İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Parlamentin yaydığı məlumata görə, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün strateji fəaliyyət planını təsdiqlənib.
Bundan əvvəl açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü bildirib ki, plana əsasən ABŞ, İsrail və digər düşmən gəmilərinin, eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçməsini qadağan ediləcək. Qadağa həmçinin Müqavimət Cəbhəsinə qarşı əməliyyatlarda iştirak edən gəmilərə və yüklərə də şamil ediləcək.
Bundan əlavə, İrana zərər vuran ölkələrə və şəxslərə kompensasiya ödənilənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçid qadağan ediləcək.
Plan həmçinin qayda pozanlar üçün yükün dəyərinin 20%-dək cərimə də daxil olmaqla, böyük cərimələri nəzərdə tutur.
Tahir TAĞIYEV