“Məncə Putin bütün Donbası nəzarətə götürmək istəyir və ancaq o zaman müharibəni bitirməyə hazır olacağını düşünürəm. Onlar Donetsk və Luqansk üzərində tam nəzarəti ələ keçirməlidir". Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib
"Rusiyanı necə məğlub edəcəklərini bilmirəm, bunun asan olmayacağını düşünürəm. Nəticədə Rusiya nüvə dövlətidir və heç kim ona asanlıqla hücum edə bilməz. Hər iki tərəfin məğlubiyyətinə deyil, kompromis bir həll yoluna ehtiyacımız var", - deyə o qeyd edib .
Vuçiç daha böyük bir müharibənin astanasında olduqlarını deyib: "Düşünürəm ki, biz daha böyük bir müharibənin başlanğıcındayıq və ümid edirəm ki, kimsə sülh gətirmək üçün nəsə edəcək. Bu, baş verməyib və yaxın zamanda da baş verməyəcək, bu da o deməkdir ki, biz daha, daha böyük bir müharibənin astanasındayıq" .
Tahir TAĞIYEV