Cümə günü, 06 noyabr 2026
     

İşğalçı XI rus ordusunun insan əti satanlarla müqayisəsi

Image


M.Ə.Rəsulzadənin “Şah Abbas və Xurşudbanu” operasına istinadı

Versal sülh konfransında dünya dövlətləri tərəfindən de-fakto tanınmış, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin XI rus ordusu tərəfindən işğalına aid tədqiqatlar davam etdikcə yeni faktlar ortaya çıxır.

M.Ə.Rəsulzadə “Öyrədən bir müsibət. Min öyüdlə bir müsibət yekdir” məqaləsində bolşevik işğalı ilə bağlı yazırdı: “Bundan doqquz sənə əvvəl, 27 nisana təsadüf edən bir gündə Azərbaycan xalqı müsibətlərin ən böyüyünə və faciələrin ən faciəsinə məruz qaldı. İstiqlalını qayb etdi. Sənələrdən bəri bəkləyərək hənuz qovuşduğu hürriyyət və hakimiyyətinə təkrar həsrət qaldı.”

İşğal ərəfəsi XI ordunun Türkiyyəyə yardıma gedəcəyi, hətta XI orduya Nicat Paşanın rəhbərlik etməsi ilə bağlı çağqınlıq yaradan yalan informasiyaların yayılmasının işğalda mühüm rol oynamasını inkar etmək olmaz.

Bu məsələ ilə bağlı M.Ə.Rəsulzadə yazırdı: “Bakıda olan osmanlı türk ordusunun bir hissəsi aşağıdakı sözlərlə əhali arasında çaşqınlıq yaradırdı: “ Yaxınlaşan qırmızı orduya Nicat paşa adlı türk rəhbərlik edir. Bu ordunun hissələri türklərdən təşkil olunub. Onların əksəriyyəti Volqaboyu türklərindən ibarətdir. Bu ordu qəddar düşmənlə mübarizə aparan Anadoluya köməyə gedir. Bu orduya qarşı müqavimət Türkiyənin xilasına qarşı müqavimətə bərabər olacaqdır. Ümumtürk və ümummüsəlman nöqteyi – nəzərindən bu xəyanətə bərabərdir”.

Bu məsələ ilə bağlı M.Ə.Rəsulzadə yazırdı: “ Bu işi tutmayın, bizi öz halınıza qoyun.Yüz ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələcək və sonra isə bizi əzəcəklər”

M.Ə.Rəsulzadə hələ də əksəriyyətə az məlum olan “Şah Abbas və Xurşidbanu” operasındakı hadisə ilə işğal ərəfəsi vəziyyəti müqayisə edərək rus ordusunun əsil simasını üzə çıxarmış, düşmənin bu yalanlarını ifşa etmişdir.

Opera haqqında qısa məlumat: Şah Abbas vә Xurşidbanu” — Üzeyir bəy Hacıbəylinin dördüncü muğam operasıdır. Əsərin librettosu da Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Azərbaycan xalq nağılının motivlәri әsasında yazılmışdır. 4 pәrdәli, 6 şәkillidir.Opera ilk dәfә 1912-ci il martın 10-da Nikitin qardaşlarının sirkindә tamaşaya qoyulmuşdur. Әsәrdә xeyir şәrә qalib gәlir, ülvi mәһәbbәt zәfәr çalır. Əsər Qafqazın və İranın şəhərlərində göstərilmişdir. Libretto fars dilinə çevrilmişdir. Əlyazma materiallarına rast gəlinməmişdir. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında 20-ci illərin sonunadək yer almışdır.

“Şah Abbas və Xurşud Banu” operasında bir “müstəvər” (məst edən — M. Ə) tipi var. Bu tip alipozdur. İnsanları çalar, öldürüb ətlərindən şorba asarmış. (“Bozbaş” bir növ Azərbaycan şorbasıdır). İsfahanlılar Şah Abbasın yanına gəlmiş, hər gün qeyb olan vətəndaşların ucbatından xalqın qorxuda olduğunu ərz etmişlər. Şah Abbas dəyişik qiyafədə İsfahana getmiş, bu sirri öyrənmək istəmişdir. Təqdiq əsasında müstəvərin dükanına gəlib görmüşdür ki, bu dükanın müştəriləri həddən çoxdur. Səbəbini öyrənmək istəmişdir. Xalq, bu aşpazın çox ləzzətli şorba bişirdiyini ona anladarkən, pərişan hallı birisi-müstəvərin şorbanı insan ətindən bişirdiyini söylədikdə hər kəs onu - hay, dəli, şaftalı – deyə alçatmışdır. Halbuki, Şah Abbasın araşdırmasını davam etdirəndə kəşf etdiyi həqiqət, - dəlinin doğru söylədiyini isbat etmişdir.

M.Ə.Rəsulzadə işğal ərəfəsi aldadılımış xalqı “Şah Abbas və Xurşidbanu” operasında adam ətindən hazırlanmış “Müstəvər bozbaşı” yemiş xalqla müqayisə edərək XI rus ordusunun əsil məqsədi haqqında yazır: “Bunların əsl arzusu İstambulun qurtarılması deyil, əksinə Bakı və Azərbaycandır» — dedilərsə də, «Müstəvər bozbaşı» yemiş kimi xalq, «hay, dəli, şaftalı»a— deyə onlarla cəmlənir və özlərini ingilisə satılmış kimi görürdülər. Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqalları belə bolşevikin, artıq gördükləri «spekulyasion» düşmanı olmadığına inanmışdılar, dar görüşlü İttihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərəcəkdir.

Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl Ordunun Ermənistana təsavüzünü gözlərkən, Moskvanın Ermənistanın istiqlalını tanıdığı xəbəri alındı... Ucuz çörək və daha ziyadə rahatlıq gözləyən-fəhlə ilə kəndli, birə-on çətinliklə çörək tapmayıb daha çox çalışdı və qatı bir istibdad altında qaldıqda: — Eyvah! — dedi.”

Bakı işğal olunduqdan sonra türk zabitlərinin əksəriyyəti səhv etdiklərini başa düşdülər. Onların əksəriyyəti represiyaya məruz qaldı.

Azərbaycan Xalq Cümhuriyyəti XI sovet ordusu tərəfindən işğal olunduqda sonra xüsusi mülkiyyətə düşmən olan bolşeviklərin Azərbaycanda yerli, milli xüsusiyyətləri nəzərə almadan sovet hakimiyyətinin ilk illərində yeritdikləri soyğunçu siyasətə aid çoxlu sayda faktlar mövcuddur.

İşğaldan dərhal sonra talan həftəsi kimi tarixdə görünməmiş bir cinayət baş vermişdir. Talan həftəsi, Yağmalama həftəsi (rus dilində “Qrab nedelya”)-1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsinə deyilir. Azərbaycan siyasi mühacirlərindən Məmmədsadıq Aran Almaniyanın Münhen şəhərində çıxan “Dərgi” jurnalının“ 1964-cü il tarixli 37-ci sayında (s.32-40) dərc olunmuş “Azərbaycan və Rusiya” adlı məqaləsində “Talan həftəsi” barədə yazır: “ 27 aprel 1920-ci ildə “Qrab nedelya” elan edərək ticarətxanaları, dükanları, evlərin uşaq oyuncaqlarınadək hər şeyi talan edib 60 vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar... Azərbaycanlı ailələr küçələrə atıldı, evlər mənisənildi... İki gün ərazində Bayıl həbsxanasında 300 nəfər güllələndi, 10 minə qədər insan Sibirə sürgün olundu... Sovet Rusiyasından 800 min slavyan əsilli əcnəbini Azərbaycana gətirərək burada əbədi məskunlaşdırdılar.”

Azərbaycanda yerləşdirilmiş işğalçı ordunun 27 mindən çox canlı qüvvəsi sərvətlərini talamaq, insanlara müsibətlə yaşatmaqla məşğul idi. Təkcə 1920-ci il aprelin 30-dan mayın 2-dək Bakıdan Həştərxana 12 gəmi 1,3 milyon pud neft aparılmışdı.1920-ci ilin mayında 15 milyon pud, iyununda isə 21,2 milyon pud neft və neft məhsulları göndərilmişdi.

Azərbaycanın Moskvadakı təmsilçisi Behbud ağa Şahtaxtinskinin 1920-ci il sentyabrın 20-də Leninə ünvanlandığı məktubda deyilirdi: “ Qızıl Ordu … özünü mürtəce aparır, yerlərdən heyrətamiz məruzələr alınmaqdadır. İş qadın və qızların açıqcasına zorlanmasına qədər gedib çıxır... Azərbaycan kəndliləri ancaq bir şeyi xahiş edir və yalvarırlar: nə varsa, hər şeyi dərhal, bir dəfəyə götürün və bizi gündəlik evə soxulmalardan xilas edin.”

M. Ə. Rəsulzadə bu soyğunçuluq barədə yazırdı:“Fəqət, bolşeviklərin Bakıya girdikləri zaman banklardan çalınan, “talan həftəsi”ndə yəğma (“Qrab nedelya”) edilən mücövhərat ilə altun, gümüş təzyinat və nüquddan Astarxana daşınan əmtəə və müxalifatdan başqa 300 milyon put (4 milyard 800 milyon kilo) petrol ilə 750 min put (12 milyon kilo) pambıq və pək çox ipək və sairə aşırmışlardır.”

XI ordunun işğalı ərəfəsi əhalini bolşeviklərin yalanlarına inamamağa çağıran milli qüvvələri xalqın aldadılmış böyük hissəsi qəbul etmədi. “Müstəvər bozbaşı”nın insan ətindən hazırlandığını bildirən insan kimi onları lağa qoydu, onları ingilislərin agenti adlandırdı. Buna görə də 70 il sovet totalitar rejimində növbəti faciələr yaşamağa məhkum oldu.

MƏHƏRRƏM ZÜLFÜQARLI
T.ü.e.d, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ