Keçən il prostat xərçənginin aqressiv forması diaqnozu qoyulan keçmiş ABŞ prezidenti Co Baydenin vəziyyəti daha da pisləşib. Xərçəng metastaz verib və sümüklərinə yayılıb. Keçmiş Ağ Ev prezidentinin oğlu Hunter Bayden bu barədə BBC-yə müsahibədə açıqlama verib.
"Hazırda atamın səhhəti ilə bağlı deyə biləcəyim tək şey odur ki, kaş daha çox şikayət etsəydi, çünki o, həqiqətən də yaxşı deyil", - deyən kiçik Bayden "Bu, bir çox cəhətdən çox ağrılı vəziyyətdir. Amma o, hələ də aktivdir və öz işi ilə məşğuldur"- deyə bildirib.
Co Baydenin xəstəliyi rəsmi olaraq ötən ilin may ayında elan edilib. Həmin vaxt o, xərçəngli dəri lezyonlarını çıxarmaq üçün əməliyyat keçirib və şüa terapiyasını tamamlayıb. Lakin diaqnozu Baydenin ictimai tədbirlərdə iştirak etməsinə mane olmayıb. O, bu yaxınlarda Merilenddə Demokrat Partiyasının ianə toplama tədbirində çıxış edib.
"O, hələ də güclüdür. Sizə söz verirəm ki, sağ olduğu müddətcə mübarizə aparmağa davam edəcək", - deyə Hanter Bayden müsahibəsində vurğulayıb.
SAMİRƏ