. Xüsusilə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximizin daha dərindən öyrənilməsi, bu məqsədlə aparılan arxeoloji tədqiqatlar bu cür abidələrin geniş coğrafiyasını aşkara çıxarıb” - deyə bildirən alimin sözlərinə görə, Ağsu rayonunun Nərgizava abidəsindəki daş heykəl Qafqaz Albaniyasının daş sənətkarlığında özünəməxsus yer tutur. O bildirir ki, ötən əsrin 30-cu illərində Qarabağda aşkar olunan qoç qəbir daşlarından birinin üzərində “Allah, Məhəmməd, Əli, Ağalar” yazılıb. Bu qəbir daşı Milli Azərbaycan Tarix Muzeyində nümayiş olunur. “Ermənistanda qalan Urud qəbiristanlığındakı qoç qəbir daşları ermənilər tərəfindən talan edilərək naməlum yerlərə daşınıb. Mərhum Məşədixanım Nemət həmin qəbir daşlarının bir hissəsini öyrənmişdi. Bu incəsənət abidələri, koroplastika nümunələri Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində, qəbiristanlıqlarda və muzeylərdə çoxlu saydadır” - deyə alim bildirir.

O, həmçinin, vurğulayır ki, Azərbaycan ərazisində at heykəlli qəbirlər adı ilə tanınan abidələrimiz də Ermənistanın işğalı altındadır. Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında və digər ərazidə yerləşən at heykəlli abidənin bud tərəfində həkk olunan üç horizontal və bir vertikal xəttin çox maraqlı olduğunu qeyd edən alim bildirir ki, Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ