Mən Eminov Neman Bayram oğlu 01 sentyabr 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşam. Birinci ali təhsilim Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. İkinci ali təhsili isə Gəncə Müəllimlər İnistitutunun riyaziyyat-informatika fakültəsində alımışam, bu fakültənin məzunu olmuşam.
2008-ci ildə informatika müəllimliyi üzrə yaşadığım Qızılhacılı qəsəbəsi 1 saylı tam orta məktəbində pedaqoji fəaliyyətə başladım. Müəllim sıxlığı çox olduğu və gənc müəllim olduğum üçün dərs saatım lap az idi, o vaxtlar yaş məhdudiyyəti olmadığına görə məktəbimizdə yaşlı riyaziyyat müəllimləri çox idi.
“Azərbaycan müəllimi” qəzetinə könüllü olaraq abunə olunmuşdum, hər cümə günü bu qəzeti alıb, oxuyurdum. Təsadüfən qəzetdə Respublikamızın ayrı-ayrı rayonlarının ucqar kəndlərinə bütün ixtisaslar üzrə müəllimlər ehtiyac olunduğunu oxudum. Ən çox informatika müəlliminə böyük ehtiyac var idi. Müəllim işləmək üçün imtahan tələb olunmurdu. Təhsil nazirliyinə gedib cənab Misir Mərdanovun adına ərizə yazıb işləyəcəyin rayonun kənd məktəbini seçməli idin. Mən də Təhsil nazirliyinə getdim, Kadrlar şöbəsində oldum, Cəlilabad rayonu Maşlıq kənd tam orta məktəbini seçərək hörmətli Misir müəllimin qəbulunda oldum, ərizəni yazıb, təqdim etdim. Çox hörmətli Misir müəllim məni səmimi qəbul edərək Goranboy rayonundan olduğumu bildi və Cəlilabad rayonuna gedib müəllim işləməyimə həm təəccübləndi, həm də sevindi. Mənə bildirdi ki, oğlum, Cəlilabad rayonu uzaq deyilmi? Nə səbəbə İqtisad Universitetini bitirmisən, bu universitet çox gözəl universitetdi, müəllimin əməkhaqqısı çox azdı, gedib iqtisadiyyat sahəsi üzrə işləmək istəmirsən? Bildirdim ki, cənab nazir, müəllim peşəsinin vurğunuyam. Misir müəllim əllərimi sıxdı, dedi ki, əhsən sənə, pedaqoji fəaliyyətimdə uğurlar arzuladı və məni Cəlilabad RTŞ-nin müdürünə xüsusi ilə tapşırdı.
Keçmiş Təhsil naziri Misir Mərdanov nazir vəzifəsində çalışdığı müddətdə mənə çox diqqət və qayğı göstərib, ona ölənə kimi borcluyam.
Mən çox hörmətli Misir müəllimə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Misir müəllim Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən ziyalı və təhsil fədaisidir.
Fəxr etdiyim çox hörmətli Misir müəllimi 2 oktyabr 2021-ci il tarixində cənab Prezidentin sərəncamı ilə təltif olunması, 03 oktyabr 2021-ci il tarixində 75 yaşının tamam olması, 05 oktyabr müəllimlərin peşə bayramı olan Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, Allah-taladan sağlam can sağlığı arzu edirəm!
Hörmətlə: Keçmiş müəllim Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
02.10.2021-ci il