Ötən il ərzində Ombudsman Aparatına alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub. APA-nın məlumatına görə, bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.
Alimentin borclu tərəfindən ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud ödənişin yubadılması haqqında şikayətlər daha çox olub. Qeyd olunub ki, bəzən borclu tərəfin işləməməsi və yaxud onun digər gəlirlərinin müəyyən edilməməsi səbəbindən aliment borcunun ödənilməsində çətinlik yaranıb və ödənişin təmin edilməsi mümkün olmayıb.