Pakistanda gözlənilən nəticə baş vermədi. İran nümayəndə heyəti danışıqlar qrupu göndərməyəcəyini elan etdikdən sonra ABŞ prezidenti Donald Tramp atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan etdi.
Tramp atəşkəsin İran tərəfi təklifini təqdim edənə və davam edən danışıqlar başa çatana qədər uzadıldığını bildirib və prosesin necə davam edəcəyinin danışıqların nəticəsindən asılı olduğunu vurğulayıb.
Bu arada, İsrail mediası iddia edir ki, Tramp İranla təkcə danışıqlar aparmaq deyil, həm də bazar gününə qədər "razılığa gəlmək" istəyir. KAN diplomatik mənbələrə istinadən, tərəflərin bazar gününə qədər hərtərəfli razılığa gəlməsi ehtimalının az olduğunu bildirir.
Lakin İsrail mənbələri ABŞ-ın mövqeyi ilə bağlı qeyri-müəyyənliyin olduğunu iddia edərək, Trampın son hərəkətlərini əsasən media və sosial media vasitəsilə izlədiklərini bildiriblər.
Tahir TAĞIYEV