çərşənbə günü, 11 noyabr 2026
     

Məhərrəmlikdə kütləvi mərasimlər yeni yoluxma mənbəyi kimi qorxu yaratmağa başlayıb…

Image


Avqust ayının 10-da Məhərrəm ayı başladı. Artıq bəzi kəsimlər kütləvi mərasimlərin, təziyə məclislərinin, mərsiyə gecələrinin keçirilməsindən danışır, hesab edirlər ki, toyların keçirilməsinə icazə verildiyi, eyni zamanda məscidlər, dini ibadət yerləri açıldığı üçün kütləvi təziyə mərasimlərinin də keçirilməsinə icazə veriləcək.

 

Əslində isə belə deyil, məhərrəmlik məclislərinin keçirilməsinə heç bir rəsmi icazə yoxdur.

Ekspertlər deyir ki, Məhərrəm ayında kütləvi mərasimlərə icazə verilməsi yolverilməzdir və bu, yoluxmanın daha ciddi şəkildə artımına səbəb ola bilər. İlahiyyatçılar deyir ki, toyların keçirilməsinə icazə verildi və bu yoluxma dinamikasının artmasına səbəb oldu, ortaya daha böyük yoluxma rəqəmi çıxardı.

İlahiyyatçıların fikrincə, Məhərrəm ayında kütləvi ehsan süfrələrinin açılması, əzadarlıq məclislərinin təşkili, xüsusən də Aşura mərasiminin çoxlu sayda insanın iştirakı ilə keçirilməsi yaxşı nəticələrə səbəb olmaz. Artıq iki ildir ki, pandemiya səbəbindən ölkəmizdə Məhərrəm ayında kütləvi mərasimlərin keçirilməsi məqsədəuyğun sayılmır. Bizimlə yanaşı digər müsəlman ölkələrində də buna yol verilmir.

  • “Təziyə yığıncaqlarının, mərasimlərinin keçirilməsi tövsiyə olunmur”

İlahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Məhərrəm ayı təkcə bir yüz il deyil, neçə yüzillərdir qeyd edilir. H.T.Hüseynlinin sözlərinə görə, bizim xalqımız da əsrlərdir ki, dini müqəddəslərin istər şəhadət, vəfat günlərini, istərsə də mövludlarını keçirir. Azərbaycanda dini bayram və mərasimlər, eləcə də Məhərrəmlik kimi hüzn ayı ənənəvi olaraq keçirilir. İldə bir dəfə möminlərin Həcc ziyarətinə getməsi, cümə günləri məscidlərə toplaşması kimi rituallar müsəlman, türk dünyasında həmrəyliyin, birliyin, vəhdətin bir nişanəsi olmalı olduğunu deyən ekspert dedi ki, Azərbaycanda hər zaman əza məclisləri, təziyə mərasimləri, Aşura kütləvi olaraq qeyd edilib, insanlar İmam Hüseyn sevdasını bu mərasimlərdə ifadə ediblər. H.T.Hüseynli hesab edir ki, pandemiya bizdən insanlarımızın sağlamlığı, yoluxmanın artmaması üçün bir çox ənənəvi mərasimlərin kütləvi icrasını müvəqqəti olaraq dayandırmağı tələb edir. “İki ildir ki, Məhərrəm ayı, Aşura pandemiya dövrünə düşür və pandemiya ilə mübarizə qaydalarına uyğun olaraq kütləvi təziyə yığıncaqlarının, mərasimlərinin keçirilməsi tövsiyə olunmur. Məhərrəmlikdə kütləvi məraimlərin keçirilməsi yoluxma sayının artmasına səbəb olacaqsa, bu mərasimlərin təşkil edilməsi düzgün deyil. İnsan həyatını təhlükəyə atan hər hansı bir məsələyə yol verilməsi islama görə qətiyyən yol verilməzdir”.

Ekspertin sözlərinə görə, əslində ideoloji təməl prinsiplərinə, köklü ədəbiyyata baxsaq görərik ki, hüzn məclislərinin təşkili islam dinində bəyənilən bir əməldir, vacib göstəriş olmasa da, bəyəniləndir. “Hətta icrası təxirə salmayan vacib göstərişlər olsa belə, insan üçün təhlükəli şərait varsa o təxirə salına bilər. Ən vacib ibadət namazdır, Yaradanla danışma ən ümdə, ən vacib ibadətdir. Orada da Yaradan deyir ki, sizin canınıza, malınıza təhlükə olıacaqsa ibadəti dayandırın. Aşura məclislərinə gəldikdə isə, bilirsiz ki, Azərbaycanın da öz şəhidləri var. Şəhidlik mənəviyyat məktəbidir, fədakarlıq məktəbidir. Həqiqətin, ədalətin, doğrunun tərəfində prinsiplial olaraq dayanmaq, mübarizlərin cərgəsində olmaq özü də bəyəniləndir. Ümiummilli liderimiz Bibiheybət məscidinin açılışındakı nitqində Məhəmməd Peyğəmbərin nəvəsinin haqsızlığa qarşı mübarizəsinə, Kərbəla hadisəsinə çox böyük dəyər verdiyini açıqlamışdı”.

Mənəvi, dini dəyərlərimizə dövlətimiz və xalqımız tərəfindən hər zaman böyük dəyər verildiyini və veriləcəyini də deyən H.T.Hüseynlinin sözlərinə görə, amma pandemiya dövründə kütləvi tədbirlərin keçirilməsi insan sağlamlığını təhdid altına alırsa onlar təxirə salınmalıdır: “Kütləvi məraimlərin keçirilməsi insan sağlamlığını təhdid edirsə, insanlara ziyan verəcəksə, ölüm sayını artıracaqsa onlar təxirə salınmalıdır, yaxud da müəyyən məhdudiyyətlərlə olmalıdır. Bu gün məscidlərdə 50 nəfər insanın ibadətinə icazə verilir, bəlli ölçüdə məsafələr saxlanılır. Harada olursa olsun, keçirilən istənilən kütləvi tədbir insan taleyinə zərbə vuracaqsa, yoluxmaya, xəstəliyin artmasına, ölümə səbəb olacaqsa islam dini o mərasimin keçirilməsini qadağan edir. Biz öz mənəvi dəyərlərimizə, böyük şəxsiyyətlərimizə, dini müqəddəslərimizə, Əhli-Beytə hər zaman böyük sevgi, sayğı bəsləyirik, bəsləyəcəyik də. Biz bütün dəyərlərimizə qiymət verməyi bacarırıq. Amma dediyim kimi indiki şəraitdə hər kəs çalışmalıdır ki, yoluxmaya səbəb olan heç bir addım atmasın. Pandemiya bitdikdən sonra bütün mərasimlərimiz ənənəvi qaydada böyük coşğu ilə qeyd ediləcək”-deyə H.T.Hüseynli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ