İranın devrilmiş şahı Pəhləvinin sürgündəki oğlu Rza Pəhləvi Berlindəki Federal Mətbuat Evində mətbuat konfransı keçirən zaman hücuma məruz qalıb.
Mətbuat konfransından sonra Pəhləvi cangüdənləri ilə birlikdə maşınına gedərkən binanın qarşısındakı bir şəxs onun üzərinə qırmızı boya atıb.
Hücumu törədən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Üzərinə boya tökülmüş Pəhləvi isə maşınına minərək ərazini tərk edib.
Tahir TAĞIYEV