Cümə axşamı günü, 23 aprel 2026
     

Əliyev “postmüharibə dövründə müqaviləsiz əməkdaşlıq modelini” təqdim etdi...

Image


Elşən Manafov: “Bu, gerçəkdən bölgə ətrafında geosiyasi reallıqları nəzərə alan çevik diplomatiya kursudur”

Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib ki, Azərbaycanla Ermənistan arasında olan sülh prosesi, nümunəsi hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər:

“Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafov hesab edir ki, Azərbaycanın Ermənistanla müharibədə qələbə çalması region ətrafında geosiyasi qarşıdurmanın yeni mərhələyə keçməsinə səbəb olmaqla yanaşı, rəsmi İrəvanın da Bakı ilə münasibətlərə fərqli ampluadan yanaşmasına təsirsiz ötüşmədi: “Müharibədəki məğlubiyyət Paşinyan iqtidarına geosiyasi güc mərkəzləri tərəfindən təzyiqin güclənməsinə, Ermənistanda isə müharibədəki məğlubiyyətdən şok yaşamış erməni cəmiyyətində növbəti məğlubiyyətin doğura biləcəyi problemlərdən sığortalanmaq üçün barışdırıcı xəttə meyllənməyə səbəb oldu. Məhz növbəti məğlubiyyət qorxusu Ermənistanda sülh tərəfdarlarının, müharibə tərəfdarları partiyalarından uzaqlaşmasına və növbəti dəfə Paşinyana etimad göstərməsinə təsir göstərdi. Cəmiyyətin sosial sifarişini yerinə yetirən Paşinyan məhz buna görə 2022-ci ilin oktyabrında Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatla çıxış etdi. İlk dəfə rəsmi İrəvan ən yüksək səviyyədə Qarabağa olan iddialarından imtina etdi. Bu andan etibarən Azərbaycanla mübahisəli ərazi məsələləri tərəflər arasında danışıqların əsas müzakirə obyekti oldu. Azərbaycanın vasitəçilər və vasitəçilərsiz Ermənistanla apardığı danışıqlarda sülh mövzusu gündəmin əsas mövzusu olmasına baxmayaraq, tərəflər arasında kompromis variant yalnız ABŞ prezidenti Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşündə əldə edildi. Buna qədər aparılan danışıqlar mərhələsində Azərbaycan Prezidenti Əliyev qalib dövlətin lideri olaraq dəfələrlə bəyan etmişdi ki, sülh müqaviləsinin əldə olunmasında daha çox erməni tərəfi maraqlı olmalıdır. Biz qalib tərəfik və zaman bizim xeyrimizə işləyir”.

Politoloqun fikrincə, Vaşinqton razılaşmalarına qədər rəsmi Bakı Ermənistandan təcavüz nəticəsində və işğal dövründə Azərbaycan dövləti, xalqına dəymiş ziyana görə təzminatın alınacağını dəfələrlə bəyan edib: “Qalib dövlət olaraq bu bizim beynəlxalq hüquqla təsdiq olunmuş hüququmuzdur. Digər tərəfdən tarixin qalibləri mühakimə etmədiyini də, nəzərə almaq lazımdır. Tərəflər arasında Vaşinqton razılaşması regionun təhlükəsizlik arxitekturasına ABŞ-ın "töhfəsi" olmaqla yanaşı, münaqişə tərəfləri arasında dayanıqlı sülhün əldə edilməsinə hesablanmış danışıqlarda yeni münasibət və baxışları ortalığa qoydu. Tərəflər arasında qarşılıqlı etimad və etibara hesablanmış diplomatiya "hücum diplomatiyası" (ifadə prezident Əliyevə məxsusdur) mərhələsindən maraqların gözlənildiyi mərhələsinə adladı. Ermənistanla dayanıqlı sülhün əldə olunması münaqişənin bütün tarixi boyunca sülhpərvər siyasəti ilə seçilən rəsmi Bakının və Ankaranın maraq dairəsindədir. Bölgədə gərginliyin qalmasında maraqlı olan digər geosiyasi güc mərkəzlərinin, Azərbaycanla münasibətlərdə təhdid diplomatiyası göstərir ki, sabitliyin və sülhün qorunmasında maraqlı olan tərəflər vəziyyəti ağırlaşdıra biləcək addımlardan çəkinməlidir. Ermənistanda seçkilər ərəfəsində geosiyasi sifarişi yerinə yetirməyə can atan "müharibə tərəfdarları" partiyalarının çağırışları, onların kilsə ilə koordinasiya edilmiş hərəkətləri Paşinyanın vəziyyətini ağırlaşdırmaq məqsədi güdür. Bütün bunlar rəsmi Bakı və Ankaranın münasibətlərdə perspektiv sülhə hesablamış mövqe sərgiləməsini zəruri edir. Bu gerçəkdən bölgə ətrafında geosiyasi reallıqları nəzərə alan çevik diplomatiya kursudur və münaqişə tərəfləri olan dövlətlər üçün dərslik konteksində çıxış edə bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ukraynalı milyarder Axmetov rekord qiymətə mənzil aldı - 554 milyon dollar... Dünyanın ən bahalı evi...

Hörmüz düyünü Avropanı hərəkətə gətirdi - Azərbaycanın layihəsinə 3.3 milyard ayrıldı...

İran ətrafındakı vəziyyət hərbi əməliyyatları Xəzər dənizinə keçirir...

SON XƏBƏRLƏR

23.04.2026 / 20:35
Ukraynanın üstündən “Orban düyünü” açıldı - Zelenski güclənir...

23.04.2026 / 20:12
Əliyev “postmüharibə dövründə müqaviləsiz əməkdaşlıq modelini” təqdim etdi...

23.04.2026 / 19:47
Hərbi komissarlıqlarda korrupsiya əməliyyatı - vəzifəli şəxslər tutuldu... YENİLƏNDİ

23.04.2026 / 19:34
Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

23.04.2026 / 19:18
Rusiyanın Venesiya Biennalesində iştirakı Avropada qalmaqal yaratdı - Aİ İtaliyanı hədələdi...

23.04.2026 / 18:33
Trampdan Hörmüzdə gərginliyi daha da artıracaq qərar - orduya "vur" əmri verildi...

23.04.2026 / 18:18
Martın 15-də keçirilən buraxılış imtahanının nəticələri açıqlandı - 9 nəfər 300 bal toplayıb...

23.04.2026 / 18:10
İranın devrilmiş şahının oğlunu Berlində qırmızıya boyadılar...

23.04.2026 / 17:58
Sülhü pozmaq istəyənlər Ermənistanda geniş "genosid tədbirlırinə" hazırlaşır...

23.04.2026 / 17:49
Azərbaycanın dövlət sərhədlərinin tam bərpasına aparan tarixi hadisə...

23.04.2026 / 17:43
Moskva seçki ərəfəsində İrəvana hücumu sərtləşdirdi...

23.04.2026 / 17:22
Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

23.04.2026 / 17:17
Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

23.04.2026 / 17:03
Lənkəran Dövlət Universitetinə rektor təyin edildi

23.04.2026 / 16:47
Nəsimidə “Iphone” oğurlayan şəxsin başqa cinayəti də açıldı - VİDEO

23.04.2026 / 16:26
Sahibə Qafarova çinli nazirlə görüşdü

23.04.2026 / 16:07
Neft Fondunun 3 ayda neft-qaz sazişlərindən əldə etdiyi gəlir açıqlandı - 1,8 milyard...

23.04.2026 / 15:58
Azərbaycandan ən çox neft alan ölkənin lideri Bakıdan daha nə istəyəcək?..

23.04.2026 / 15:44
Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara yaxınlaşır

23.04.2026 / 15:23
ABŞ İsraildən imtina edə bilər -səfir Barakdan sensasiya...

23.04.2026 / 15:17
Putin Qazaxıstan neftindən imtina etdi - ümid yenə Bakıya qaldı...

23.04.2026 / 14:49
Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

23.04.2026 / 14:37
Brüsseldən Rusiyaya ikiqat həmlə - Orbanın süqutu və yeni sanksiya paketi...

23.04.2026 / 14:24
Bakı-İrəvan:qarşılıqlı səfərlərə başqa dövlətlər də qarışır...

23.04.2026 / 14:02
ABŞ-İran müharibəsinin ən qaranlıq dövrü açıldı - Tramp hücum risqi etməyəcək, saziş olmayacaq...

23.04.2026 / 13:55
Nəzarətsiz internet, məsuliyyətsiz valideynlər və qatilə çevrilən uşaqlar...

23.04.2026 / 13:46
ABŞ-İsrail müharibəsinin kökləri

23.04.2026 / 13:25
Nazir Vilayət Eyvazov Göyçayda qəbul və sıra baxışı keçirəcək

23.04.2026 / 13:11
Maştağada evdən 7 minlik qızıl oğurlayan şəxslər yaxalandı...

23.04.2026 / 12:57
TƏBİB-dən xəstəxanalarda rəhbər dəyişiklikləri ilə bağlı açıqlama...

23.04.2026 / 12:50
Prezident: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"

23.04.2026 / 12:43
"Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir" - Prezident

23.04.2026 / 12:36
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

23.04.2026 / 12:20
Bakıda sinif yoldaşlarını hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı

23.04.2026 / 12:06
ABŞ Departamenti amerikalıları Azərbaycan vasitəsilə İranı tərk etməyə çağırdı

23.04.2026 / 11:45
Tramp İranla müharibəyə görə bəzi müttəfiqlərini cəzalandıracaq – siyahı hazırlanır...

23.04.2026 / 11:28
Azərbaycanda daha bir məktəbdə hadisə - polis hərəkətə keçdi... - YENİLƏNDİ

23.04.2026 / 10:48
Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala biləcək...

23.04.2026 / 10:38
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana gətirildi

23.04.2026 / 10:25
ABŞ-da növbəti səs-küylü istefa...

23.04.2026 / 10:19
Müəllim şagirdə qışqırarsa 200 manat cərimə… Hara gedirik?..

23.04.2026 / 10:07
İsrail ŞOKda - F-15 qırıcı texniklərinin İran agenti olduqları ortaya çıxdı...

23.04.2026 / 09:50
Məktəblərdə kütləvi yoxlamalar başladı...

23.04.2026 / 09:19
Avtoşluq edib görüntüləri sosial şəbəkədə paylaşdılar, həbs edildilər

23.04.2026 / 08:57
Trampın İran planı ortaya çıxdı - kritik gün açıqlandı...

22.04.2026 / 22:58
İran sualtı internet kabellərini vuracaq? - Fars körfəzində gərginliyi artıracaq iddia...

22.04.2026 / 22:23
Ukraynalı milyarder Axmetov rekord qiymətə mənzil aldı - 554 milyon dollar... Dünyanın ən bahalı evi...

22.04.2026 / 21:48
ABŞ və Avroittifaq Ermənistanda Putinə qarşı “seçki ittifaqı” qurdular...

22.04.2026 / 21:06
Bank borclularının “evi yıxıldı” - icraçılara elə səlahiyyətlər verildi ki...

22.04.2026 / 20:41
Bakıda sinif yoldaşını yandıran şagird həbs edildi

22.04.2026 / 20:32
Paşinyan erməni cəmiyyətini “mat etdi” - Qarabağ hərəkatını yenidən başlatsaq...

22.04.2026 / 20:10
"Kontakt Home"da qanun pozuntuları aşkarlandı

22.04.2026 / 19:56
Prezident İlham Əliyev: "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı"

22.04.2026 / 19:51
Hörmüz düyünü Avropanı hərəkətə gətirdi - Azərbaycanın layihəsinə 3.3 milyard ayrıldı...

22.04.2026 / 19:34
Tramp atəşkəsi guya İranın müraciəti ilə uzatdığını bəyan etdi - doğru, ya növbəti yalan...

22.04.2026 / 19:17
Ermənistan hakimiyyəti-kilsə qarşıdurması yenidən şiddətləndi...

22.04.2026 / 19:10
İraqın İrana dəstəyi ABŞ-ı qəzəbləndirdi... Bağdadın neft pulları donduruldu - tərəfinizi seçin...

22.04.2026 / 18:43
Tramp mövqeyini yenə dəyişdi - İranın psixoloji üstünlüyü möhkəmlənir...

22.04.2026 / 18:39
Həmişə belə danışın, Emin Əmrullayev...

22.04.2026 / 18:27
Cənubi Qafqazın yeni arxitekturasında Azərbaycan mərkəzi rol aldı...

22.04.2026 / 18:24
Problemli kreditlərin üstündə yeni ziddiyyətlər meydana çıxır...

22.04.2026 / 18:19
Avropa İttifaqı Ermənistandakı anti-Azərbaycan missiyasının statusunu dəyişdi...

22.04.2026 / 18:07
İran ətrafındakı vəziyyət hərbi əməliyyatları Xəzər dənizinə keçirir...

22.04.2026 / 17:56
Dünya Azərbaycandan keçən Dəhlizə milyardlar yatırmağa başladı - başqa etibarlı marşrut yoxdur...

22.04.2026 / 17:17
Türkiyə İran müharibəsinə görə ABŞ-a qarşı sərt mövqedən hələ çəkinir... Niyə?

22.04.2026 / 17:04
Latviya lideri Prezident İlham Əliyevə təşəkkür etdi

22.04.2026 / 16:58
İrəvan İsrailə "yaxınlaşma kursu" təklif etdi - bəs dost İran?

22.04.2026 / 16:35
Ağsulu şəhid Yadigar Vahabovun anası: “Harada vuruşduğunu deməzdi...”

22.04.2026 / 16:26
Prezidentlərin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTO/YENİLƏNDİ

22.04.2026 / 16:10
Madyar Macarıstanda Netanyahunun həbsinə zəmin hazırlayır...

22.04.2026 / 15:58
Suriyadan daha 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

22.04.2026 / 15:33
Tramp öz kürəkəni ilə Tehrana gizli mesajlar ötürməyə çalışır(?)...

22.04.2026 / 15:10
Hörmüz boğazında gərginlik artır - İran iki gəmini ələ keçirdi...

22.04.2026 / 15:09
İstanbul forumunda ABŞ səfirindən “demokratiyaya təhqir” çıxışı...

22.04.2026 / 14:53
ABŞ-da Trampa görünməmiş ittihamlar -“uydurma sui-qəsd, Netanyahunun təhrikilə müharibə...”

22.04.2026 / 14:50
Prezident İlham Əliyevin adından Latviya Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib

22.04.2026 / 14:29
Vüqar Rəhimzadə: Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

22.04.2026 / 14:20
Körfəz ölkələri TƏŞVİŞDƏ... İran cənub qonşularını təhdid etdi - neft gəlirlərinizi itirərsiniz. ..

22.04.2026 / 14:07
"Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"

22.04.2026 / 13:45
Binə qəsəbəsində narkopriton aşkarlandı, 5 nəfər saxlandı... - VİDEO

22.04.2026 / 13:40
"Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir" - Prezident

Lobbiçilər müharibə canilərinin Bakıda mühakiməsini dayandıra bilmədilər...

XƏBƏR ARXİVİ