çərşənbə günü, 11 noyabr 2026
     

Görkəmli tibb aliminin 100 illk yubileyi qeyd olundu - FOTO

Image


Oktyabrın 6-da görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan tibb elminin və səhiyyəsinin parlaq nümayəndələrindən biri, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tamerlan Əliyevin məzarının ziyarəti ilə başlanan yubiley tədbiri Azərbaycan Tibb Universitetində “Təbabətin aktual problemləri 2021” beynəlxalq elmi-praktik konqresi ilə davam edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev konqresi giriş sözü ilə açaraq, görkəmli alimin 100 illik xatirə yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi dogma universitetin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev Əməkdar elm xadiminin ömrünün sonunacan öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, atasının yolunu davam etdirən T.Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb: “1945-ci ildən isə əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrası (indiki daxili xəstəliklər kafedrası) ilə bağlayıb. Tamerlan Əliyev 1945-1948-ci illərdə fakültə terapiyası kafedrasının ordinatoru, 1948-1969-cu illərdə assistenti, 1969-cu ildə isə dosenti vəzifələrində çalışmış, 1970-1990-cı illərdə kafedranın professoru olmuş və kafedraya rəhbərlik etmiş, 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdir”.

O, Tamerlan Əliyevin ömrünün son günlərinədək öz prinsiplərinə, xalqın rifahı naminə fədakar əməyə sadiq qaldığını bildirib: “Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi”.

Çıxışının sonunda Teymur Musayev görkəmli alimin xatirəsini anmağın ən gözəl yolu olan beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıb.

ATU-nun rektoru, professor G.Gəraybəyli qeyd edib ki, hər kəs dünyaya bir dəfə gəlir və həyat tərzi, insanlara münasibəti, gördüyü işlər və əxlaqı ilə öz həyat kitabını yaradır. Məhz bu keyfiyyətlərinə görə bəzi insanlar həyatdan köçən kimi unudulur, bəziləri isə əsrlər boyu yaddaşlara həkk olunur, xatirələrdə yaşayır. Belə şəxsiyyətlərdən biri  də 100 illik yubileyi qeyd olunan böyük alim Tamerlan Əliyevdir.

Professor G. Gəraybəyli 1921-ci il oktyabr ayının 3-də  Naxçıvan Muxtar Respublikasının Şaxtaxtı kəndində böyük dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin  ailəsində dünyaya göz açan Tamerlanın hələ uşaqlıq illərindən alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə aldlğını diqqətə çatdırıb. Çxışında Tamerlan Əliyevin müharibə illərindəki fəaliyyətinə də toxunan natiq, onun hərbi hospitalda işləyərək, yaralı əsgərlərə tibb xidməti göstərirdiyini söyləyib.

Professor G. Gəraybəyli çıxışında görkəmli alimin çoxşaxəli elmi-tədqiqatlarına da geniş yer ayıraraq, respublikamızda əsası fakültə terapiyası kafedrasının professorları K.Yeqorov və İ.Orucov tərəfindən qoyulmuş tibbi problem - endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən danışıb. Eyni zamanda Tamerlan Əliyevin respublikamızda endokrinologiya və kardiologiya elminin inkişafına təkan verdiyini, 10 ilə yaxın müddət ərzində respublika Endokrinologiya Cəmiyyətinin əvəzsiz sədri olduğunu xatırladıb. Vurğulayıb ki, professor Tamerlan Əliyevin şəxsi iştirakı və səyi nəticəsində 1975-ci ildə 4 N-li Klinik Xəstəxananın bazasında 90 çarpayılıq endokrinoloji şöbə yaradılıb: “O vaxtdan bəri bu şöbədə fakültə terapiyası kafedrasının əməkdaşları şəkərli diabeti olan xəstələrin mərkəzləşdirilmiş formada müalicə və profilaktikasına dair əsaslı elmi işlər aparıblar. Onun fakültə terapiyası kafedrasına rəhbərlik etdiyi dövrdə Bakı şəhərinin müxtəlif klinika və poliklinikalarından, respublikanın rayonlarından və hətta bəzi xarici ölkələrdən (İran, Suriya, Türkiyə) bu kafedraya endokrinologiya sahəsində təkmilləşmə məqsədilə həkimlər ezam edilirdi”.

Çıxışı zamanı T.Əliyevin milli kadrların hazırlanmasında və elmin inkişafında xüsusi rolunu da önə çəkən professor G.Gəraybəyli qeyd edib ki, onun rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır və onlar hazırda müxtəlif kafedraların rəhbərləri, endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.

Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və 1 dərsliyin müəllifidir. Bu monoqrafiyaların bir neçəsi xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı ilə təltif edilmişdir. Alimin “Endokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi.

Rektor nitqində professor Tamerlan Əliyevin Azərbaycanda tibb elminin və səhiyyənin inkişafındakı xidmətlərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini, orden və medallarla, fəxri fərmanlarla təltif edildiyini deyib. Xatırladıb ki, T.Əliyev 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə, Respublikanın Dövlət Mükafatına layiq görülüb.

Professor Tamerlan Əliyevin Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanındığını, bir çox beynəlxalq miqyaslı  konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil etdiyini söyləyən G. Gəraybəyli onun insani xüsusiyyətlərini ayrıca vurğulayıb: “Tamerlan müəllim olduqca sadə, müdrik, qayğıkeş və xoş- xasiyyətli insan idi. Həmişə ona müraciət edənləri səbrlə dinləyər, ehtiyacı olanlara təmənnasız yardım edərdi. Son dərəcə təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyev gəncləri daima elmə həvəsləndirərdi”.

Professor Gəray Gəraybəyli əminliklə bildirib ki, Tamerlan Əliyevin bizlərə qoyub getdiyi elmi irsi, xeyirxah əməlləri yaşayır və yaşayacaq, daim tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq, yeni uğurların bünövrəsi olacaq.

Daha sonra Tamerlan Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov Tamerlan Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini, şəxsi xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onun səmimi, təvazökar, sədaqətli insan olduğunu qeyd edib, tibb elminin müxtəlif sahələrində tədqiqatlar apardığını, nəinki ölkəmizdə, respublikanın hüdudlarından kənarda da tədqiqatçı alim kimi tanındığını diqqətə çatdırıblar. Çıxış edənlər professorun pedaqoq kimi auditoriyalarda maraqlı mühazirələr oxuduğunu, xəstələrə diqqətlə və qayğı ilə yanaşdığını bildiriblər.

Daha sonra Türkiyə Qazi Universitetinin rektoru, professor Musa Yıldız və  Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Martınovun videomüraciətləri dinlənilib.

Görkəmli alimin ailə üzvləri adından çıxış edən akademik Cəmil Əliyev qardaşının xatirəsinə göstərilən böyük ehtirama görə konqresin təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bununla da açılış mərasimi başa çatıb. ATU-nin III Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun dünya şöhrətli alimin 100 illik xatirə yubileyinə həsr olunmuş “Ləyaqət timsalı” kitabı da konqres iştirakçılarına paylanılıb.

Qeyd edək ki, 11 beynəlxalq universitet və cəmiyyətlərdən nümayəndələrin qatıldığı konqresin işi üç gün müddətində tibbin və təbabətin aktual problemlərini əhatə edən 32 simpoziumla davam edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ