Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanda qara ciyər xərçəngi və sirrozun artma səbəbləri...

Image


Əhməd Əlizadə: «Hepatit virusları nəticəsində yaranan qara ciyər sirrozu və qara ciyər xərçəngi geniş yayılıb»

«Qara ciyər xəstəliklərindən əziyyət çəkən insanların ilbəil artma səbəbi onların sağlam həyatdan uzaq olmasından qaynaqlanır»
«Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusları, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qara ciyər sirrozu və qara ciyər xərçəngi geniş yayılıb». Bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova hepato-qastroenterologiyaya həsr olunan beynəlxalq seminarda çıxışı zaman deyib.
Bu gün Azərbaycanda qara ciyər sirrozundan əziyyət çəkənlərin statistikasının aparılmamasına təəssüflənən A.Yusifova bildirib ki, adətən, hepatit virusları müalicə olunmadıqda qara ciyər sirrozu, qara ciyər sirrozu müalicə olunmadıqda isə qara ciyər xərçəngi yaranır.
Qastroenteroloq Əhməd Əlizadənin sözlərinə görə, Azərbaycanda qara ciyər sirrozu çox geniş yayılıb və əməliyyatla çarəsi mümkündür: «Avropa Birliyinə daxil olan ölkələrdə 143 qara ciyər transplantasiyası mərkəzi var. Mərkəzlərdə 2009-cu ildə təqribən 5900 qara ciyər transplantasiyası həyata keçirilib. Statistika ölkələrə görə dəyişir. Azərbaycanda isə bu günə qədər 11-12 nəfərə qara ciyər köçürülüb. Bu say qara ciyər transplantasiyasına ehtiyacı olan insan sayının qarşısında çox azdır. İnsan orqanizmində hər hansı bir orqanda nasazlıq yaranarsa, bu dərhal özünü ağrı ilə göstərir. Ağrının olması isə insana bir növ siqnal verir ki, həkimə müraciət etmək lazımdır. Lakin qara ciyərdə bu belə deyil. Qara ciyər nasazlığı yarandığı zaman heç bir ağrı faktoru olmur. Xəstə narahatlıqdan, ağırlıqdan, ağrıdan şikayət etmir. Əslində qara ciyər xəstəlikləri üçün bu heç də yaxşı amil deyil. Çünki xəstə həkimə gəldikdə qara ciyər kifayət qədər ağırlaşmış bir hal alır. Ağrı yalnız qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının dartılması zamanı meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyədə ağrıların olması qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir. Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpkilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tündləşməsi kimi əlamətlərin olması qara ciyərin pis işləməsi və hər hansı bir problemin olmasının göstəricisidir.
Əslində qara ciyər çox dözümlü bir orqandır. Ancaq zərərli maddələrlə onu çox yükləyəndə bu orqan artıq dözə bilmir. Alkoqol, öz növbəsində, bu şəkildə sirroza səbəb olur. Eyni zamanda, düzgün qidalanmamaq və lazım oldu-olmadı dərman qəbul etmək qara ciyərə zərbə vurur. Dərmanların da əksəriyyəti qara ciyərdə filtrasiya olunur və məhz bu orqanda zərərsizləşdirilir. Lakin həddən artıq dərman qəbulu qara ciyərdə toksiki hepatit yaradır. Uzun illər dərman qəbul edən insanlarda qara ciyər funksiyasında pozğunluq əmələ gəlir. Böyrəklər sıradan çıxır, beyində ödem əmələ gəlir. Bir sözlə, insan ölümə doğru gedir».
Ə.Əlizadənin sözlərinə görə, qara ciyər xəstəliklərindən əziyyət çəkən insanların ilbəil artması onların sağlam həyatdan uzaq olmasından qaynaqlanır: «Əksər insanların həkim müayinəsindən keçməməsi, qeydiyyatda az insanın olması elə təəssürat yaradır ki, qara ciyər xəstəliklərindən əziyyət çəkən insanlar azdır. Lakin bu belə deyil. Statistika göstəricisinin az olması heç də xəstəliyin azmiqyaslı yayılması demək deyil. Sağlam həyat tərzi sürən insan azdır. Məsələn, içki, siqaret, həddindən artıq yağlı yeməklər, iki addımlıq yolda avtobus və avtomobillərdən istifadə etmək, gəzməmək, sağlam qidalanmamaq, meyvə və tərəvəzdən imtina etmək qara ciyərin sıradan çıxması üçün şərait yaradır. Meyvə qəbulunu çox və ardıcıl etmək, ağartı məhsullarına, o cümlədən mədə-bağırsaq üçün faydalı olan qatığa geniş yer verilməlidir. Təbii qidalardan çox istifadə etmək, yarımfabrikatlardan uzaq olmaq lazımdır. Bağırsaqların fəaliyyətini düzgün tənzimləmək vacibdir. Sağlam qidalanma və düzgün həyat tərzi seçdikdən sonra belə mütəmadi yoxlanışdan keçilməlidir. Unudulmamalıdır ki, qara ciyər xəstəlikləri insana ikinci şans vermir və öldürür. Əməliyyatdan sonra öz-özünü yeniləyən və bərpa olunan yeganə orqanı qorumadıqda, demək olar ki, insan üçün həyatın sonu gəlir».
Həkim-qastroenteroloqun sözlərinə görə, Azərbaycanda insanlarda qara ciyər xərçəngi, əsasən, bu virusların müalicəsinə gec başlanması və qara ciyər sirrozunun uzun müddət davam etməsinin nəticəsi olaraq yaranır: «Bu gün Azərbaycanda hepatit virusları hepatit B və hepatit C, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qara ciyər sirrozu və qara ciyər xərçəngi geniş yayılıb».




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ