Cümə günü, 31 iyul 2026
     

Azərbaycanın dövlət sərhədlərinin tam bərpasına aparan tarixi hadisə...

Image


Müasir Azərbaycanın tarixində ən mühüm hadisələrdən biri, heç şübhəsiz ki, 2023-cü ilin aprelin 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasıdır. Çünki məhz bu hadisə nəticəsində Azərbaycan dövlət sərhədlərinin tam bərpasına nail oldu. Beləliklə də, Azərbaycanın 23 aprel tarixində Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması regionda baş verən siyasi və təhlükəsizlik prosesləri baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Məhz həmin gün yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.Bu addım, xüsusilə Laçın dəhlizi hadisələri kontekstində Azərbaycanın suverenlik hüquqlarının bərpası və sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində atılmış strateji qərar kimi diqqət çəkir. Qeyd edilən xüsusda prezident İlham Əliyev bildirib: “Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir”. Bununla yanaşı, prezident qeyd edib: “Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük”. Beləliklə, ilk növbədə, bu addımın ən vacib tərəfi Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində nəzarəti təmin etməsidir. İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş reallıqlar fonunda ölkə ərazi bütövlüyünü bərpa edib və həmin ərazilərdə dövlət idarəçiliyinin qurulması prioritetə çevrilib. Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması da məhz bu prosesin tərkib hissəsidir. Bu, həm hüquqi, həm də praktiki baxımdan Azərbaycanın suveren dövlət kimi mövqeyini möhkəmləndirdi. Digər mühüm məqam təhlükəsizlik aspektidir. Uzun müddət ərzində Laçın yolu üzərində tam nəzarətin olmaması müəyyən risklər yaradırdı. Azərbaycan tərəfi dəfələrlə bu yol vasitəsilə qanunsuz fəaliyyətlərin – silah daşınması, qeyri-qanuni iqtisadi dövriyyə və digər təhlükəsizlik təhdidlərinin mümkünlüyünü vurğulamışdı. Sərhəd-keçid məntəqəsinin qurulması bu kimi halların qarşısının alınmasına xidmət etdi və regionda sabitliyin təmin olunmasına töhfə verdi. Beləliklə, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının məqsədi həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq idi. Bundan başqa, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edildi.

Bu addım həm də siyasi mesaj daşıyırdı. Azərbaycan göstərdi ki, postmünaqişə dövründə yaranmış yeni reallıqlar dəyişməzdir və bu reallıqlar əsasında münasibətlərin qurulması vacibdir. Xüsusilə Ermənistan ilə davam edən sülh danışıqları fonunda bu qərar Azərbaycanın öz maraqlarını qətiyyətlə müdafiə etdiyini nümayiş etdirdi. Bu, eyni zamanda qarşı tərəfi daha konstruktiv mövqe tutmağa təşviq edən faktor kimi də çıxış etdi. Bununla yanaşı, bu qərarın beynəlxalq reaksiyalar doğurduğunu da unutmaq lazım deyil. Bəzi beynəlxalq təşkilatlar və ölkələr bu addımın regionda gərginliyi artıra biləcəyini ifadə edirdilər. Amma sonrakıproseslər bunun yanlış olduğunu üzə çıxardı. Azərbaycanın mövqeyi ondan ibarət idi ki, hər bir suveren dövlət öz sərhədlərində nəzarət mexanizmləri qurmaq hüququna malikdir. Bu baxımdan, Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması beynəlxalq hüququn prinsiplərinə uyğun addım idi. Digər tərəfdən simvolik baxımdan isə bu hadisə Azərbaycanın dövlətçilik baxımından güclənməsinin göstəricisi kimi qiymətləndirildi. Uzun illər münaqişə şəraitində yaşamış bir ölkə üçün öz sərhədlərində tam nəzarətin bərpası milli qürur və siyasi legitimlik baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu, həm daxili ictimai rəydə, həm də beynəlxalq arenada ölkənin mövqeyini gücləndirdi. Bütün bunlar bir daha təsdiq edir ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin qurulması çoxşaxəli əhəmiyyətə malikdir. Bu addım suverenliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması, siyasi mövqenin gücləndirilməsi və regionda yeni reallıqların təsdiqlənməsi baxımından mühüm rol oynayır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam...Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ