Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Adda bir neçə mobil nömrə yaxşı yaşayışa və yardımdan imtinaya ədalətli əsas ola bilərmi...

Image


Aztəminantlı ailələrin hər biri ünvanlı sosial yardım almaq istəyir ki, nisbətən gün-güzəranını düzəldə bilsin. Lakin ünvanlı sosial yardım almaq heç də bütün vətəndaşlara nəsib olmur. Bu da var ki, əksər hallarda ehtiyacı olan şəxslər kənarda qalır, onların müraciətlərinə imtina verilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı sosial yardımların kimlərə verilməyəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, adına bir neçə telefon nömrəsi olan vətəndaşa ünvanlı sosial yardım verilməyəcək.

Nazir qeyd edib ki, ünvanlı sosial yardımla bağlı edilən 100 min müraciətdən 50 mininə müsbət cavab verilib, Azərbaycanda qurulan sistemin avtomatikliyi prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşı sistemdir. O deyib ki, hətta beynəlxalq təşkilatlar 54 ölkəyə Azərbaycanın sistemini təklif edib: “Amma ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq. İmtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır. Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir”.

Ekspertlərin fikrincə, bir adamın adına bir neçə telefon nömrəsinin olması heç də onun vəziyyətinin yaxşı olmasına dəlalət etməyə bilər.

Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımların verilməsi ilə bağlı bu yanaşması nə dərəcədə ədalətlidir? Bir insanın adına bir neçə telefon nömrəsinin olması onun ünvanlı sosial yardım almasına niyə mane olmalıdır? Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Bu öz yerində. Digər tərəfdən, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda qeyd edilir ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təşkil edir.

Məsələn, 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 170*4=680 manat təşkil edir. Bu halda ailəyə 680-400=280 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

Yəni müvafiq qaydada göstərilir ki, ailədə adam başına gəliri 175 manatdan aşağı olanlara ünvanlı sosial yardım verilir. Amma qanunda yazılmır ki, ailədə adambaşına xərc filan qədər olanda vətəndaşa ünvanlı sosial yardım düşür, ya düşmür. Ekspertlər deyir ki, qanunda xərc adında bir şey yoxdu və qanunda xərc göstərilmirsə, hazırda istifadə edilən prinsip qanuna ziddir. Onların fikrincə, ya xərc məsələsi hesablanmamalıdır, ya da gəlirlə bərabər xərc də qanuna salınmalıdır ki, bu qədər gəliri, yaxud bu qədər xərci olan ailəyə ünvanlı yardım düşür, ya düşmür. Bu məsələnin də həll edilməsi vacibdir.

“Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin”

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşın adına bir neçə telefon nömrəsi olduğuna görə ona ünvanlı sosial yardım almaqla bağlı müraciətinə imtina verməsi qətiyyən ədalətli yanaşma deyil: “Cənab nazir belə gülməli açıqlamalarla həm insanlarda gülüş, həm də sosial narazılıq yaradır. Telefon nömrəsi 2 manatadır, bir çox hallarda pulsuz verilir, bunun sosial yardıma nə dəxli var? Əgər kiməsə sosial yardım vermək istəmirsənsə, əsaslı bəhanə tapmalısan. Artıq 2 manatı olan şəxsi varlı hesab etdiyini demək axmaqlıq olardı. Azərbaycanda yaşayış minimumu 200 manat civarındadır. Bu rəqəm konkret yoxsulluq həddidir. Hesab edirəm ki, minimum ehtiyac meyarı, adambaşına minimum istehlak səbəti də ən azı 200 manat həddindədir. Bu o deməkdir ki, 5 nəfərlik ailənin 1000 manatdan az gəliri olarsa, bu, yoxsul ailə sayılır və sosial yardım almalıdır.

İkinci tərəfdən, yoxsulluq və sosial yarıdıma ehtiyac müəyyənləşdirilərkən xərclərin növü yox, gəlirin həcmi əsas götürülür. Adamın ölməməsi üçün ayda 200 manat lazımdır. İndi bu adam 200 manatın neçə manatını nəyə xərcləyir sənə nə? Bunun 10 manatına kartof və ya kələm alacaqsa sənə nə? Sən yaşayış minimumundan az olan hissəsini vətəndaşa ödəməlisən - sosial yardım proqramının tələbi budur.

Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin, hamı da bilsin ki, bizdə sosial yardım yoxdur. Daha gülməli bəhanələr nəyə lazımdır?”

E.Bayramlının sözlərinə görə, birinin həyətində keçən əsrin 70-ci illərindən qalmış bir “Jiquli” var, hansı ki, metallomluqdur, çürüyüb gedib, deyir sənin maşının var, sənə yardım düşmür. “Ay məmur, bu daha maşın deyil ey, bunun qiyməti 200 manat deyil heç. Ya da birinin ilan mələyən səhrada 5-10 sot torpağı varsa, deyir sənə düşmür. A kişi, o torpaqdan nə fayda var, kim su olmayan yerdə məhsul əkib gəlir götürə bilər?

Ümumiyyətlə, vətəndaşların gəlirini müəyyənləşdirə bilmirsənsə, bu sənin problemindir, deməli, ölkədə kölgə iqtisadiyyatının miqyası çox genişdir, bunun qarşısını almaq lazımdır. Yox, “mən şübhələnirəm ki, sənin filan yerdən gəlirin ola bilər” demək biabırçılıqdır. 

Biz dəfələrlə belə faktların şahidi olmuşuq ki, yoxsulluq içində olan ailə sosial yardım ala bilmir, amma daha imkanlı ailələr naməlum səbəbdən alır. Nazirlik qəpik-quruşluq şeyləri istifadə edən adamları varlı hesab etməkdənsə, öz sistemində rüşvətxorluq hallarının qarşısını alsa yaxşı olar”- deyə E.Bayramlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ