“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Alqış Musayev özünün sosial media hesabında maraqlı paylaşım edib.
A.Musayev yazır:
"Müəllim şagirdin üstünə qışqırarsa, sillə vurarsa 200 manat cərimə ediləcək".
Ümumiyyətlə, şagirdlə aqressiv davranan adamın məktəbdə nə işi var ki?..
İşdi birdən həmin əsəbi "müəllim" təpik atarsa, bəs onda necə olacaq?
Belə "təşəbbüslər" təhsil, məktəb , müəllim ... nəhayət dövlət haqqında əcaib təsəvvür yaradır.
Etməyin, eləməyin ...