Cümə günü, 06 noyabr 2026
     

“İRƏVAN MƏSƏLƏSİ” – TARİXİ BƏLGƏLƏR İŞIĞINDA

Image


Bu yaxınlarda Xaqani İsmayılın "Ermənistan Respublikasının yaranması (1918) və beynəlxalq hərbi-siyasi vəziyyət" adlı tarixi araşdırmalardan ibarət kitabı "Müəllim" nəşriyyatı tərəfindən yayınlanmışdır. Əsər rus və azər dillərində hazırlanmış, ingilis və türk dillərində geniş özət ilə tərtib olunmuşdur. Kitabın rəyçiləri Kanada və Rusiya EA-nın üzvü, professor Ziyadxan Nəbibəyli və AMEA Tarix və Etnologiya İnstitutu Cümhuriyyət tarixi şöbəsinin müdiri tarix e.d. Kamran İsmayılovdur.
Kitabda Ermənistan dövlətinin yaranması (1918) və o dönəmə aid uluslararası hərbi-siyasi durum araşdırılarkən bu olayların tərkib hissəsi olan İrəvanın taleyi məsələsinə də yeni baxış bucağından, qarşılıqlı dəlillər toplusu ilə, tamamilə ayrılıqlı şəkildə aydınlıq gətirilmişdir.

Müəllif bu olduqca mübahisəli və dövlət əhəmiyyətli tarixi problem üzərində uzun sürə araşdırma apararkən yeni tarixi sənəd və dəlilləri araşdırmaya cəlb etmişdir. Bu sənədlər sırasında Zaqafqaziya Seyminin, Paris Sülh Konfransının sənədləri; başqa arxiv materialları; ABŞ, erməni, gürcü, türk, Azərbaycan qaynaqları da yer alır. Onun dəlillərinə görə, AMEA-nın ictimai rəy formalaşdıran bəzi əməkdaşlarının "İrəvanın güzəşti" məsələsi ilə bağlı yöntəmləri (üsulları) tamamilə yanlışdır! Olayların geniş çərçivəsindən ayrı tutulan təkcə bir-iki sənəd üzərindən hökm verməyə çalışılır! Əslində isə, "İrəvanın itirilməsi" olayının tarixi-problematik çərçivəsi I Dünya Savaşıdır! – Bu, Türkiyə, Almaniya, Azərbaycan, Gürcüstan, Ermənistanın tarixi, hərbi-siyasi duruma görə, həm də 1917-ci ilin 23 dekabrında Fransanın razılığı ilə Qafqaz da təsir dairəsinə verilmiş olan Böyük Britaniyanın yaxınlarda böyük qüvvə ilə bölgəyə gələcəyini və gedişatı 180 dərəcə dəyişə biləcəyini gözə alan məcburi, kollegial qərarıdır...
Yeri gəlmişkən, kitabda "İrəvanın güzəşti" məsələsi müzakirə olunmazdan xeyli öncə ingilislərin Qafqaza hərbi müdaxilə ehtimalı ilə bağlı faktlar da yer alır:
Ermənistanın o vaxtkı xarici işlər naziri Aleksandr Hatisyan türk mediasına verdiyi açıqlamada demişdi: "Hələ Güney Qafqaz Seymi ilə danışıqlar aparılarkən (1918, may –X.İ.) türk ordusu ingilislərin İranın quzeyində irəlilədiyini eşidib, Culfaya qədər uzanan dəmir yolunu tutmaq üçün Gümrüyə yürüş etdi."
Göründüyü kimi, türklər Qafqaza erməni bölgələrindən keçməklə yaranacaq ingilis təhlükəsini İrəvanın statusu məsələsindən də ən azı yarım ay qabaq, Gümrünü almazdan öncə duymuşdular və bu təhlükə olduqca gerçək idi, çünki İraqın Qut şəhərində 1916-cı ildəki dəhşətli məğlubiyyətdən sonra ingilislər Yaxın Şərqdə, İraq cəbhəsində 42 minlik türk ordusuna qarşı, 340 minlik ingilis-hind qüvvəsi cəlb etmişdilər...
Məhz ingilislərin sömürgələrdən (müstəmləkələrdən) aldığı para və əsgər köməyi onlara davamlı üstünlük yaratmışdı; az sonra Böyük Savaş türklərin yenilgisi ilə sonuclandı və onlar bir neçə ay öncə zəfər qazandıqları İran, Qafqaz, Doğu Anadolu və Kilikiya bölgələrindən çəkildilər; üstəlik Anadolunun batı hissəsi də işğal olundu və qarşıdakı proseslər Türkiyənin bölünməsi üçün 1920-ci il 10 avqust tarixli Sevr Anlaşmasına doğru gedirdi...
Kitabdakı tarixi sənədlərdən aydın olur ki, I Dünya Savaşı dönəmində, ondan öncə və sonra dünya diplomatiya müstəvisində şərtlər Qalib Müttəfiqlərin tərəfdaşı sayılan (və 250 min əsgəri qüvvə ilə onların ordularına qatılan) ermənilərin xeyrinə idi… Azərbaycanlılar isə Osmanlının – məğlubiyyəti yaxınlaşan Almaniya blokunun tərəfdaşı idi. Yeni dövlətlərin müstəqilliyinin və Böyük Savaşdan sonrakı xəritələrin tanınması isə Qalib Müttəfiqlərin –Antanta blokunun, özəlliklə də o blokun başçısı Böyük Britaniyanın səlahiyyət dairəsində idi.
Müəllif bəlgələrə dayanaraq göstərir ki, Bolşevik Devrimindən sonra və Zaqafqaziya Seyminin son günlərinə qədər İrəvan Quberniyası ərazisində hakimiyyət və hərbi idarəetmə Rusiya tərəfindən ermənilərə və Erməni Korpusuna verilib. Ermənilərin I Dünya Savaşında Rusiya ordusunun sıralarında 50 min könüllüdən başqa, 150 000 nəfərlik nizami qüvvə ilə Qafqaz cəbhəsində iştirakı da bu prosesi önəmli dərəcədə asanlaşdırıb. Qafqaz Cəbhəsinin Baş komandanı Prjevalski 26 dekabr 1917-ci il tarixli sərəncamı ilə general F.İ.Nazarbekovu ayrıca erməni ordu korpusunun [genəl anlayışlara görə, korpusun döyüş gücü olaraq 36 000-dən 38 000-ə qədər piyada, 1200 süvari və 114 topçu heyəti gözə alınır –X.İ.] komandiri təyin edib: bununla da erməni xalqı on minlərlə canlı qüvvədən, artilleriya və süvari bölüklərindən ibarət qanuni hərbi qüvvələrə malik olub... Başqa sözlə, ermənilər İrəvanda hərbi-mülki idarəçiliyi (Aram Manukyanın başçılığı ilə) Zaqafqaziya Seymi dönəmindən əldə ediblər.
Kitabda həmçinin tarixi sənədlərə əsaslanaraq, Ermənistan dövlətinin yaradılması ərəfəsində (1918) uluslararası hüquq baxımından İrəvan Quberniyasında fəaliyyət göstərən hüquqi dövlət hakimiyyətinin etnik bölgüsü də izah edilir (Qeyd edək ki, Paris Konfransında Qafqaz respublikaları və rus işğalında olan bir kəsim Doğu Avropa xalqlarının bəyan etdikləri özgür dövlətlər de-fakto tanınanadək bu bölgələr Rusiya torpaqları sayılırdı.):
Quberniya şəhəri – İrəvana 20-ci yüzilin başlarında əsasən ermənilərdən ibarət aparatı ilə mer başçılıq edirdi. Şəhər idarəsi yarı erməni, yarı müsəlmanlardan ibarət idi. Qubernatorlar: 21 iyun 1849-cu ildən 1917-ci ilin noyabrına qədər ruslar idi. Ancaq 1917-ci ilin noyabrından erməni qubernator təyin edildi: A.Aqaryan. İrəvan Dairə Məhkəməsi: Cinayət məhkəmələri və həbsxanalar İrəvan və Aleksandropolda (Gümrü –X.İ.), mülki məhkəmələr Quberniyanın bütün qəza şəhərlərində yerləşirdi. Bu məhkəmələrə yalnız ruslar başçılıq edirdilər...
İrəvan bölgəsində hakimiyyətlə bağlı bu durum olayların sonrakı keşməkeşli dönəminə təsir etməkdə gecikmədi. Zaqafqaziya Seymi bəlgələrindən göründüyü kimi, 1917-ci ilin sonundan başlayaraq Rusiyanın dövr etdiyi hərbi-inzibati vasitələrlə İrəvan Quberniyasında daha da güclənən ermənilər azərlərə qarşı soyqırımı və etnik təmizləmə həyata keçirirdilər. Doğu Anadoluya torpaq iddialarına görə ipə-sapa yatmayan Erməni Korpusu ilə Türk Ordusunun bir qrupu Qars-Gümrü-Böyük Qarakilsə-İrəvan, Gümrü-Sərdarabad-İrəvan xətləri boyunca savaşa girərək, İrəvan yaxınlığınadək onları sıxışdırmağa başlamışdı... İrəvan Quberniyası uğrunda mübarizədə, sonralar yaranacaq Azərbaycan Cümhuriyyəti isə hələ çox gücsüz idi: ona görə də bu mübarizə başqa cəbhələrdə imperialistlərlə savaşan, ancaq heç olmasa Qafqaz cəbhəsindən əmin olmaq məqsədilə erməniləri Batum Müqaviləsinə zorlamaq istəyən türklərlə ermənilər arasında gedirdi. Və ermənilərlə bu döyüşlərdə Türk Ordusu 7500 nəfər şəhid vermişdi. Bakını qurtarmağa gələn 5-ci firqə (diviziya, tümən) də bu döyüşlərdə (Böyük Qarakilsə və Dağ Borçalıda) iştirak edirdi. Türk-erməni cəbhəsində atəşkəs olmayınca və 4 iyun 1918-ci il Batum Barış Müqaviləsi imzalanmayınca, 5-ci Türk firqəsi Azərbaycana doğru hərəkət edə bilmirdi. Yuxarıdakı faktlardan göründüyü kimi, İrəvan Quberniyasında hərbi-inzibati hakimiyyət ermənilərin əlində olduğu halda İrəvanın statusu məsələsinin "İrəvanın verilməsi" kimi təqdim olunması tamamilə yanlışdır. "İrəvanın güzəşti" ifadəsi ilə hallanan Azərbaycan Milli Şurasının 29 may tarixli toplantısına gəldikdə isə, bunun əsl anlamı Azərbaycanın İrəvana iddia etməməsi və bu şəhərin ermənilərə başkənd olaraq tanınmasına razılıq bildirilməsidir. Səbəb də ondan ibarətdir ki, Qalib Müttəfiqlər Güney Qafqazın gələcək statusunu ya erməni, gürcü və azərlərin birgə respublikası, ya da bu xalqların bir-birinin dövlətini və paytaxtını tanıyan ayrı-ayrı respublikaları şəklində qəbul ediləcəyini öncədən şərt olaraq irəli sürmüşdülər. Kitabdakı bəlgələrdən və Paris Konfransının stenoqramlarından aydın olur ki, Azərbaycan erməni dövlətinin yaranmasına razılıq verməsəydi, o halda heyətimiz Paris Konfransına buraxılmayacaq, ölkəmizin de-fakto tanınmasından da söhbət belə getməyəcəkdi. Çünki Parisdə Azərbaycan heyətinin uğuru öncəliklə İngiltərənin lobbiçiliyi ilə baş tutmuşdu...
Yeri gəlmişkən kitabdakı dəlillərdən o da aydın olur ki, nəinki Qalib Müttəfiqlər, hətta gürcülər və Almaniya belə ermənilərə dövlət yaradılmasını tələb edir, hətta türklərin Bakını xilasa gələn qüvvələrinə maneçilik də törədirdilər. Bu maneçilik Voronsovka mövqeyində Türk ordusu ilə onun yolunu kəsmiş alman və gürcü qüvvələri arasında savaşla da nəticələnmişdi!
Əsərdə həmçinin sübut olunur ki, Ermənistanın müstəqillik aktı 30 mayda tərtib olunub (müəllifin aşkar etdiyi bu sensasiyalı aktın surəti kitabda yayınlanıb), ermənilər isə dünyanı aldadaraq öz dövlətlərinin müstəqillik gününü 28 may olaraq təqdim edirlər.
Kitabda sunulan tarixi olaylarda rolu keçən siyasi öndərlərin, hərbi komandanların, habelə xalq qəhrəmanlarının fotoları, habelə Ermənistanın və Azərbaycanın Paris Konfransına təqdim etdikləri xəritələr də yer alır. Müəllif bu əsərdə yer alan digər faktlara da əsaslanaraq, sübut edir ki, Paris Konfransında Zəngəzurun Azərbaycan ərazisi kimi tanınması haqda bəzi alimlərimizin ictimaiyyəti inandırdığı fikir də yanlışdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ