Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 illiyinə həsr edilmiş Şairlər Şöləni keçiriləcək. TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən 12-15 oktyabr aralığında Özbəkistanın Xivə şəhərində baş tutacaq.
Tədbirə, Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünaslari qatılacaq.
Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" ədəbiyyat dərgisinin şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.
Baki-xeber.com