Moldova ölkə arazsinə pilotsuz təyyarənin (PUA) düşməsindən sonra Moskvadakı səfirini geri çağırıb. Bu barədə Moldova mediası məlumat yayıb.
"Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edir. Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsini və onun ölkəmizin və bütün regionun təhlükəsizliyi üçün nəticələrini pisləyir" - deyə Moldova Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Mənbə əlavə edib ki, bu kontekstdə “Xarici İşlər Nazirliyi məsləhətləşmələr üçün Moldovanın Moskvadakı səfirini geri çağırıb”.
Tahir TAĞIYEV