İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Tel Nof hava bazasında F-15 təyyarə texniki kimi çalışan iki Hərbi Hava Qüvvələri əməkdaşı İrana casusluq etməkdə ittiham olunur.
Bildirilir ki, iki texnik "müharibə dövründə düşmənə kömək etmək"də ittiham olunur və şübhəlilərdən biri "dövlətə xəyanət" ittihamı ilə üzləşə bilər. Həmçinin qeyd edilib ki, hadisədən xəbərdar olsalar da, hadisəni bildirməmək şübhəsi ilə daha 8 əsgər istintaq altındadır.
İddia edilir ki, həmin şəxslərdən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və keçmiş Baş Qərargah rəisi Herzi Halevi haqqında məlumat toplamaları xahiş istənib. Bundan başqa, onların İsrail təyyarələrinin mühərrik diaqramlarına aid sənədləri və bir uçuş təlimatçısının fotosunu İrana verdikləri bildirilir.
Son illərdə İsrail hakimiyyəti İran kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən çox sayda adamı casusluq ittihamı ilə saxlayıb.
Tahir TAĞIYEV