Cümə günü, 31 iyul 2026
     

ABŞ-İran müharibəsinin ən qaranlıq dövrü açıldı - Tramp hücum risqi etməyəcək, saziş olmayacaq...

Image


Sədrəddin Soltan: "İrana bağlı ssenarilər bədbindir, Tehran hakimiyyətinin güzəştə getməsi vacibdir"

ABŞ Prezidenti Donald Tramp aprelin 21-də İranla atəşkəsin müddətsiz uzadıldığını elan etdi - Pakistan vasitəçilərinin xahişi ilə həyata keçirilən bu addım çərşənbə axşamı bitəcək olan ilkin iki həftəlik atəşkəsin davamını təmin etdi.

Tramp uzatma qərarını İran hökumətinin "ciddi surətdə parçalanmış" olması ilə izah etdi və Tehran "vahid bir təklif" irəli sürənə qədər hücumların dayandırılacağını bildirdi.

Əsas gərginlik nöqtəsi ABŞ-ın dəniz blokadası məsələsidir. İran blokadanın atəşkəsin pozulması olduğunu bildirir və "təhdidlər kölgəsində" danışıqlar aparmayacağını açıqlayıb. İranın XİN başçısı Abbas Əraqçi blokadanı "müharibə hərəkəti" adlandırıb.

İranın daxilindəki dərin parçalanma da danışıqları çətinləşdirir: ölkənin mülki rəhbərliyi, o cümlədən Qalibaf və Əraqçi danışıqların davam etdirilməsinə meylli olsa da, İslam İnqilab Keşikçiləri Korpusu (PSEPAH) komandanları blokada davam etdiyi müddətdə güzəştə getməkdən kəsinliklə imtina edir.

Əsas mübahisəli məsələlər bunlardır: ABŞ İranın nüvə proqramının tam ləğvini, raket istehsalının məhdudlaşdırılmasını, Hörmüz boğazının açılmasını və Hizbullah ilə HƏMAS-a dəstəyin dayandırılmasını tələb edir. Tehran isə uran zənginləşdirmə hüququndan əl çəkməyəcəyini bildirir.

Mümkün ssenarilərə gəlincə, vəziyyət üç istiqamətdə inkişaf edə bilər. Birinci ssenaridə Pakistan vasitəçiliyi ilə İslamabadda ikinci raund danışıqlar keçirilər, blokada mübahisəsi kompromislə həll edilər və qismən sazişə nail olunur. İranın BMT nümayəndəsi bildirdi ki, ABŞ blokadanı qaldıran kimi danışıqların dərhal bərpa edilməsi mümkündür. İkinci ssenaridə danışıqlar çıxılmaza dirənər, Tramp yenidən hərbi əməliyyatlar qərarı çıxarar. İran atəşkəs uzadılmasını "vaxt udmaq üçün hiylə" hesab edən komandanları "dağıdıcı zərbələr" ilə hədələyib. Üçüncü ssenaridə uzunmüddətli donmuş münaqişə mərhələsi yaranır - atəşkəs texniki olaraq saxlanılır, lakin blokada, gəmi hücumları və regional gərginlik davam edir.

Avropa İttifaqının Enerji Komissarı artıq xəbərdarlıq edib ki, müharibə bu gün belə sona çatsa, Hörmüz boğazının tam açılması üçün "bir neçə il" lazım olacaq. Bu isə qlobal enerji bazarlarının uzunmüddətli dövr üçün sarsıntı altında qalacağını göstərir.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, hadisələr mürəkkəb şəkildə inkişaf etdiyindən, ehtimallar irəli sürmək çox çətindir: "Çünki tərəflərin atəşkəs və ya sazişlə bağlı konkret addımları barədə ictimaiyyətə məlumat verilmir. ABŞ-ın şərtləri bəllidir: İran Hörmüz boğazında blokadanı və nüvə proqramını dayandırmalıdır, proksi qüvvələrə dəstək verməkdən əl çəkməlidir və s. ABŞ da Hörmüz boğazında öz blokadasını və sanksiyaları qaldırmalıdır. Amma bu məsələlərdə tərəflər arasında razılığın olmadığı açıq görünür. Hesab edirəm ki, ilk növbədə ABŞ İran hakimiyyətinə etibar etmir, bu da vəziyyəti gərginləşdirir. Digər tərəfdən İsrailin Livanda əldə etdiyi razılaşmalar İranı indi qane etsə də, gələcəkdə bu onun Livandan çıxmasını tezləşdirə bilər. Çünki ötən gün İsrail XİN-i bəyan etdi ki, Livanla İsrail arasında heç bir problem yoxdur, hər iki tərəf üçün yeganə əngəl Hizbullahdır. İsrail ilə Livan arasında kiçik delimitasiya və demarkasiya məsələsi var, o da həll ediləcək. Hizbullahın Livandan çıxarılmasının təşkili İranın İsrailə təzyiq edən əlinin kəsilməsi deməkdir.

Proses bir tərəfdən İsrailin ətrafında təhlükəsizlik sahəsinin yaranmasına xidmət etdiyi halda, digər tərəfdən də Tehran hakimiyyətinin daxilindəki gərginliyi üzə çıxarır. Məsələn, İran xarici işlər naziri Abbas Əraqçi bəyan etdi ki, Hörmüz boğazından blokadanı götürüblər, səhəri gün isə İranın XİN sözçüsü və parlament sədri Məhəmməd Baqir Qalibaf bəyan edir ki, boğazda blokada qüvvədədir. Bu, İran hakimiyyəti daxilində danışıqlara, normallaşma prosesinin yaradılmasına, etimad mühitinə ciddi problem yaradır. Tehran hakimiyyəti daxilində birmənalı şəkildə mövqe yoxdur. Bu mövqenin olmaması danışıqlar prosesinə və Tehran hakimiyyəti nümayəndələrinin İslamabada gəlişinə problem yaradır. Bu problem həm də ABŞ tərəfində İran hakimiyyətinə qarşı etimadsızlıq yaradır. Ötən gün maraqlı bir hadisəyə dair məlumat yayıldı - İran hakimiyyəti 8 qadın ictimai-siyasi fəalı edam edəcəyi gözlənilirdi, bu edamın dayandırılması ilə bağlı Donald Tramp İrana müraciət etmişdi və dünən bu hökmün təxirə salındığı bildirildi. Amma bununla belə hakimiyyət müxtəlif siyasi fəalları Mossada casusluq etməkdə ittiham adı altında edam edir. Dünən də daha bir siyasi fəal edam olunub. ABŞ elan edib ki, atəşkəs aprelin 26-na qədər davam edə bilər, digər tərəfdən də Livanla İsrail arasında atəşkəs rejiminin müddəti başa çatmaq üzrədir - atəşkəs 10 gün müddətinə elan edilmişdi. Odur ki, atəşkəslərin ömrü qısaldıqca regionda gərginlik artır. Amma o da sirr deyil ki, yeni müharibə alovu həm ABŞ, həm də İran üçün o qədər də faydalı görünmür. ABŞ-da yalnız Donald Trampa qarşı tənqidlər səslənirsə, İranda iqtisadiyyat çökür. İran vətəndaşları çoxsaylı sosial problemlərlə üzləşirlər - qıtlıq yaranır, dolanışıq pisləşir, milli valyutanın inflyasiyası sürətlənir və s. Məsələn, bir həftə əvvəlki məlumata görə İranda inflyasiya 180%-ə qalxıb. Odur ki, vəziyyət gərginləşdikcə - razılaşmalar yubandıqca İranda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət ağırlaşır. Bu isə İran hakimiyyəti üçün çox ağır və acı nəticələrə gətirib çıxara bilər. Hesablamalara görə İrana müharibə nəticəsində 270 milyard dollar dəyərində ziyan dəyib. İranın müharibədən sonra bərpası üçün 15 il vaxt lazım gələcək. Ona görə də İrana bağlı ssenarilər bədbindir. Bütün bunların fonunda Tehran hakimiyyətinin güzəştə getməsi - ABŞ-ın şərtlərini qəbul etməsi vacibdir. Əks halda vəziyyət daha da ağırlaşa bilər."

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

30.07.2026 / 22:14
Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

30.07.2026 / 21:42
Rusiya əleyhinə sanksiya qanununu Tramp şəxsən yazıb - Senatın komitə sədri ilginc faktı açdı...

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam...Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ