İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Tehran Xəzər dənizində İran gəmisi ilə bağlı insidentə görə Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya tələb etmək niyyətindədir.
O, vurğulayıb ki, əgər Ukrayna hücumun əvəzini ödəməsə, İran cavab verəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, "Ukrayna tərəfinin bu hadisənin qəsdən baş verməməsi ilə bağlı iddiaları bizi qane etmir".
Bəqayi əlavə edib ki, Ukraynanın yüksək vəzifəli rəsmiləri tərəfindən hücumun etiraf edilməsi nəzərə alınmaqla, Kiyev təzminat ödəməyə borcludur. "Əgər Ukrayna özü dəymiş ziyanı ödəməsə, İran kompensasiyanın ödənilməsini təmin etmək üçün müvafiq tədbirlər görəcək", - deyə o, qeyd edib.
Tahir TAĞIYEV