Şamaxı rayonun Poladlı kəndində doğulan və Salyan rayonunda qeydiyyatda olan bu rayonun Qaraçala qəsəbə sakini Nuriyev Elçin Əlirza oğlu “Bakı-Xəbər”ə müraciət edib.
E.Nuriyev yazır ki, Salyan rayonun Qaraçala qəsəbəsində yaşayır və yeni tikdiyi evə qaz çəkmək istəyir, lakin yerlərdəki aidiyyəti qurumlar buna mane olur: “Yeni inşa ediyim evə qaz çəkmək istəyirəm, amma Salyan Qaz İdarəsinin müdir heyəti bizdən layihələndirməyə görə 800 manat pul istəyir, amma dövlət rüsumu 250 manatdı. Qaz xətti evin 50 metirliyindən keçir, borunu da öz vəsaitimlə almışam. Sizdən üzləşdiyim problemi ictimailəşdirməyinizi xahiş edirəm”.
İradə SARIYEVA