Masallı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qazanılan zəfərimizlə bağlı silsilə tədbirlər ara vermir. “Qələbənin ilk addımları” mövzusunda keçirilən tədbir də məhz şanlı qələbəmizə həsr olunmuşdu. Tədbirdə R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Şəhər kitabxana filialı, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı Nümayəndəliyi və gənc mədəniyyət könüllüləri iştirak edirdi.
Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik hörmət və ehtiramla yad olunandan sonra mərkəzin direktoru Dilbər İbayeva qonaqları salamlayıb dedi: - 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Dəmir Yumruq” adlanan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və Azərbaycanımızın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Qazanılmış bu möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə isə 44 günlük Vətən müharibəsinin xronikasını təhlil etməklə bərabər, həm də erməni faşistlərin əhalini atəşə tutması nəticəsində həlak olmuş və xəsarət almış mülki şəxslər barədə məlumat verdi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva da tədbirdə çıxış etdi. O, Azərbaycanın cəbhədə əldə etdiyi qələbənin əsasının son 17 il ərzində qoyduğunu, Milli Ordumuzun ən müasir döyüş texnikasının alınmasını, əsgər və zabitlərinin sosial şəraitinin yüksəlməsinə dövlət tərəfindən daim diqqət göstərməsini dedi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü