Ağ Ev İranla müharibəni dəstəkləməkdən imtina edən müttəfiqlərin cəzalandırılması üçün “yaxşı” və “pis” NATO üzvlərinin siyahısını tərtib edib.
“Politico” üç avropalı diplomat və ABŞ müdafiə qurumunun nümayəndəsinin sözlərinə istinadən yazır ki, bu, prezident Donald Trampın ona qarşı çıxan və İranla müharibə zamanı kömək etməyən müttəfiqlərə qarşı təhdidini həyata keçirməyi planlaşdırdığına işarədir.
Məlumata görə, ABŞ-ınn müharibə naziri Pit Heqset dekabr ayında “yaxşı” və “pis” üzvlər haqqında fikirlə çıxış edib. Heqsetin sözlərinə əsasən, ABŞ-ın NATO tərəfdaşlarından daha çox Vaşinqtonu dəstəkləyən müttəfiqləri var.
Bildirili ki, ABŞ Müdafiə Departamenti kollektiv müdafiəyə töhfə verən müttəfiqlərlə əməkdaşlığa və qarşılıqlı əlaqəyə üstünlük verəcək.
Nəşrin məlumatına əsasən, mənbələr Vaşinqtonun hansı ölkələri alyansın “pis üzvləri” hesab etdiyini açıqlamayıb.
Tahir TAĞIYEV