çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Təhsil nazirinin daha iki açıqlaması təəccüb doğurub - 44 həftəlik dərs və geyimləri bazarın ixtiyarına buraxmaq?..

Image


Azərbaycanda ən çox müzakirə edilən, hər tərəfdən tənqid edilən sahələrdən biri məhz təhsil sahəsidir. Təhsil elə bir sahədir ki, burada həyata keçirilən hər bir islahat xalqın, dövlətin xeyrinə olmalıdır.

 Təhsil sahəsi  uşaqdan tutmuş böyüyə qədər hər kəsi maraqlandırır. Təhsil Nazirliyinin verdiyi hər bir qərar, açıqlama cəmiyyətin hər bir sferasında ciddi müzakirə edilir...

Təhsil naziri Emin Əmrullayev iyulun 27-də keçirdiyi brifinqdə bir sıra açıqlamalar verib, təkliflərlə çıxış edib. Nazir tədrisin müddətinin artırılmasını təklif edib: “Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır”.

O bildirib ki, nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir: “Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır...”

Nazir cəmiyyəti uşaqları oxumağa həvəsləndirməyə və tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edib.

Nazir brifinqdə məktəbli formaları ilə bağlı məsələyə də toxunub. E.Əmirullayev bildirib ki, formanın qiymətinə nazirlik müdaxilə edə bilməz: “Məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir”.

Nazirin hər iki fikri cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Əksər insanlar deyir ki, hər iki məsələyə yanaşma yanlışdır. Nazirin “məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir” fikri də ciddi rezonans yaradıb və narazılıqla qarşılanıb. Suallar yaranır ki, nazirlik nə üçün bu vacib məsələni bazarın ixtiyarına buraxır? Bəlkə istehsalçı elə qiymət qoyacaq ki, valideynlərin onu almağa maddi gücü catmayacaq? 

42-44 həftəlik tədris kimə və nəyə lazımdır, bunun əhəmiyyəti nə ola bilər? Nazirlik niyə məktəbli formalarının qiymətlərinə nəzarət etmir, dərsliklər kimi onu da işbazların ümidinə buraxır?

  • Elyar İslamoğlu: “Məktəbli formasının tez-tez dəyişdirilməsi və onların qiymətinin də işbazların, bazarın ixtiyarına buraxılması narahatedicidir”

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nazirin son açıqlamaları ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə şahid olub. Nazirin açıqlamalarından təəccübləndiyini deyən alimin sözlərinə görə, cəmiyyət, xalq yeni nazirin təhsilin inkişafı ilə bağlı faydalı islahatlar aparacağını, qərarlar verəcəyini gözləyirdi: “Amma biz bir neçə dəfədir verilən qərarlardan, açıqlamalardan, açılan müzakirələrdən görürük ki, əksinə, təhsilimiz günü-gündən daha da çökür, inkişaf etmək əvəzinə daha da geri gedir. Nədən cənab nazir xarici ölkələrdəki təhsilinin keyfiyyətini öz ölkəmizə gətirmir, xarici ölkələrdə müəllimlərə verilən maaşı tətbiq etməyə maraq göstərmir, həmin ölkələrdə şagirdlərə edilən güzəştlərin, məktəblərə qayğının nümunələrini Azərbaycana daşımır, amma xarici ölkələrdə tədrisin müddətinin uzun olduğunu əsas gətirib burada da tədrisin müddətini uzatmaq istəyir? Əsas olan tədrisin müddətinin uzadılması yox, təhsilin keyfiyyətidir, bunu qaldırmaq lazımdır. Şagirdlərə heç bir istirahət vermədən lap 12 ay dərs keçilsə belə, tədrisin keyfiyyəti aşağıdırsa, keyfiyyətli dərs verilmisə bununla heç nəyə nail olmaq olmaz. Bu gün orta məktəblərdə şagirdlərin xeyli problemi var, psixoloq çatışmazlığı mövcuddur, təsadüfi adamların “psixoloq” işləməsi kimi halların şahidiyik. Bunun nəticəsində də şagirdlərin kütləvi intihar etdiyini, narkomaniyaya bulaşdığını, qız şagirdlərin pis yollara düşdüyünü müşahidə edirik. Təhsil Nazirliyi əslində ilk növbədə bu cür məsələləri həll etməlidir. Məktəblərdə korrupsiya, rüşvətxorluq halları var, attestatlar pulla satılır, Bakının mərkəzində də, rayon və kəndlərdə çox bərbad vəziyyətdə olan təmirsiz məktəblər var. Dərsdən yayınma halları geniş yayılıb. Onların da xeyli bir hissəsi kasıblıqdan, geyim, məktəb ləvazimatları ala bilmədikləri üçün məktəbə getmir. Rayon yerlərində IX-X sinif şagirdi olan qızların məcburi ərə verilməsinin şahidi oluruq. Təhsil Nazirliyi bu cür ciddi məsələləri aradan qaldırmalıdır...Təhsil naziri məktəblərdə rüşvətin kökünü kəsməli, tədrisin keyfiyyətini qaldırmaq barədə düşünməlidir. Tədris müddətinin 36 həftədən 42-44 həftəyə qədər uzadılması təhsilin inkişafına heç bir fayda verə bilməz”.

Şagird formaları ilə bağlı məsələyə gəlincə, E.İslamoğlunun sözlərinə görə, hər tədris ilində, yaxud bir neçə ildən bir məktəbli formalarının dəyişdirilməsi, ailələr qarşısına dolayısı ilə tələb qoyulması ki, yeni məktəb formaları alınmalıdır, bu da mənfi haldır: “Məktəbli formasının tez-tez dəyişdirilməsi və onların qiymətinin də işbazların, bazarın ixtiyarına buraxılması narahatedicidir. Müharibdən sonra və pandemiyanın hər an alovlanmağa hazır olduğu bir vaxtda  ailələrin sosial vəziyyətinin acınacaqlı olduğu hər kəsə məlumdur. Biz get-gedə insanların müflis olduğunun şahidi oluruq. İmkansızlıqdır. Hər şeyin qiyməti bahalaşıb. Məktəb ləvazimatlarının qiyməti əvvəlki illərə nisbətən bir neçə qat artıb. Valideyn böyük uşağına aldığı məktəbli formasını növbəti illərdə o biri uşaqlarına da geydirə bilirdi. Məktəbli formalarının tez-tez dəyişdirilməsi həm də ailə büdcəsinə mənfi təsir edir. Başa düşürəm, cənab nazirin özünün imkanı yaxşıdır, maaşı yüksəkdir, eləcə də digər nazirlərin, məmurların, millət vəkillərinin də gəlirləri çoxdur, obyektləri, əlavə gəlir yerləri, otelləri, restoranları, istirahət mərkəzləri var, ona görə də onlar üçün məktəbli geyimləri almaq, yaxud onun qiyməti, formaların tez-tez dəyişdirilməsi əhəmiyyətli deyil. Amma aşağı büdcəli ailələrin, xüsusilə də işsizlərin, günəmuzd işləyənlərin gəlirləri çox azdır. Bu cür ailələrdə hətta məktəbli formasının alınması da problemdir...Növbəti dərs ilinin başlanmasına təxminən ay yarım vaxt qalıb. Elə ailə var ki, 4-5 uşağı məktəbə gedəcək. Hər uşağa da yeni forma alınmalıdır. Məktəbli formalarının qiymətini bazarın formalaşdırması o deməkdir ki, formanı kim neçəyə istəyir satacaq və valideyn də məcbur olub alacaq. Bu belə olmamalıdır və bütün ölkə üçün vahid bir forma seçilməli, qiyməti isə dövlət, Təhsil Nazirliyi müəyyənləşdirməlidir”.

  • Vüsalə Ağabəyli: “Tədris həftəsinin sayını artırmaqla nə əldə edəcəyik? -  Uzanmış keyfiyyətsiz təhsil”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli də bu məsələlərdə həmkarının fikirlərini bölüşür: “Gənc nazir təyin olunandan ümidlə təhsildə islahatlar gözləyirdik. Müəyyən müddət keçməsinə baxmayaraq, köhnə ənənəni davam etdirir, hətta deyərdim, vəziyyəti daha da qəlizləşdirir. Bu da onu sübut edir ki, təkcə savad önəmli deyil, idarəetmə üçün həmçinin səriştə, bacarıq və cəsarət lazımdır. Emin müəllim sadə insandır, çox gözəl, Avropa təcrübəsi və təhsili var, bu da əntiqə. Bəs bizim təhsil sistemi ondan necə yararlana bilir? Bu faydasız söhbətlər kimə lazımdır axı? Nümunə göstərilən ölkələrin tədris həftəsinin çoxluğundan danışınca, həmin təhsil müəssisələrindəki təhsilin keyfiyyətindən, səmərəliliyindən danışmaq lazımdır. Başa düşürük, Emin müəllimin işi çətindir, amma ən azı keyfiyyət üçün edilən cəhdləri görmək istəyirik. Tədris həftəsinin sayını artırmaqla nə əldə edəcəyik? -  Uzanmış keyfiyyətsiz təhsil. Heç olmazsa, nümunə gətirilən ölkələrinin birinin təhsil modeli üzərində bizdəki sistemi yeniləsin, tədris planları və xüsusilə kadrları gözdən keçirsin. 

Təhsil sistemindəki yararsız və "kiflənmiş" kadrlara, müəssisələri qeybət yuvasına çevirən kadrlara qarşı sərt addımlar atmağa cürət etsin.

Gənc, yaradıcı və potensiallı kadrların önünü açsın. Sistemin yenilənməsi və keyfiyyətinin təminatı üçün strateji plan təqdim etsin, boşluqları üzə çıxarsın.

Nümunə gətirdiyi univetsitetlərə tələbələr niyə axışıb gedir, bunun səbəbıərini araşdırsın.

Yoxsa keyfiyyətsiz təhsili saqqız kimi uzatmaqla yenilik etmək mümkün deyil.

Belə şey olar, hər şeyi kiminsə ixtiyarına vermək? Təhsil Nazirliyinin xüsusi səlahiyyəti var müdaxilə etməyə! Pandemiya dövründə bütün universitetlərin öz ixtiyarına buraxdı tədrisin təşkilini, imtahanları, indi də məktəbli formasını bazarın qiymətinə buraxır. Bəs fərdi qaydada müəssisələr özü prosesi apara bilirsə, qiymətləri bazar müəyyən edirsə, Təhsil Nazirliyinin rolu nədən ibarət olacaq? Ümumiyyətlə, bir nüans da var. Çox önəmli bir nüans. Təhsil Nazirliyi hazırda sanki ancaq orta təhsil müəssisələri haqqında düşünür və fikirlər bildirir. Universitetlər haqqında ümumiyyətlə, ciddi bir təklif və ya addım atılmır. Məsələn, AR Korrupsiyaya qarşı mübarizə haqqında qanunda qeyd olunub ki, “Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu formada çalışması qəti qadağan və yolverilməzdir”.

V.Ağabəyli deyir ki, Təhsil Nazirliyi bu məsələlərə niyə nəzarət etmir?  Onun vurğuladığına görə, bndan başqa, 80 yaşına çatmış və fəaliyyəti "dedi-qodu" ilə keçən vəzifə sahiblərinə, işə yararsız kadrların yüksək vəzifələrdə oturub tədrisin önündə ciddi maneələr yaratmağına, əmək şəraitində ayrıseçkiliyə yol verilməsinin tənzimlənməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına niyə münasibət bildirmir? “Tədris həftəsinin sayını uzatmaqla təhsilə heç bir yenilik gətirmək olmaz, cənab nazir! Sizdən keyfiyyətə xidmət edən islahatlar gözləyirik!”- deyə dosent bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ