Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Tarix: 27.02.2015 / 02:46
Bölmə: Sosial
Bağbanın əkdiyi ağac fidan çağında əyri bitirsə, böyüyəndən sonra onu düzəltmək mümkünsüz olur. Odur ki, bağbanlar çalışır ki, əkib ərsəyə gətirdiyi ağaclar əyri bitməsin. İnsan da ağac kimidir, gərək düzgün istiqamətdə inkişaf etsin, əks halda, heç kəs üçün faydalı ola bilməz. Şifahi xalq ədəbiyyatında da, klassiklərimizin əsərlərində də uşaq və gənclərin hərtərəfli şəkildə tərbiyə olunması haqda bilgilər kifayət qədərdir.
Dahi Nizami Gəncəvi əsərlərində bir sıra məsələlərlə birgə uşaqların fiziki və mənəvi sağlamlığını önə çəkib. Digər klassiklərin əsərlərində də uşaqların təhsilli, tərbiyəli yetişdirilməsi ilə bağlı maraqlı məqamlar var. Fikir versək görərik ki, inkişaf etmiş uşaq və gənclərdən danışan klassiklər onları həm savadlı, bütün elmlərdən xəbərdar, ədəbli-mərifətli olduqlarını qeyd etməklə yanaşı, həm də idmanla, xüsusən də üzgüçülüklə, yay-oxu atmaqla məşğul olduqlarını, mahir at çapmağı bacardıqlarını yazır. Məsələ burasındadır ki, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə hər zaman kompleks yanaşma olub. Azərbaycanda uşaqların və gənclərin hərtərəfli inkişafına hər zaman böyük önəm verilib. Bu da ondan irəli gəlir ki, valideynlər uşaqlarını həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etmiş və sağlam görmək istəyir. Sovet dövründən başlayaraq Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi əhəmiyyət verilib. Düzdür, sovet dönəmində uşaq və gənclərin fiziki və mənəvi inkişafına böyük diqqət ayrılsa da, yetişməkdə olan nəsil bolşevizm ideologiyasına xidmət etməli idi. Bununla belə, uşaq və gənclərin təhsilinə, tərbiyəsinə, onların uşaq və gənclər üçün olan yaradıcılıq klublarına, dərnəklərə, məşğələlərə getməsinə, müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmasına şərait yaradılırdı. Azərbaycanın hər yerində uşaq və gənclər üçün yaradıcılıq evləri, idman dərnəkləri, şahmat klubları fəaliyyət göstərirdi. Təbii, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimiz bu sahəyə daha böyük diqqət yetirdi. Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul olan qayğı siyasəti mövcuddur. Ətrafımızda kifayət qədər uşaq və gənclər var və biz gündəlik olaraq onlarla ünsiyyətdə oluruq. Bir neçə il əvvəllə müqayisədə indi qarşımızda çox inkişaf etmiş uşaqlar və gənclər var. Bu mübaliğəsiz belədir. Son dövrlərə qədər uşaq və gənclərin böyük bir qismi asudə vaxtını hara xərcləməli olduğunu bilmirdi, buna görə də günlərini daha çox internet klublara xərcləyirdi. Sevindirici haldır ki, axır zamanlar bu məsələdə nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olan uğurlar var. Uşaq və gənclərin böyük hissəsi idmanla məşğul olur, incəsənət təmayüllü müxtəlif kurslara, dərnəklərə gedir, musiqi məktəbində oxuyurlar. Bu da xoş haldır ki, indi uşaq və gənclər arasında teatrlara, kitabxanalara gedənlərin sırasında əhəmiyyətli dərəcədə artım var. Bu da faktdır ki, onlara bu şərait dövlət tərəfindən yaradılıb. Onu da bildirək ki, ölkəmizdə gənc nəslin mənəvi və fiziki inkişafına qayğının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Bir sıra unudulmaz işlər var ki, bunlar hamısı ulu öndərin adı ilə bağlıdır. Bu da məlumdur ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Sirr deyil ki, ortada kifayət qədər uğurlar, dəyərli nəticələr var. Gənclərin mənəvi, fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramını, hazırda həyata keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını qeyd edə bilərik. Adıçəkilən sənədlər çərçivəsində çox işlər görülüb və görülməkdədir. Uşaq və gənclərin fiziki tərbiyəsində dövlətin gördüyü işlər misilsizdir. Əvvəlcə onu deyək ki, hazırda ümumtəhsil orta məktəblərinin, eləcə də kollec və ali təhsil ocaqlarının əksəriyyətində tələb olunan avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq və gənclər öz fiziki sağlamlığının qeydinə qalır. Bundan başqa, qəsəbələrin çoxunda ayrıca idman zalları, futbol meydançaları var və bu məkanlarda da uşaq və gənclərin aktiv olduğunu müşahidə edirik. Bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma mövcuddur. Bu sahədə nəzərdən qaçmayan çox incə məqamlardan biri odur ki, gənclərin fiziki sağlamlığına yalnız paytaxtda və iri şəhərlərdə deyil, bölgələrdə, ucqarlarda, əyalətlərdə də ciddi fikir verilir. Son illər Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Bu az iş deyil. Bəlli olduğu kimi, bu qurğularda məşq edən uşaq, yeniyetmə və gənclər arasında xeyli sayda peşəkar idmana gələnlər var. Bakı ilə yanaşı, bölgələrdə də ən yeni idman texnologiyaları ilə təchiz edilən olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi olaraq tanınır. Bu da dövlətimizin böyük uğurlarındandır. İdman hər bir dövləti tanıdan, təbliğ edən bir sahədir. Qeyd etdiyimiz kimi, ölkəmizin də bu sahədə xeyli nailiyyəti var.
Azərbaycanda uşaq və gənclərin mənəvi-fiziki inkişafını təhlil edərkən görülən işlərə qol-qanad, rövnəq verən çoxlu sayda faktla üzləşirsən. Uşaqlardan, onların məşğuliyyətindən, əqli, mənəvi, fiziki inkişafından danışırıqsa, burada məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyətini də vurğulamalıyıq. Uşaq bağçalarının bir çoxunda uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Dövlət nəzarətində olan uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompyüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu gün dövlət uşaq bağçalarına xüsusi diqqət yetirir. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Sözümüzün canı odur ki, artıq uşaq bağçaları özünü təsdiqləyir və dövlətin uşaqlarla bağlı siyasətinə dayaq dura bilir. Xüsusi istedadı olan uşaqlara dövlətin diqqət və qayğısı yüksəkdir. Bir çox hallarda belə uşaqların istedadı bağçada üzə çıxır, onları müəllimlər istiqamətləndirir. Sevindirici haldır ki, 4-5, 6-7 yaşlı uşaqlar musiqiyə, rəqsə, yüngül atletikaya- gimnastikaya böyük maraq göstərir. Bu gün ayrı-ayrı musiqi ocaqlarında, idman qurumlarında məşğul olan uşaqların sayı günü-gündən çoxalır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar hazırlanıb həyata keçirilir. Bu layihələrin məqsədi dövlətin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasına, vətənpərvər vətəndaş kimi yetişməsinə yönələn siyasətini yerinə yetirməkdir. Azərbaycan dövlətinin bəlli gənclər siyasəti var və bu siyasətin də məqsədi, məramı aydındır. Gənclər siyasətinin əsas istiqamətlərindən danışarkən qeyd etməliyik ki, bu siyasət "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı və digər əsas məsələlər yer alıb. Əlbəttə, bu kimi məsələlər gənclərə ciddi stimul verir.
Uşaq və gənclərin mənəvi və fiziki inkişafı haqda çox fikirlər söyləmək olar. Uşaqların, gənclərin bütün istiqamətlərdə sağlam yetişməsində mühitin də ayrıca yeri var. Sözsüz ki, yaşadığımız mühit kifayət qədər şəffaf olmalıdır ki, uşaq və gənclər özlərini tapsın. Bunun üçün də dövlət öz səylərini əsirgəmir, cəmiyyətin də bu mühüm məsələdə fəal olması arzuediləndir.
Uşaq və gənclərin mənəvi inkişafında əhəmiyyətli rol oynayan ştrixlərdən biri də uşaq və gənclər arasında müntəzəm olaraq keçirilən intellektual bilik yarışlarıdır. Əsasən Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin və nazirliyin yerli qurumlarının təşkilatçılığı ilə təşkil olunan intellektual bilik yarışlarının məktəblilər arasında geniş vüsət alması təqdirəlayiqdir. Paytaxtdan kənarda fəaliyyət göstərən rayonlarda, kəndlərdə keçirilən bu yarışlar böyük maraq doğurur. Biz buna nümunə olaraq ənənəvi intellektual bilik yarışlarının adlarını qeyd etmək istəyirik. Mətbuatdan məlumdur ki, 2013-cü ildə Masallıda-Gənclər Mərkəzində Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə 14-29 yaşlı yeniyetmə gənclər arasında "Nə, harda, nə zaman" intellektual bilik yarışı üzrə rayon turniri keçirilib. Onu da deyək ki, bu yarış yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Regionlarda gənclər arasında intellektual bilik yarışının keçirilməsi ənənəsi özündə böyük məna daşıyır. Quba rayonunda 14-29 yaşlılar arasında İntellektual Bilik Yarışının keçirilməsi də bu qəbildəndir. Azərbaycan Televiziyasında və İctimai Televiziyada keçirilən intellektual bilik yarışlarında əsasən orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəb tələbələri iştirak edir. Uşaq və gənclərin mənəvi inkişafında bu yarışların əhəmiyyəti danılmazdır. Demək istəyirik ki, həyat ağacımızın ən şirin meyvələri olan uşaq və gənclərimizin, övladlarımızın mənəvi və fiziki inkişafı naminə dövlət gərəyi olan hər bir işi görür. Əlbəttə, biz valideynlər də övladlarımızın doğru şəkildə yetişməsi, cəmiyyətə, dövlətə faydalı olması üçün onlara düzgün tərbiyə verməliyik. Dövlətin bu sahədə həyata keçirdiyi siyasət, gördüyü işlər uşaq və gəncləri işıqlı yollara, böyük uğurlara hazırlayır.
İradə SARIYEVA
Məqalə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib
- FOTO
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ