Bakıda baş verən hadisə ilə əlaqədar məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Bu barədə KİV-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilir ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Nəticəsi barədə məlumat veriləcək.
Bundan əvvəl 14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunublar. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
ZÜMRÜD