Bazar ertəsi günü, 21 sentyabr 2026
     

“Əsas hədəfimiz Azərbaycan üçün XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislərin yetişdirilməsidir” - FOTO

Image


Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında artıq 2-ci ildir ki, bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı həyata keçirilir.

Proqram çərçivəsində ötən tədris ilində görülən işlər, həmçinin gələcəkdə qarşıda duran məsələləri müzakirə etmək məqsədilə İNHA Universitetinin nümayəndələri BMU-da olublar. İNHA Universitetinin Qlobal təhsil layihə idarəetmə qrupunun dekanı Jung Ho Kim, dekan müavini Seungwoo Han, Beynəlxalq qəbul üzrə dekan müavini Kang Cheonghoon proqram barədə sualları cavablandırıblar:

- Cənab Jung Ho Kim, ilk olaraq sizin ikili diplom proqramının əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik.

- İkili diplom proqramı həm Azərbaycan, həm Koreya üçün mühüm əhəmiyyət kəsb edir. Öncə Azərbaycan tərəfdən üstünlükləri qeyd etmək istərdim. Belə ki, Azərbaycan təhsil sistemi ilə Koreya təhsil sistemi arasında fərqliliyin mövcud olması və Koreyanın təhsil sisteminin Azərbaycan təhsil sisteminə töhfə verməsi, eləcə də azərbaycanlı tələbələrin Koreyada təhsilinin təmin edilməsi Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. Proqramın Koreya tərəfdən əhəmiyyətindən danışarkən qeyd edim ki, son illər Koreyada Azərbaycana olan maraq daha da artıb. Azərbaycan mədəniyyətinin öyrənilməsi, həmçinin gələcəkdə azərbaycanlı tələbələrin Koreyaya göndərilməsi iki ölkə arasında təhsil mübadiləsinin həyata keçirilməsi bizim üçün vacib əhəmiyyət daşıyır.

Onu da vurğulamaq istərdim ki, Amerika və Avropa ölkələrindən fərqli olaraq Koreyada universitetin və müəllimlərin tələbələrə qarşı münasibəti fərqlidir. Belə ki, kurikulum (tədris planı) hər il öz-özlüyündə cəmiyyətə uyğun dəyişir, yəni cəmiyyətin tələbləri əsas götürülərək kurikulum hazırlanır. Həmçinin, Koreyada hər bir professorun tələbəyə qarşı münasibəti, müəllimlərin tələbələrlə münasibəti, Tədris şöbəsinin tələbələrlə məşğul olması, eləcə də hər şeyin sistem üzərindən aparılması Koreyanı digər ölkələrdən fərqləndirir.

- BMU ilə birgə icra olunan ikili diplom proqramının əsas hədəfi nədir?

- Proqramın hədəfi 4 ixtisas - İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalardan yararlanaraq Azərbaycan üçün XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxxəssislərin yetişdirilməsidir. Bununla yanaşı, Koreya təhsilinin Azərbaycanda tanıdılması, Koreya sisteminin Azərbaycanda tətbiq edilməsi, həmçinin hər 2 ölkə haqqında olan anlayışların artırılmasıdır.

- Proqramın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulurmu?

- Proqramın genişləndirilməsi ilə müəyyən danışıqlar gedir və ümid edirik ki, bu gələcəkdə reallaşacaq. Proqramın genişləndirilməsindən əlavə, tələbələr gələcəkdə Koreyada qalaraq magistratura və doktorantura təhsillərini təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

- Hazırda İNHA Universiteti hansı ölkələrlə bu cür proqramlar həyata keçirir?

-Hal-hazırda İNHA Universiteti Çində 3 böyük layihə həyata keçiririr. Bundan əlavə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Vyetnam, Tayland kimi ölkələrdə bu tipli proqramlar mövcuddur. Eyni zamanda, İNHA Universitetinin 2014-cü ildə əsası qoyulan Özbəkistan filialı da fəaliyyət göstərir.

- Azərbaycanın təhsil sistemi ilə Koreyanın təhsil sistemi arasında hansı fərqli cəhətlər vardır?

- Qeyd etmək istərdim ki, Azərbaycanda hazırda tələbə yönümlü təhsil deyil, professor yönümlü təhsil üstünlük təşkil edir. Belə ki, fənnin hansı formada tədris olunması və müəllimlərin seçilməsi prosesində tələbələr iştirak etmir. Vurğulamaq istərdim ki, bu kimi məsələlər Koreyada olarsa, həmin universitetə qəbul olan tələbə sayı da az olar.

Koreyada isə Azərbaycandan fərqli olaraq tələbəyə yönümlü təhsildir. Belə ki, tələbələr universitetə daxil olduğu ilk gündən tədris olunacaq bütün fənnlər seçmə formasında onlara təqdim edilir və tələbələr onların içərisindən müəyyən fənnləri öz istəyinə əsasən seçir. Bununla da tələbə təhsil alacağı ixtisas sahəsi üzrə daha təkmilləşir və öz ixtisasını daha dərindən mənimsəyir. Məlumat üçün bildirim ki, Koreyada I kursdan IV kursa qədər demək olar ki, seçmə fənnlərdir. Düşünürük ki, gələcəkdə Azərbaycanın təhsil sistemində müəyyən dəyişikliklər olsa və tələbəni daha çox hədəfləyən təhsil sisteminə çevrilərsə, daha yaxşı nəticələr əldə etmək olar. 

Bir məsələni də diqqətinizə çatdırmaq istərdim ki, Koreyada professor-müəllimlər hər bir tələbənin gələcəyi ilə bağlı müəyyən problemləri həll etmək məqsədilə onlarla bu məsələləri müzakirə edir, məsləhətlər verir. Azərbaycanlı tələbələrə koreyalı professor-müəllimlərin bu xüsusiyyətindən istifadə etmələrini tövsiyə edirəm.

- Artıq ölkəmizlə sıx təmaslarınız var. Bu baxımdan Azərbaycan barədə təəssüratlarınızı da öyrənmək istərdik.

- Avropa ölkələrini gəzərkən hiss etmədiyimiz istiliyi, qonaqpərvərliyi, mehribanlığı, xaricilərə sərhəd qoyulmamasını Azərbaycanda hiss etdik. Azərbaycan və Koreya uzaq ölkələr olsalar da, mədəniyyət və insan əlaqələri cəhətdən çox yaxındırlar.

 -Cənab Seungwoo Han və cənab Kang Cheonghoon, növbəti sualımızı hər ikinizə ünvanlamaq istərdik. Sizin iki ildir Azərbaycanlı tələbələrlə təmaslarınızı nəzərə alaraq məhz tələbələr barədə fikirlərinizi bilmək maraqlı olar.  

Seungwoo Han: Yay zamanı ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində təsdiqlənən tədris planına uyğun olaraq İnşaat mühəndisliyi ixtisası üzrə “Yaradıcı düşüncə və problem həlli” fənninin tədris edirdim. Düzünü desəm, Koreyada tələbələrin dərs ərzində daha çox sualları olur. Hətta o qədər çox sual olur ki, biz pofessorlar tələbələrin hər bir sualını cavablandırmaq üçün kitabxanada geniş araşdırmalar edirik. Azərbaycanlı tələbələr isə nisbətən sakitdirlər. Bəlkə də bu məsələ tədrisin onlayn keçilməsi ilə bağlı olub. Ənənəvi qaydada keçəcəyimiz dərslərdə daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram.

Kang Cheonghoon: Tələbələrlə bağlı ilk təəssüratım çox yaxşıdır. Biz çox ölkələrdə işləyirik, amma azərbaycanlı tələbələr sözə qulaq asan, yerini bilən, mehriban, sözün yaxşı mənasında sadədirlər. Bunu qəbul prosesi zamanı müşahidə etdim və ən çox xoşuma gələn məqamlardan biri də bu oldu. Düşünürəm ki, dərslər onlayn formada keçirildiyindən, həmçinin xarici müəllimlər olduğundan tələbələr sual verməyə çəkinirdilər. Amma sonda biz Whatsapp üzərindən qrup yaratdıq və orada tələbələrin aktivliyi özünü göstərirdi. İnanıram ki, ənənəvi tədris zamanı tələbələr daha çox aktiv olacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ