Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə elmi dərəcələrin verilməsi və onlardan imtina edilməsi ilə bağlı statistik məlumatlar açıqlanıb.
Baki-xeber.com AAK-ın rəsmi saytına istinadən bildirir ki, elmlər doktoru elmi dərəcəsi keçən il 82 nəfərə verilib. Həmçinin 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Bundan əlavə keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfərə isə həmin elmi dərəcə ilə bağlı imtina cavabı verilib.
İRADƏ