8 Sentyabr Beynəlxalq Savadlılıq Günüdür.
Bu günün qeyd olunması savadlılığın fərdlərin, ailələrin və cəmiyyətlərin inkişafında nə qədər vacib rol oynadığını bir daha vurğulayır. Dövlət Statistika Komitəsinin (DSK) ən son məlumatlarına əsasən 2025-ci ildə ölkəmizdə əhalinin savadlılıq səviyyəsi 100%-ə (99,8) çatıb. Bu, Azərbaycanı savadlılıq sahəsində dünya üzrə ən yüksək göstəricilərə sahib ölkələrdən biri edir. UNESCO-nun məlumatlarına əsasən, 177 ölkə arasında Azərbaycan 100% savadlılıq səviyyəsinə malik 13 ölkədən biridir. Düzü mən bu hesabatın obyektivliyinə şübhə etdim. Niyə? ETN əvvəllər bir neçə dəfə beynəlxalq hesabatlara verilən məlumatları manipulyasiya edib. PİSA, QS reytini v.s. Sonradan bu manipulyasıya faktları ifşa edildi. Nazir E. Əmrullayev deyir ki, bizim 25 yaşdan yuxarı əhalinin 60 % oxuduğu mətni dərk etmir. Bu halda ölkə üzrə savadlılıq necə 100 % ola bilər? Nazir E. Əmrullayev deyir ki, müəllimlərimizin xeyli hissəsi savadsızdır, sadə hesablama və orfoqrafiyanı bilmirlər, diplomları saxtadır. deyir ki, 150 min müəllimin 20 % belədir. Yəni, ortalama 30 min müəllimimiz savadsızdır. Ölkənin 20% müəllimi savadsızdırsa, əhalinin 60% oxuduğunu dərk etmirsə, ölkə əhalisinin 100 % necə savadlı ola bilər? İndi xalq çaş-baş qalıb. Bilmirlər ETN nazirinə inansın, DSK-nə inansın, yoxsa BMT-nin hesabatına inansın? Dosent: İlham Əhmədov