Avropa İttifaqı (Aİ) Rusiyanın hər iki ildən bir İtaliyada keçirilən Venesiya Biennalesində iştirakına icazə verildiyi üçün 2 milyon avroluq qrantı geri çəkmək niyyətində olduğunu açıqlayıb.
Avropa Komissiyasının sözçüsü Tomas Reqnyer gündəlik mətbuat brifinqində, Venesiya Biennalesinə Rusiyanın iştirakına icazə verilməsi qərarını pisləyən və izahat tələb edən məktub göndərildiyini bildirib.
"Niyyətimiz qrantımızı dayandırmaq və ya tamamilə ləğv etməkdir" - deyə Avrokomissiya sözçüsü bildirib.
Tahir TAĞIYEV