çərşənbə günü, 11 noyabr 2026
     

Akif Cabbarlını 70-ə çatdıran şərəfli yolu...

Image


Yollar könüllərdən başlayır, könüllərdə bitir. Könüllər də o qədər sonsuz, o qədər nəhayətsizdir ki... “Həsən bəy Zərdabi”, “Qızıl qələm” mükafatları laureatı, ustad jurnalistimiz Akif Cabbarlı həm ədəbi-bədii yaradıcılıqda, həm də jurnalistika sahəsində öz yolu olan sənətkardır, qələmdaşımızdır.

Akif Cabbarlının 2021-ci ildə nəşr olunan və “Yolda” adı verdiyi kitabında ustadımızın son illər yazdığı, qanadlandırdığı publisistik qeydləri, ədəbi-bədii düşüncələri, resenziyaları, hekayaləri toplanıb. Kitaba özünəməxsus orijinal çalar qatan məqamlardan biri isə dostların danışdığı maraqlı əhvalatların başqa bir biçimdə təqdimatıdır.

“Başladığın həyat yolunun harada və necə qutaracağını qulağına heç kim pıçıldamayacaq və bunu gözləmə də. Qəlbini Ulu Tanrıya bağla. Var gücünlə hədəfə, ali məqsədə doğru tələs!” Akif Cabbarlının kitabı onun bu ifadələri ilə başlayır. Yol əslində yolçu üçün bir məqsəddir və hədəflərini zərgər dəqiqliyi ilə seçənlər öz ali məqsədlərinə yetişə bilirlər. Əgər Fərhad Bisütun dağını çapıb Şirinə qovuşmaq məqsədini hədəfləməsəydi bir o qədər əzab-əziyyətə dözməzdi, o da həyatını sıradan biri kimi başa vurardı, adı nə tarixin yaddaşında qalardı, nə də dastanlaşardı. Akif müəllim Azərbaycan jurnalistikasının Fərhadlarındandır. Qələm adlı külüngü ilə informasiya məkanında, xüsusən də telejurnalistika sahəsində çox böyük işlər görüb, yol açıb, tələbələr yetişdirib. Akif müəllimin “Biz o şəhərə gedirik” yazısı öz maraqlı cəhətləri ilə diqqəti çəkir. “Yalnız el yükünə vətəndi könlüm”, “Klassik ənənələri yaşada bilsək... “Uzaq əsərlərin dolaylarında...yaxud tarixi keçmişimizə səmtlənən işıq”, “O əsl ürək adamı idi”, “Yeni üslüb və fəlsəfi düşüncə axtarışında”, “Kənan Hacı obrazı ilə dostluq edən yazıçı”, “Sözünü eşitdirə bilirsənsə...güclüsən”, “Gözəlim Bakını gəzmək istəyirəm...” yaxud hər birimizin can sağlığı Vətənin salamatlığıdı”, “Xatirələr yaddaşa dönəndə”, “Büllur səslər sorağında”, “Təzyiq dərmanı sonraya qaldı”, “Ürək çatışmazlığı, yoxsa...”, “Yolda”, “Qonşuluqda “bəy tərifi”, “Novator rəisin novator işçiləri”, “Feyzullahın çimməkliyi” və başqa maraqlı ədəbi-bədii, publisistik qeydləri ustadımızın son illər qələmə aldığı gözəl nümunələrdir.

Akif Cabbarlının yaradıcılığı haqqında çox danışılıb, çox yazılıb, bizim görkəmli qələm adamlarının böyük əksəriyyəti ustadımızın yaradıcılıq hadisələrini qiymətləndirib. A.Cabbarlı bir jurnalist kimi hamımıza örnəkdir. O, bizim çox azsaylı jurnalistlərimizdəndir həm televiziya, həm də qəzetçilik sahəsində böyük örnəklər ortaya qoya bilib. Bu örnəklərdən biz hamımız istifadə edirik, bəhrələnirik.    

Akif Cabbarlı 70 illik şərəfli həyat yolunun təxminən yarım əsrini peşəkar jurnalistikaya bəxş edib, Azərbaycanı və dünyanı qarış-qarış gəzib, Azərbaycan həqiqətlərini dünyaya yayan jurnalistlərimiz sırasında öndə dayanıb. Akif müəllim, AzTV-nin Xəbərlər proqramına rəhbərlik edərkən bu sahəyə dinamiklik, lakoniklik və yüksək peşəkarlıq bəxş edib, neçə-neçə xəbər jurnalistini yola-izə salıb, düzgün səmtə istiqamətləndirib. Bu il Akif Cabbarlının 70 illik yibileydir həm də. A.Cabbarlının 70 illiyinə ən böyük hədiyyə, mükafat isə ustad jurnalsitimizin  Şuşanın vüsalına qovuşması oldu. 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak edən gənc tele-jurnalist Akif Cabbarlı ömrün 70-də azad Şuşa ilə qolboyun oldu. Şuşa azad edildikdən sonra böyük Azərbaycan şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqifin işğal dövründə  ermənilər tərəfindən dağıdılan məqbərəsi yenidən bərpa edildi. Açılış mərasimində iştirak edənlərdən biri də A.Cabbarlı idi. Şuşaya getməyə ən böyük haqqı olanlardan biri kimi ustadımız Şuşa ilə bir də görüşdü. Çünki o həmişə  Şuşa ilə görüşəcəyi günü xəyal edirdi və bu günün uzaqda olmadığına da dərin inam bələyirdi. Çünki yolun, məqsədin aydındırsa, hədəfini dəqiq nişan alıbsansa ona çatmağın mümkünsüz deyil. O, hələ 2010-cu ildə “Biz o şəhərə gedəcəyik” publisistik qeydlərində Şuşaya qayıdacağımıza inandığını yazırdı və biz də ona inanırdıq. O günü gerçək kimi xəyal edənlər yanılmayıb, Akif müəllim də həmçinin.

Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru vəzifəsində çalışan A.Cabbarlı 1951-ci ildə Qəbələ rayonunda anadan olub. 1973-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Həmin ilin sentyabrında təyinatla indiki AzTV-yə göndərilib. Orada kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinə qədər yüksəlib, yaradıcılıq birliyinin rəhbəri işləyib. Akif müəllimin yaradıcılıq yolu həmçinin 1987-1992-ci illərdə “Kommunist” (“Xalq”) və 2007-2011-ci illərdə “Azərbaycan” qəzetində çalışıb...2013-cü ilin avqustundan İctimai Televiziya və Radiop Yayımları Şirkətində mətbuat xidmətinin rəhbəri, “Media və zaman” televizya proqramının redaktoru olub.

Akif müəllimin yaradıcılıq yolu çoxşaxəlidir, genişdir, eyni zamanda da çox maraqlıdır.    Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Akif müəllim ustad jurnalist, təəssübkeş vətəndaş kimi həm şəxsiyyəti, həm də yaradıcılığı ilə gəncliyə böyük örnəkdir. Əməkdar jurnalist fəxri adına layiq olan, öz zəhməti, fəaliyyəti, gördüyü işlərlə bu fəxri adı çoxdan haqq etmiş ustad qələm adamlarından biri də Akif Cabbarlı olsa da,  amma çox təəssüf ki, hələ də Akif müəllim Əməkdar jurnalist deyil...

A.Cabbarlını 70 illiyi münasibətilə “Bakı-Xəbər” qəzetinin kollektivi adından təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ