Özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 - 2030-cu illər üçün Konsepsiya”da öz əksini tapıb.
Mümkün risklər, o cümlədən özəl məhkəmə ekspertlərinin fəaliyyətində təşkilati və metodiki çatışmazlıqlar nəzərə alınmaqla təcrübədə daha çox ehtiyac duyulan fəaliyyət sahələrinin müəyyən edilməsi, peşəkar kadrların özəl məhkəmə eksperti qismində fəaliyyət göstərməyə cəlb edilməsi üçün təşviqat-təbliğat tədbirlərinin görülməsi, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativliyin təmin edilməsi planlaşdırılır.