İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli media orqanları Fars körfəzindəki sualtı internet kabellərini hədəf alan yeni bir təhdid mesajı yayımlayıb.
Tasnim Xəbər Agentliyinin xəbərində qeyd olunur ki, Hörmüz boğazı təkcə neft və qaz üçün tranzit nöqtəsi deyil, həm də BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı üçün internet trafikini daşıyan vacib sualtı kabellər üçün əsas marşrutdur.
İran cənub qonşularına rəqəmsal bağlantılarının sualtı boru kəmərlərindən asılı olduğunu xatırladaraq, bu infrastrukturu hədəf ala biləcəyinə dair açıq bir mesaj göndərib.
Tahir TAĞIYEV