Cümə axşamı günü, 12 noyabr 2026
     

44 günlük müharibəmizin ekran-kino əbədiyyəti - “türk kinematoqraflarına verin, tariximizi rəzil etməyin”...

Image


Azərbaycan tarixinə möhtəşəm bir hadisə kimi daxil olan 44 günlük Vətən müharibəsinin bədii sənətdə, xüsusən də kinoda öz əksini tapması, bütün hadisələrin incəliyi, detallarının ifadə olunması olduqca vacib bir məsələdir.

Əzəmətli, müzəffər Azərbaycan Ordusunun, əsgər, zabit və generallarımızın göstərdikləri böyük qəhrəmanlıqlar, əzm və cəsarət, sərgilədikləri unikal döyüş taktikasının bütün dünyanı heyrətə gətirdiyi məlumdur.

Bu müharibənin içində açıq döyüşlər də, kəşfiyyat da, əks-kəşfiyyat da, xüsusi təyinatlılarımızın, bir sözlə, ordumuzun böyük şücaəti var. Bu da imkan verir ki, bunların hər biri haqqında ayrılıqda bədii filmlər, seriallar çəkilsin. Gizlin deyil, Azərbaycan kinematoqrafiyasının elə gücü yoxdur ki, bu mövzularda filmlər çəksin, əgər çəksələr də, mövzunu şikəst edəcəklər.

Ümumiyyətlə, tarixi filmlər, tarixi hadisələri, müharibələri bədii filmə çevirmək sahəsində qardaş Türkiyənin böyük təcrübəsi var. İndiki rejissura ilə hazırkı şəraitdə bu mövzunu Azərbaycan kinematoqrafının ixtiyarına buraxmaq mövzunu məhv etmək deməkdir.

44 günlük müharibə ilə bağlı mövzunun kinolaşdırılması işinin, kəşfiyyatımızın fəaliyyətinin, açıq, əlbəyaxa döyüşə girən qəhrəmanlarımızın, xüsusi təyinatlılarımızın şücaətini əks etdirən filmlərin çəkilməsinin Türkiyə kinematoqraflarına həvalə edilməsi daha məqsədəuyğundur.

Ekspertlər, xüsusən də tarixçilər qeyd edirlər ki, Türkiyə kinematoqrafının bu sahədə böyük təcrübəsi var. Son dövrlər Türkiyə tarixi ilə bağlı onlarla maraqlı filmin çəkildiyini nümunə göstərən ekspertlər bildirirlər ki, Türkiyə kinematoqrafları erkən orta əsrlər dövrü ilə bağlı “Diriliş Ərtoğrul”, “Oyanış: Böyük Səlcuqlu”, eyni zamanda da Birinci Dünya müharibəsinə aid “Paytaxt Əbdülhəmid”, 1916-cı ildən bəhs edən “Mehmetçik Kutul-Amare” və sair filmlər çəkiblər ki, bu filmlərə baxan tamaşaçı heyrətini və heyranlığını gizlədə bilmir.

Ekspertlər deyirlər ki, ümumiyyətlə, Qarabağ mövzusu ilə bağlı filmlər Türkiyənin kino şirkətlərinə həvalə edilməlidir ki, ortaya məzmunlu, maraqlı, gerçək tariximizi özündə ehtiva edən bədii-tarixi filmlər, seriallar çıxsın.

  • “Bu işə peşəkar münasibət olmalı, bu vacib mövzu qeyri-peşəkarlara etibar edilməməlidir”

Tanınmış tarixçi, tədqiqatçı Hafiz Cabbarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu mövzuda filmlərin çəkilməsində türkiyəli kinematoqrafların iştirakı, onların təcrübəsindən istifadə edilməsi məqsəduyğundur. “Tamamilə razıyam ki, 44 günlük Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişləri Türkiyə kinematoqraflarına həvalə edilməli, amma burada Azərbaycan kinematoqrafları da iştirak etməlidirlər. Bu, Türkiyənin tarixi kino istehsalı təcrübəsinin öyrənilməsi baxımından çox vacibdir, peşəkarlığın artmasına təkan ola bilər.

Doğrudan da Türkiyədə son dövrlər çəkilən  “Diriliş Ərtoğrul”, “Kurtuluş Osman”, “Paytaxt Əbdülhəmid” və sair filmlər həm bədiilik, həm rejissor işi, həm də aktyor oyunu baxımından çox keyfiyyətlidir, təsiredicidir.

Vətən müharibəsi baxmayaraq ki, 44 gün çəkdi, amma 44 əsr də kifayət etməz ki, bu müharibədə Azərbaycan əsgərinin, zabitinin, xüsusi təyinatlısının, kəşfiyyat və əks-kəşfiyyatının və sair qəhrəmanlığını, şücaətini əks etdirə bilsin. Yəni pafosla deyilən bir fikir deyil, həqiqətdir, reallıqdır. Allah hər bir şəhidimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, əsgərlərimizi, zabitlərimizi qorusun. Doğrudan da həm hərbi əməliyyatların çox yüksək səviyyədə hazırlanması, həm də əməliyyat planlarının qüsursuz yerinə yetirilməsi bizi qələbəyə apardı. Bilirsiniz, istənilən mükəmməl hərbi əməliyyat planının həyata keçirilməsi üçün qəhrəman əsgər, ağıllı zabit lazımdır, bunu Azərbaycan əsgəri və zabiti bacardı. Bu müharibədə xüsusi təyinatlılarımız, artilleriyaçılarımız, hərbi hava qüvvələrimiz, hava hücumundan müdafiə edənlər və başqaları öz vəzifələrini qüsursuz yerinə yetirdilər. Elə Şuşanın əlbəyaxa döyüşlə işğaldan azad edilməsi dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Məşhur Çin hərbi strategi Sum Çu var, onun hərbi strategiyası, savaş sənəti bütün dünyanın hərb akademiyalarında keçilir. Mən o kitabı oxumuşam. Azərbaycan Ordusunun hərbi əməliyyatlarını təhlil edəndə görürsən ki, Sum Çunun hərbi strategiyası bəlkə də dünyada ən ideal surətdə 44 günlük müharibədə həyata keçirildi. Hətta sizə bir maraqlı fakt deyim. Dünyada 15 mindən çox müharibə olmayıb, heç bir müharibə olmayıb ki, o müharibədə qalib tərəfdən də, məğlub tərəfdən də fərari olmasın. Yəni döyüşün gedişində mütləq fərari olur, geriçəkilmə olur. Elmi əsaslarla deyirəm, dünyada yeganə müharibə 44 günlük müharibə olub ki, Azərbaycan Ordusunda heç bir fərarilik olmadı. Bizdə bir nəfər də olsun fərari olmadı.

Cənab Prezident də vurğulayıb ki, hərbi əməliyyatların gedişində bir addım belə geriçəkilmə olmayıb. Təkcə elə bu faktın özü dünya hərb tarixinə qızıl hərflərlə yazılmağa layiqdir. Biz 44 günlük müharibəni tarix kitablarında yazacağıq”.

H.Cabbarovun fikrincə, bədii kinonun ictimai şüura çox böyük təsiri var. O hesab edir ki, kitab, dərslik bəlli bir kütləyə, oxucu auditoriyasına xitab edirsə, ondan fərqli olaraq, filmin auditoriyası çox genişdir: “Fikrimcə, 44 günlük müharibə, müharibədə iştirak edən Azərbaycanın qoşun növlərinin həri biri, onların qəhrəmanlığı haqqında ayrıca bədii-tarixi filmlər çəkilməlidir. Xüsusən də Şuşanın azad olunması əməliyyatı mütləq şəkildə ekranlaşdırılmalı, Şuşa qəhrəmanları ölümsüzləşdirilməlidirlər. Hesab edirəm ki, bu mövzuda filmlərin çəkilişi Türkiyənin kino şirkətlərinə həvalə edilməli, ancaq bu filmlərin çəkilməsində Azərbaycan kinematoqrafları, aktyorları da iştirak etməlidirlər. Bu daha məqsədəuyğun olardı ki, onların birgə əməyi nəticəsində bu mövzuda olan filmlər meydana çıxsın. Bununla da biz bu möhtəşəm qələbəni bizə qazandıranların haqqını qaytarmış olarıq, onları ölümsüzləşdirə, onların qəhrəmanlığını gələcək nəsillərə ötürə bilərik.

Vaxtilə bizim çox gözəl ssenaristlərimiz, rejissorlarımız olub. Onların 50-ci, 60-cı, 70-ci illərdə, 80-ci illərin əvvəllərində çəkdiyi filmlər bu gün də baxılır, bu gün də maraqla izlənir. Ancaq çox təəssüflər olsun ki, son illər belə filmlər görə bilmirik. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Çünki istedada yox, başqa amillərə üstünlük verilir. Ona görə də filmlər aşağı səviyyədədir. Bu elə bir müqəddəs qələbədir ki, bunu həvəskar, yaxud da aşağı səviyyədə pul üçün film çəkənlərə yox, sözün əsl mənasında, yüksək səviyyədə ekran əsəri yaratmağı bacaran insanlara etibar etmək olar.

Türkiyə kinematoqraflarının bilavasitə rəhbərliyi, təşkilatçılığı və məsləhətləri, Azərbaycan kinematoqraflarının da iştirakı ilə 44 günlük müharibə barədə filmlər çəkilməsi tam mümkündür. Vətən müharibəsində böyük əzmkarlıq, qəhrəmanlıq göstərən ayrı-ayrı qoşun növlərimizlə bağlı ayrıca filmlər çəkilməsi vacibdir. Amma bu işə peşəkar münasibət olmalı, bu vacib mövzu qeyri-peşəkarlara etibar edilməməlidir.

Hesab edirəm ki, peşəkar səviyyədə çəkilməli olan bu filmlər vasitəsilə daha böyük auditoriyaya müraciət edilə və qələbəmiz özünə layiq şəkildə təbliğ oluna bilər” - deyə H.Cabbarov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ