Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Azərbaycanda taxta tabutu düzəltmək sərfəlidir, ya xaricdən alıb gətirmək...

Image


İlqar Hüseynli: “Bu tabutların niyə məhz Çindən idxal edilməsi ciddi suallar...”

Ölkəmizdə kifayət qədər ağac emalı müəssisələri, sexləri olduğu halda Çindən

Azərbaycana səkkiz min taxta tabut gətirilib.

Bu məsələ də son günlər ictimaiyyətdə geniş müzakirə olunur və müəyyən suallar doğurur.

Maraqlıdır ki, səkkiz min ədəd taxta tabut 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gətirilib. Ondan əvvəlki dövrlərdə tabut idxalı olmayıb. Daha dəqiq ifadə etsək, 2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.

Azərbaycan özü adi taxta tabut da düzəldə bilmir? Çindən səkkiz min taxta tabut alınıb ölkəyə gətirilməsinə nə ehtiyac vardı?

Ekspertlərin məsələyə yanaşması belədir ki, əslində xaricdən Azərbaycana tabut idxalına ehtiyac yoxdur. Ekspertlərə görə, burada müəyyən iş adamlarının biznes maraqları var ki, onlar bu tabutları ölkəyə idxal etməklə onları qeyri-müsəlman icmalara satırlar. Hətta bəzi ekspertlər hesab edir ki, bu tabutların məscidlərə satılmaq məqsədilə gətirilməsi ehtimalı da az deyil.

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, islam qaydalarına görə, heç bir müsəlman tabutda dəfn olunmur, tabutda yalnız cənazə daşınır.

“Bizim dəfn qaydaları var. Azərbaycanda tabutdan yalnız bir dəfə istifadə olunur və bu tabutlar da xüsusi ağac məmulatlarından düzəldilmiş bər-bəzəkli tabutlar deyil. Hər bir məscidin dəfn törəni üçün xüsusi hazırladığı tabutlar var və ölü dəfn olunandan sonra onlar da məscidlərə geri qaytarılır. Ölkəmizə Çindən səkkiz min tabutun idxal edilməsi məqsədi aydın deyil.

Qənaətimə görə, ola bilsin ki, bu tabutlar qeyri-müsəlman icmaların sifarişi ilə gətirilib. Çünki xristianlar və digər tabutla ölüsünü dəfn edən icmalar var. Ola bilər, bu icmalar dövlətin əlaqədar qurumlarına müraciət ediblər ki, bizim tabuta ehtiyacımız var. Yəni bu tabutlar xristianların dəfni üçün nəzərdə tutula bilər.

Bu ya da ki, hansısa iş adamı tərəfindən Çindən alınıb Azərbaycana idxal edib, buradan da başqa bir ölkəyə ixrac ediləcək. Bu ehtimal da ola bilər. Çünki indiyə qədər Azərbaycanda tabud alqı-satqısı, idxalı-ixracı ilə bağlı statistika olmayıb”.

İ.Hüseynlinin qənaətinə görə, Çindən ölkəmizə səkkiz min tabut gətirilməsi ictimaiyyət üçün tamamilə yeni məlumatdır.

Ekspert hesab edir ki, xaricdən Azərbaycana tabud idxalının ictimaiyyət üçün anlaşılmaz olması təbiidir.

İ.Hüseynlinin fikrincə, Çindən, yaxud hansısa başqa bir ölkədən tabud idxalına zərurət yox idi. “Bizim özümüzün o qədər ağac emalı ilə məşğul olan ustalarımız, kiçik və orta sahibkarlıq müəssisələrimiz var ki, Çindən gətirilən tabutlardan da yaxşısını, keyfiyyətlisini istehsal edib satışa çıxara da bilərlər. Bu tabutların niyə məhz Çindən idxal edilməsi ciddi suallar doğuran bir məsələdir. Azərbaycanın özündə tabut düzəldirlər”-deyə İ.Hüseynli qeyd etdi.

Tural İrfan: “Görünür, kimsə tabut biznesinə başlayıb”

İlahiyyatçı Tural İrfanın fikrincə isə, Çindən ölkəmizə səkkiz min tabutun gətirilməsinin müxtəlif səbəbi ola bilər. T.İrfan qeyd etdi ki, Azərbaycanda müsəlmanlarla yanaşı xristian və başqa dinlərə etiqat edən vətəndaşlarımız, müxtəlif dini icmaların, konfensiyaların üzvləri var və hər dinin də özünün dəfn qaydaları mövcuddur. “Müsəlmanlarda kəfənlə, qeyri dinlərdə isə tabutda dəfn olunmaq adəti var. Eyni zamanda ateist adlandırılan inancsız insanlar da var ki, onların da təşəbbüsü ola bilər ki, onlar da öz inancsızlıqlarına uyğun dəfn mərasimi keçirmək istəyirlər. Bu da ola bilər. Çünki adətən müsəlan ölkələrində yaşayan ateistlər və deistlər ənənəyə uyğun olaraq elə müsəlman qaydasına uyğun dəfn olunur...Bir variantın olması da mümkündür ki, bu bəzi məmurların, maddi imkanı yüksək olan şəxslərin təşəbbüsü olsun. Necə ki, qəbristanlıqlarda təmtəraqlı məzar daşları, movzoleylər qurdurur, heç bir dinə və ənənəyə uyğun olmayan qaydalarda dənf həyata keçirirlər, yaxınların məzarının üstünə Çindən, İtaliyadan gətirtdikləri bahalı daşlar qoyurlar. Ola bilsin, həmin imkanlı şəxslər torpağın altında çürüməmək üçün ivanitdən və başqa maddələrdən hazırlanmış yüzillərlə çürüməyən tabutda dəfn olunmaq istəyirlər”.

T.İrfan hesab edir ki, hər kəsin öz etiqadı, öz inancı, yaxud da inancsızlığı var. T.İrfan ehtimal edir ki, o tabutlar imkanlı zümrə üçün sifariş verilib və burada onların satışına başlanacaq. “Necə ki, bahalı mərmər daşları gətirlir. Hətta onun monopolyada olduğu, müxtəlif işbazların bu işlə məşğul olduğu deyilir. Bu daşları dəbə salırlar, məzar daşlarına QR yerləşdirirlər. Görünür, kimsə tabut biznesinə başlayıb. Ola bilsin, bu tabutları gətirib dəbə salacaq. Bu da müəyyən insanların ağlına batacaq. Ola bilsin, onlar bu tabutları kütləvi şəkildə alacaqlar və ölülərini bahalı tabutlarda dəfn edəcəklər”-deyə T.İrfan vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ