Cümə axşamı günü, 12 noyabr 2026
     

Qlobal istiləşmənin fəsadları ölkəmizin dağ zonalarına daha tez çatdı…

Image


2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan ölüb. Bu rəqəmlər mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının "Aclıq Virusu Yüksəlir" adlı hesabatında əks edilib.

Sənədə əsasən, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub. Kəskin artıma səbəb kimi qlobal istiləşmə, pandemiya ilə əlaqədar ərzaq qiymətlərinin 40% artması göstərilir. Belə hesab edilir ki, müəyyən müddətdən sonra koronavirusa qalib gəlmək ehtimalı yüksək olsa da qlobal istiləşmə, iqlim dəyişikliyi insanlar üçün daha ciddi problem olacaq. Qeyd edək ki, qlobal istiləşmə yerin orta səthi temperaturunun zərərli qazlar səbəbindən yüksəlməsidir. Belə ki, karbon dioksid, metan qazları istiliyi çəkərək özündə saxlayır və hər hansı bir yolla torpaqdan çıxmasına imkan vermir. Ətraf Mühitin Mühafizəsi Agentliyi ötən əsr ərzində yerdə temperaturun 0,8 dərəcə yüksəldiyini açıqlayıb. Temperatur artımı əsasən əsrin son 25 ilinin payına düşüb. Bu, onu göstərir ki, temperatur əvvəlki illərlə müqayisədə daha sürətlə yüksəlməkdədir. Sənayenin durmadan inkişafı, təbiətin çirkləndirilməsi, meşələrin qırılması qlobal istiləşmənin insan fəaliyyəti ilə bağlı olan səbəbləridir. Bu gün dünyanın bir çox ölkəsində yaşanan quraqlıq, eləcə də sel fəlakətləri məhz qlobal istiləşmənin nəticələridir. Belə bir vaxtda dünyanın müxtəlif ölkələrindən 68 elm adamının "Lanset" jurnalında yayılan ortaq araşdırmasında bildirilib ki, qlobal istiləşmə ilə bağlı aparılan elmi araşdırmalar gecələr isti temperaturun şimal bölgələrində də artmağa başladığını ortaya çıxarıb. Araşdırmaya əsasən, bu günə qədər dünyanın tropik bölgələrində qeydə alınan gecə istiliyi artıq şimala doğru yayılır. Bu fonda uzunmüddətli iqlim dəyişikliklərini müşahidə edən Avropa “Copernicus” proqramının məlumatlarına görə, cari ilin iyun ayı Şimali Amerika ərazisində iqlim müşahidələrinin tarixində ən isti ay olub. Təkcə Kanadada ekstremal hava şəraiti ən azı yüzlərlə insanın həlak olmasına səbəb olub. Qurbanların daha dəqiq sayını yalnız bir müddət keçdikdən sonra hesablamaq mümkün olacaq. 2003-cü ilin yayında Avropada ekstremal istidən, təxminən, 70 min insanın həlak olması yalnız beş il sonra məlum oldu. İlkin qiymətləndirmələrə görə onların sayı daha az, təxminən 30 min nəfər idi. Ekspertlərin yekdil rəyinə görə, 2021-ci ilin görünməmiş isti yayının əsas səbəblərindən biri qlobal istiləşmə, yəni istixana effekti nəticəsində atmosferin qızmasıdır.  Oksford Universitetinin ətraf mühit dəyişiklikləri İnstitutunun professoru Frederike Otto  qeyd edir: "Şübhəsiz ki, burada əsas rolu iqlim dəyişiklikləri oynayıb". Onun sözlərinə görə, istilik qasırğa və ya sunami kimi digər təbii kataklizmlər kimi hiss olunacaq şəkildə öldürmür, lakin çox vaxt heç də onlardan az effektiv deyil. İstidən ölümləri iqlim dəyişiklikləri ilə birbaşa əlaqələndirməyə və fəlakətin miqyasını qiymətləndirməyə imkan verən bir sıra tədqiqatlar var.

“Oxfam” humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb.   Son qiymətləndirmələrə görə, əgər qlobal istiləşmə olmasa idi, ekstremal isti hava qurbanları təxminən 50 faiz  daha az olardı. Bu fonda “Nature” jurnalında yüksək temperaturların dünyanın müxtəlif bölgələrində hər hansı səbəbdən ölüm səviyyəsinə təsirinə dair məqalə dərc edilib. Genişmiqyaslı tədqiqatın müəllifləri - 43 ölkədən 70 iqlimşünas və epidemioloq belə nəticəyə gəliblər ki, insan üzündən baş verən qlobal istiləşmə ümumi istilikdən həlak olanların 37 faizinə səbəbdir. Kolumbiya və Ekvador kimi bəzi ölkələrdə isə bu pay hətta dörddə üçü keçir. Ümumdünya Səhiyyə Təşkilatına görə iqlim dəyişiklikləri on minlərlə insan həyatına son qoyur. İqlim dəyişikliklərinin səbəb olduğu bütün temperatur kataklizmləri nəzərə alınmaqla, bəzi təxminlərə görə hər il 5 milyondan çox insan onların qurbanı olur. Dünyanın tərkib hissəsi kimi qlobal istiləşmə ilə bağlı proseslər Azərbaycanda da müşahidə edilir. Müxtəlif illərdə, elə bu il də  Azərbaycanda anomal istilər müşahidə edilib. Bu da iqlim dəyişmələrinin təsirinin nəticəsidir. Azərbaycanda yüksək dağlıq ərazilərdə temperaturun artması daha çox müşahidə edilir. Tədqiqatlar göstərir ki, yüksək dağlıq ərazilərdə temperatur 1,1-1,3 dərəcəyə qədər artıb.  Lakin Azərbaycanın ümumi fiziki-coğrafi şəraiti, iqlim sistemi əsas verir ki, digər dünya ölkələri ilə müqayisədə iqlim dəyişmələrinə adaptasiya prinsiplərinin işlənməsində, ölkənin təbii şəraitindən optimal istifadə etməklə gələcəkdə təbii fəlakətlərdən dəyən zərəri minimuma endirməkdə, əhalinin ərzaq təminatının təmin olunmasında daha uğurlu mövqe əldə edilsin. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Qeyd edək ki, qlobal istiləşmə ilə mübarizə üçün 2015-ci ildə 186 ölkə və Avropa İttifaqı Paris İqlim Sazişini imzalayıb. Azərbaycan bu sazişə 2016-cı ilin aprel ayında imza atıb.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ