44 davam edən, şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində dağlar diyarı Lerik rayonundan da erməni faşistlərinə qarşı son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman oğullar çoxdur. Leriklilər Vətən şəhidlərinin xatirəsini hər yerdə, həmişə əziz tuturlar, adlarına layiq işlər görürlər. Həm də vətəndaşlarla bərabər, səlahiyyətli təşkilatlar tərəfindən vaxtaşırı şəhid ailələri ziyarət olunur, onları narahat edən sosial məsələlər yoluna qoyulur.
Bu günlər isə Lerik rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Lerik rayon təşkilatı, Rayon İcra Hakimiyyəti və QMƏVŞAİB Lerik filialının sədri rayonun Çökərə kəndində şəhid Tural Rahil oğlu Əhmədovun, Amburdərə kəndində şəhid Babazeynəl Maqsud oğlu Babazadənin, Kəlvəz kəndində şəhid Ramiq Teymur oğlu Tağıyevin ailələrinə baş çəkdilər, onların qayğıları ilə maraqlanıb və şəhidlərin məzarını ziyarət edərək əziz xatirələrinə hörmət və ehtiramını bildirdilər.
Çıxışlar zamanı bir daha vurğulandı ki, torpaq naminə haqq savaşımızda rəşadətlə döyüşüb şəhid olan qəhrəman oğulların keçdiyi şərəfli döyüş yolu zaman-zaman gələn nəsillərə nümunə olacaqdır. Vətəni öz qanı bahasına yaşadan belə oğullarla fəxr etməyə dəyər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü