Cümə günü, 06 noyabr 2026
     

Həmişə belə danışın, Emin Əmrullayev...

Image


Vüsalə Ağabəyli: "Bu gün çox təqdirəlayiqdir ki, nazir də bizlə həmfikirdir"

Sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin diqqətçəkən fikirləri yayılıb. Nazir bildirib ki, sualları hazırlayanlar çaşdırmaq üçün hazırlayırlar, öyrətmək üçün deyil, bu yanaşma dəyişməlidir.

"Mənim şəxsi müşahidələrimin nəticəsidir ki, Azərbaycanda bir çox fənn mütəxəssisləri, istər dil, istər tarix sahəsində - biz bunu müəllimlərin işə qəbulu imtahanında da görürük - sualları yazarkən daha çox qarşısındakı adamı çaşdırmaq məqsədi daşıyır, nəinki onun biliyini ölçmək. Bu, dəyişməlidir. Çünki "sual insanı çaşdırında düz cavab verirmi" məntiqindən "o nəyisə bacarırımı" funksiyasına malik olmalıdır. Bu daha çox qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan problemin dəyişməsidir. Bu, daha çox fənn mütəxəssislərinə olan müraciətdir" deyə, nazir qeyd edib.

Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli baki-xeber.com-a bildirdi ki, nazir Emin Əmrullayevin səsləndirdiyi fikri müasir pedaqoji yanaşmalar kontekstində tam əsaslı və düzgün hesab etmək doğru olardı. "Bu yanaşma, xüsusilə qiymətləndirmə nəzəriyyəsində "ölçmə üçün qiymətləndirmə" (assessment of learning) modelindən "öyrənmə üçün qiymətləndirmə" (assessment for learning) modelinə keçidin vacibliyini bir daha gündəmə gətirir. Biz əvvəllər imtahan suallarını müzakirə edəndə də bu məsələni vurğulayırdıq. Bu gün çox təqdirəlayiqdir ki, nazir də bizlə həmfikirdir. Həqiqətən də sualın əsas funksiyası tələbənin və ya şagirdin biliyini "tələ quraraq" yoxlamaq deyil, onun anlayış səviyyəsini, analitik düşünmə bacarığını və tətbiqetmə imkanlarını üzə çıxarmaqdan ibarət olmalıdır. Təəssüf ki, Azərbaycan təhsil sistemində uzun müddət formalaşmış ənənəvi yanaşmalarda test və imtahan suallarının müəyyən hissəsi daha çox çaşdırıcı elementlər üzərində qurulmuş, nəticədə qiymətləndirmə obyektivlikdən uzaqlaşmışdır". Professor Ağabəyli qeyd etdi ki, nazirin vurğuladığı problem, əslində, pedaqoji ölçmə və qiymətləndirmə sahəsində uyğunluq prinsiplərinin pozulması ilə əlaqəlidir. "Əgər sual şagirdin real bilik və bacarığını ölçmək əvəzinə onu çaşdırmağa yönəlibsə, bu zaman əldə olunan nəticə həmin şəxsin bacarığını adekvat şəkildə əks etdirmir. Bu isə həm tədris prosesinin keyfiyyətinə, həm də ümumi təhsil strategiyasına mənfi təsir göstərir. Müasir təhsil nəzəriyyələri, xüsusilə kompetensiya əsaslı yanaşma, tələbənin yalnız faktoloji biliyini deyil, eyni zamanda onun tənqidi düşünmə, problem həll etmə və praktik tətbiq bacarıqlarını qiymətləndirməyi prioritet hesab edir. Bu baxımdan, sualların konstruksiyası aydın, məqsədyönlü və didaktik baxımdan əsaslandırılmış olmalıdır. Bununla yanaşı, çaşdırıcı və qeyri-dəqiq qurulmuş sualların psixoloji və motivasiya təsiri də nəzərə alınmalıdır. Belə suallar imtahan verənlərdə ədalətsizlik hissi yaradır, onların öz biliklərinə olan inamını zəiflədir. Bu isə öz növbəsində, uzunmüddətli perspektivdə təhsil keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Digər mühüm məqam ondan ibarətdir ki, qiymətləndirmə prosesi həm də öyrədici funksiyaya malik olmalıdır. Yəni suallar yalnız nəticəni yoxlamaq üçün deyil, eyni zamanda öyrənmə prosesini istiqamətləndirmək üçün də rol oynamalıdır. Aydın və məqsədyönlü suallar tələbənin səhvlərini başa düşməsinə, boşluqlarını görməsinə və özünü inkişaf etdirməsinə imkan yaradır. Bu baxımdan, qiymətləndirmə mədəniyyətinin təkmilləşdirilməsi həm ədalət baxımından, həm də təhsil sisteminin ümumi effektivliyi üçün vacib şərtdir. Buna görə də, nazirin irəli sürdüyü mövqe hal-hazırda mövcud olan struktur problemlərin düzgün identifikasiyası kimi qiymətləndirilməlidir. Bu yanaşmanın həyata keçirilməsi üçün isə fənn mütəxəssislərinin qiymətləndirmə savadlılığının artırılması, müasir testologiya prinsiplərinin tətbiqi və pedaqoji təlimlərin gücləndirilməsi zəruridir"-deyə Vesalə Ağabəyli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ