Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Şəhid Əliağa Məmmədov - FOTO

Image


Bir zamanlar doğma Azərbaycanımızın üzərini qara buludlar aldı. Ölkəmizin dilbər guşəsi olan Qarabağ mənfur qonşularımız tərəfindən işğal olundu. Minlərlə şəhid verdik. Xalqımız qaçqın, köçkün həyatı yaşadı. Analarımız, bacılarımız ağlar oldu, gəlinlərimiz dul, uşaqlarımız atasız qaldı. Azərbaycan 30 il dözdü dayandı. Hər dəfə yazdılar, pozdular, sazişlər bağlandı, qətnamələr verildi, daha nələr, nələr...

Amma hər şey kağız üzərində qaldı. Hətta atəşkəs zamanı belə Azərbaycan şəhidlər verdi. Nəhayət,  bu məsələnin sülh yolu ilə həll olunmasına tamam ümidlər itdi və Azərbaycan tarixinə “44 günlük Vətən müharibəsi” kimi yazılan müharibə başladı. İgid oğullarımız torpaq uğrunda canlarından keçdilər, şəhidlik zirvəsinə yüksəldilər. Torpaq igid oğullarını qoynuna aldı. Bu qəhrəman oğullarımızdan biri də həyatı bahasına döyüş yoldaşlarını, komandirini ölümdən xilas edən Şəhid Əliağa Məmmədovdur...

Yaxşı yadımdadır, oktyabrın 7-də evə gələrkən yollar bağlı olduğundan avtobus dayanacaqdan əvvəldə dayandı. Düşəndə böyük izdihamla rastlaşdıq. Polislər də vəziyyətə nəzarət edirdilər. məlum oldu ki, Maştağaya yenə ŞƏHİD gəlib, camaat onun üçün toplaşıb. Xeyli gözlədik, maşın karvanının başı açıldı. Avtomobillər, mikroavtobuslar adamla dlu idi, açıq şüşələrdən bayıra çıxarılmış üçrəngli bayraqlar yellənirdi. Maşınlar keçdi, camaat da onlarn ardınca yüyürdü. Maştağa Cümə məscidin qarşısında çoxlu adam var idi, çünki keçən dəfə Şəhid Bəhruz Əliyevin cənazəsi götürüləndə burada yaylım atəşi açıldığını söyləmişdilər. Bu gün də belə olacağını düşünən insanlar maşınların dayanmadığını görüb axına qoşuldular. Ağlayanlar da var idi, ağlaya bilməyib qəhərlənənlər də...

Get-gedə qadınlar seyrəldi, Aqilbaba pirinə çatanda gördüm tək qalmışam. Amma dəfni görməyə israrlı idim. Maşınlar Maştağa Şəhidlər Xiyabanının qapısında dayanmadılar, irəlilədilər. başa düşdük ki, şəhidimiz Seyidlər qəbristanlığında dəfn olunacaq. Pirin həyətində keçib Seyidlər qəbristanlığına girdim. İzdiham məzarın qazıldığı yerə gələnə kimi, mən də həmin yerin yaxınlığına çatdım və bir neçə məzarı əhatə edən iki daşdan ibarət hasarı üstünə çıxdım ki, dəfni görüm. Maşınlar boşaldı, cənazəni yerə qoydular ki, cənazə namazı qılsınlar. Bu zaman oradakılardan biri səsləndi: “Ay bacı, dayanma burda, günahdır, get”. Mən kəndimizin adətini bilirdim, bizdə heç vaxt qadınlar dəfnə getmirlər. Biz həmişə dünyasını dəyişən yazıçılarımızın Fəxri Xiyabanda dəfn mərasimlərində iştirak etdiyimizdən, bu mənim üçün adi idi, amma buna baxmayaraq, kəndin adətini üstün tutub, geri döndüm və qəbristanlığın o biri qapısından çıxdım. Nə qədər elədim, qəbristanlıqdan evə gələnə kimi göz yaşlarımı saxlaya bilmədim...

 Əliağa Məmmədov haqqında yazmaq istəyəndə ailəsi ilə görüşmək istədim. Anası xəstəxanada olduğu üçün gözləməli oldum. Oktyabrın 7-də şəhifdimizin il mərasimi Maştağa Cümə məscidində keçirilirdi. Samirə xanımla danışdım, dedi ki, ili kişilərlə verirlər, amma siz istəsəz, evə gələ bilərsiz...

Əliağagilin evində yaxın qohumlarını gördüm, nənəsi, anası, xalası və bacısı ilə danışdım. Bacısı Əzizə heç nə danışa bilmədi, yazdığı dosyeni mənə verdi. Mən də həmin tərcümeyi-halı oxuculara təqdim edirəm: “Əliağa Eldəniz oğlu Məmmədov 2001-ci il iyulun 26-da Bakının Bakıxanov qəsəbəsində dünyaya gəlmiş, əslən Tovuzdandır. 2008-ci ildə Milli Qəhərəman Nazim İsmayılov adına 80 saylı məktəbə getmişdir. 2013-cü ildə ailəlikcə Maştağa qəsəbəsi Albalılıq Massivinə köçdüklərindən Mehriban Əliyeva adına 322 saylı məktəbə köçürülmüşdür. Orta təhsilini 2015-2017-ci illərdə 255 saylı məktəbdə davam etdirmişdir...

2011-2017-ci illərdə İsmət Qayıbov adına stadionda və Sərhədçi idman kompleksində cüdo idman növü ilə məşğul olmuşdur. Cüdo idman növü üzrə sertifikatlar almış, yarışlarda medallar qazanmışdır...

2017-2018-ci illərdə 5 saylı Bakı Peşə litseyində işıq operatoru ixtisasına yiyələnmişdir. Peşə məktəbini bitirib təcrübə keçdiyi Azərbaycan Musiqili Komediya Teatrında işıq operatoru vəzifəsində çalışmışdır. 10 ay işlədikdən sonra 2019-cu il iyulun 26-da hərbi xidməyə getmişdir. 2020-ci il oktyabrın 6-da döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, oktyabrın 7-də Maştağa Seyidlər qəbristanlığında dəfn olunmuşdur. “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur...

Neçə aydır ki, şəhidlərimizin ailələri ilə görüşürəm. Xüsusilə, şəhid anaları ilə danışmağa üstünlük verirəm. Düzdür dağ boyda igid itirmiş ana ilə danışmaq o qədər də asan deyildir. Amma bəzən o qədər dözümlü, o qədər səbirli anaya rast gəlirsən ki, heyrət səni bürüyür. Düzdür, deyirlər, Allah-təala heç kimə qaldıra bilməyəcəyi dərd vermir, amma hər halda candan can ayrılıb, övlad ana ürəyinin bir parçasıdır. Nə qədər fəxr eləsə, qürurlansa, yenə də tənha qalanda övladının yoxluğunu düşünür. Hələ nənələr şəhid nəvələri haqqında yana-yana danışırlar...

Mən Əliağagilə gedəndə nənəsi Çimnaz Nəsirova da orada idi. Məqsədimi biləndə gözünün yaşını saxlaya bilmədi, əvvəldən-axıra kimi ağlaya-ağlaya danışdı: “Balam sakit idi, heç söz-söhbəti yox idi. Çox mehriban idi. Gəlib anasına kömək edəndə deyirdi ki, nənə, sənə deməmişəm iş görmə, sonra xəstələnirsən. Bizə gəlirdi, deyirdi ki, nənə, nə alım sənə...

Bir də görürdün gəlib deyirdi ki, nənə, olar anama zəng edim. Deyirdim ki, a bala telefondur da, niyə soruşursan. Zəng etməyə də icazə alırdı. O qədər mədəni idi, həyalı idi...

Hamı ilə yaxşı rəftar edərdi, heç kimin ürəyini qırmazdı. Bir dəfə söhbət edirdik. Söz düşdü, Nadir dedi ki, qızım olsa anamnın, oğlum olsa atamın adını qoyacağam. Əliağa da mənə baxdı, birdən qayıtdı ki, nənə, fikir eləmə, mənim qızım olsa, sənin adını qoyacağam...

Heç bir dəfə də olsun şikayət etmədi. Əsgərlikdə olanda nigaran qalırdım, qızımdan soruşurdum, xəbər tuturdum. Müharibə başladı lap nigaran qaldıq. Tez-tez soruşurdum ki, ay Samirə, Əliağa necədir, deyirdi ki, yaxşıdır, zəng vurur, telefonda balamın səsi kişi səsi verir...

Gəlməyinə az qalmışdı, günləri sayırdı. Bir gün əvvəl Nadirə demişdi ki, 86 günüm qaldı. Səhər durub dedim ki, uşağımın bir günü də getdi. Ayın 7-də qonşu zəng elədi ki, Samirə necədir, Əliağa necədir. Bir neçə adam zəng vurdu, soruşdu. Ağlıma da gəlmədi ki, nəsə ola bilər. Sonra bildim ki, Əliağa artıq şəhid olub. Mən də deyirəm ki, balamın bir günü də getdi. Bütün kənd bilib, bizim xəbərimiz olmayıb...

Kasıb idilər, dedi qoy əsgər gedim gəlim, sonra paltar alaram. Anasını çox istəyirdi. İcazəsiz heç yerə getməzdi. Onun ağzından heç bir dəfə də tərbiyəsiz söz eşitmədim. Canım, göyçək balam, söz-söhbətsiz balam...

İnanırsan, bir ildir ağlayıram, hər şeydən inciyirəm, hər şey acığıma gəlir... 

Ana var, hey ağlar, hey oxşar... Ana var, gözlərindən sel axar, amma səsi çıxmaz... Ana var kövrələr, göz yaşı içinə axar... Ana var Allahın verdiyinə şükr edər, nə ağlayar, nə sızlayar, hətta gülümsəməyi də bacarar...

Mən Əliağanın anası Samirə xanımda bambaşqa bir davranış gördüm. Sanki Əliağaya heç bir şey olmayıb. Elə bil ki, Əliağa bir yerdə işləyirmiş, indi vəzifəsiniu böyüdüblər, onu başqa bir yerə göndəriblər. Ana da oğlunun bu yüksəlişindən məmnun halda həyatına davam edir. Samirə xanım nə ağladı, nə sızladı, nə şikayət elədi. Üzündən təbəssüm əskilmədi. Sanki Əliağa əsgərlikdən qayıdıb gəlib, gələnlər də bununçün gəliblər. Ya Əliağanın ad günüdür, şad günüdür, anası da gələnləri təbəssümlə qarşılayır, stola şirniyyat düzür, çay gətirir. Arada söhbətlərə qoşulur, oğlu ilə bağlı bir epizod danışır, yenə də mətbəxə qaçır, xörəyə baxır, bir azdan yenə qayıdır, söhbətə qoşulur, fikir bildirirdi. Mən də onun nə zaman asudə olacağı anı gözləyirdim. Beləcə dəqiqələr keçir, az qala saat olurdu. Bir də baxdım ki, çay süfrəsi yığışdırıldı, xörək süfrəsi açıldı. Evdə başqa adamlar olduğundan danışa bilmədim. Nəhayət, qonaqlarına ürəyicə qulluq edən Samirə xanım, mənimlə söhbət etməyə vaxt tapdı və ilk sulımın cavabında dedi: “Əliağa çox yaxşı uşaq olub. Olduqca sakit, mehriban idi. Uşaqlıqdan elə idi, heç kimlə işi olmazdı, elə oturub özü ilə oynayardı. Xalası oğlu Nadir var, demək olar ki uşaqlıqları bir yerdə keçib, onunla çox oynayardı. Məktəbə gedəndən cüdoya gedib, 9 il. Əvvəldən oxumaq istəmirdi, ona görə də  peşə məktəbinə getdi. Amma ixtisasını çox sevdi. Heç dərs buraxmazdı. İşi maraqlı idi. Peşə məktəbində oxuyanda təcrübə üçün Musiqili komediya teatrına göndərilmişdi. Orada həvəslə çalışırdı, hər şeylə maraqlanırdı, işini öyrənirdi. Oradakılar demişdilər ki, biz heç vaxt təcrübəyə gələnləri belə görməmişik. Əliağa onlara deyib ki, teatr mənim həyatımdır. Peşə məktəbini bitirəndə, iş üçün həmin yerə getdi. Əvvəldən tanıdıqları üçün sözsüz onu işə götürdülər...

Bir  il işlədi, sonra hərbi xidmətə çağrıldı, iyulun 26-da ad günündə yola düşdü. Andiçmə mərasiminə mən gedə bilmədim, atası getmişdi. Amma Ballıqayada və Tərtərdə olanda yanına mən də getmişdim. Ayda 2-3 dəfə zəng vurardı. Cavab verə bilməsəydim, yenidən zəng vurardı. Fevralda 10 günlük məzuniyyətə gəldi. Pandemiya dövrü başladı, vəziyyət dəyişdi. Yanına getmək istəyəndə dedi ki, gəlməyin, onsuz da buraxmayacaqlar. Amma yaman darıxırdım...

Samirə xanım susdu. Sanki indi də darıxdı. Amma özünü mənfi emosiyaların ixtiyarına buraxmadı. Yadına nə düşdü, bilmirəm, amma üzündəki təbəssüm yoxalmaq bilmədi. Uşaq kimi məsum idi, ürəklə danışırdı. Sanki Əliağa yenə də əsgərlikdədir, heç müharibə də olmayıb. Növbəti sualımı eşidib,  sözünə davam elədi: “Sentyabrın əvvəllərində danışdıq, dedi ki, az qalıb, gəlirəm. Bir az sonra eşitdik ki, müharibə başlayıb. Çox nigaran idik, bir həftə zəng eləmədi. Oktyabrın 3-də zəng vurub dedi ki, nigaran qalmayın, yaxşıyam, burda hər şey yaxşıdır. Oktyabrın 6-da səhər 9-un yarısında zəng vurdu. Mən də danışdım. Nədənsə çox kövrəldim, dedim nigaranam, dedi nigaran qalma, yaxşıyam. Əzizəni soruşdu. Sonra eşitdim ki, həmin gün bəzi dostlarına da zəng vurub danışıb...

Atası səhər 7-də işdə olub, qəsəbə icra nümayəndəliyindən ona zəng vurublar, deyiblər ki, Əliağa yaralıdır, hazırlaş səni Bərdəyə aparırıq. Gediblər, ora çata-çatda deyiblər ki, özünü ələ al, Əliağa şəhid olub. Nəşini ona göstəriblər, açıb baxıb ki, görsün həqiqətən odur...”.

Samirə xanımda o qədər pozitiv enerji var idi ki, oğlu haqqında elə həvəslə danışırdı ki, mən çaşıb qalırdım. Hətta arada şəhid anası ilə danışdığımı da unudurdum. Mən ilk dəfə idi ki, şəhidliyi lazımi səviyyədə dərk edən şəhid anası görürdüm. İlk dəfə idi ki, şəhid oğlundan sağ adam kimi danışan şəhid anası görürdüm. Və ürəyimdən bir arzu keçdi ki, kaş bütün şəhid anaları bu cür düşünə biləydilər. Kaş ki, insanlar şəhidlik məqamını bu qədər dəyərləndirə biləydilər. O zaman şəhidlərimiz rahat olardılar, ailələrindən heç bir nigarançılıqları olmazdı. Bəlkə bir gün...     

“Oktyabrın 7-də gətirdilər Maştağaya. Həyətdə qoydular, 10 dəqiqə qaldı, götürüb apardılar” dedi, bir qədər susub əlavə etdi - “Allahın yazısıdır... Amma hərdən darıxıram”...

Xalasını çox istəyirdi, oğlu Nadirlə dost idi, qardaş kimi idilər. Zəng vurub deyirdi ki, ana, Ramanaya gedəcəksən, deyirdim ki, dünən gəlmisən ki, deyirdi yox, sən gedirsən, mən də gələcəyəm...”.

Xalası Mehriban Samirənin fikirlərini davam etdirərək dedi: “Mənim iki yox, dörd uşağım olub, tez-tez get-gəl ediblər. mənim uşaqlarım burda olub, ya onunkular bizdə olub, şəkilləri də var. Məni çox istəyirdi. Səhər tezdən gəlirdi. Gözümü açıb deyirdim ki, Əliağa, sən gecə burda yatmısan? Mən dünən səni yola salmadım? Gülürdü...

Telefonla danışırdıq. Gəlişini gözləyirdik. Oğluma deyirdim ki, Əliağa gələndə deyəcək ki, Qarabağı aldıq gəldik. Siz elə-belə əsgərlik çəkmisiz, amma biz torpaqları aldıq...

Amma gəlmədi, demədi...”.

Əliağa Məmmədovun əsgər yoldaşı Məhərrəm Muradov deyir: “Əlağa deyəndə yadıma çox xatirələr düşür. Yaxşı-pis günlərimiz olub birlikdə. Əliağa başqa uşaq idi. Çox sakit, ürəyi təmiz qardaş idi. Onun ən böyük arzusu hərbi xidməti başa vurub evə qayıtmaq idi. Həmişə deyirdi ki, qaqa, sən gedəcəksən, amma mən hələ 3 ay da burda olacağam. O sözü hələ də yadımdan çıxmır, ölənə qədər də çıxmayacaq. Əliağa həmişə qəlbimizdə olacaq...

Oktyabrın 6-sı döyüşün qızğın vaxtı idi. Bizim bölükdən hücum üçün bir qrup hazırlaşdı. Əliağa evin tək oğlu olduğu üçün bölükdə saxlandı. Sonra yoldaşlardan öyrəndim ki, Əliağa eşidəndə ki, əsgər yoldaşlarından ölən, yaralanan var, dayanmayıb, yoldaşlarına kömək etmək üçün hücum olan yerə getmiş, yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxarmağa çalışdığı zaman düşmən minamyotuna tuş gəlmiş, şəhid olmuşdur. Allah rəhmət eləsin...”.

Biz də deyirik, Allah rəhmət eləsin, ruhu şad olsun, Allah ailəsinə səbr versin...

Sona XƏYAL  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ