Prezident İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Prezident təqaüdçüləri Azərbaycanın 9 ali məktəbinə daxil olan tələbələrdir. Bu siyahıya Bakı Ali Neft Məktəbi (BANM) liderlik edir. 102 nəfər Prezident təqaüdçüsündən 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.
Ali məktəblər üzrə Prezident təqaüdçülərinin sayını təqdim edirik:
Ali məktəblər
Tələbələrin
sayı
1
Bakı Ali Neft Məktəbi
33 nəfər
2
Azərbaycan Tibb Universiteti
25 nəfər
3
Bakı Dövlət Universiteti
15 nəfər
4
ADA Universiteti
12 nəfər
5
UNEC
8 nəfər
6
Dövlət İdarəçilik Akademiyası
4 nəfər
7
UFAZ
2 nəfər
8
Xüsusi təyinatlı ali məktəb
9
ADNSU
1 nəfər