Cümə günü, 13 noyabr 2026
     

Tərcümə Mərkəzi ilə AMEA-nın orfoqrafiya lüğəti ziddiyyəti...

Image


Azərbaycan dilinin yaşadılması, təbliği indiki şəraitdə daha vacib məsələlərdən biridir. Azərbaycan dilinin mühafizəsi, yaşadılması dövlət siyasətinin əsaslarından birini təşkil edir. Bunu ölkə başçısının dilimizlə bağlı ayrı-ayrı vaxtlarda verdiyi sərəncamlar, imzaladığı sənədlər və Dövlət Proqramı bir daha təsdiqləyir. Amma görək, bu işi müvafiq qurumlar məsuliyyətlə yerinə yetirə bilirlərmi?

Təəssüf ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun hazır olduğunu elan etdiyi orfoqrafiya lüğətindən xəbər yoxdur. Halbuki, həmin vəsaitin heç olmasa elektron variantı yayımlanmalı, ya bu qurumun, ya da Nazirlər Kabinetinin saytında yerləşdirilməli idi. Amma biz bunu hələ ki, görə bilmirik. Onu da vurğulayaq ki, sözügedən layihənin ilk variantları ictimai müzakirəyə verilmişdi və mütəxəssislərin bir qismi bunu təqdir etsə də, tənqid edənlər də az olmamışdı.

Bu günlərdə KİV-də məlumat yayılıb ki, AMEA-nın çap edəcəyi orfoqrafiya lüğətinin alternativi nəşr olunub, özü də Azərbaycan Tərcümə Mərkəzi tərəfindən. Məlumatlara görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.Tərcümə Mərkəzindən mətbuata verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramasından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə, 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözünü, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləşdirməsidir.

Qeyd etdiyimi kimi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu da “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni çap etməli idi, lakin hələ etməyib. Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən bu lüğət isə AMEA-nın çap edəcəyi lüğətin alternativi sayılır. AMEA-nın "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı isə bir neçə dəfə təxirə salınıb.

  • Afaq Məsud: “Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində...”

Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud Dilçilik İnstitutunun hazırladığı orfoqrafiya lüğətini “Dilçilik İnstitutunun lüğətində danq-dunq, vıj-vıj kimi sözlər yer alıb”-deyə tənqid edib. Mərkəz tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə yazdığı ön sözdə Xalq yazıçısı belə fikirlər qeyd edib: “Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlistliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının, ilkin olaraq müəyyən edilmiş 20 000-dən dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, sonuncu beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq. İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlanarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq. Bu mənzərə 2004, 2013-cü illərdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində özünü daha qabarıq büruzə verdi.

Belə ki, əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlandığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan ikili, bəzən üç variantda, yaxud tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən çar-çar, car-cur, cur-cur, dız-dız, dın-dın, danq-danq, danq-dunq, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dibdəndüşmə, dəyməağlarlıq, dır-dıretmə, ditetmə, dız-dızoynama, qalaq-qalaqoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstərmə, yumurtayadüşmə və s. bu kimi minlərlə söz quramalarıyla “zənginləşdirildiyi” araşdırma işlərinin ilkin mərhələlərindən müəyyən edildi. Yaranmış vəziyyət bu milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı kitabımızın Azərbaycan ədəbi dilinin norma və qaydalarına müvafiq qaydada yenidən hazırlanması zərurətini gündəmə gətirdi”.

  • Möhsün Nağısoylu: “Hələ çap olunmamış orfoqrafiya lüğətinin tənqid edilməsi heç cür məntiqə sığmır”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, A.Məsud Dilçilik İnstitutunun yeni hazırladığı lüğəti deyil, 2013-cü ildə nəşr edilən lüğəti tənqid edib: “Bizim hazırladığımız lüğətdən söhbət getmir. Afaq Məsud 2013-cü ildə çap olunan orfoqrafiya lüğətini tənqid edib. Bizim orfoqrafia lüğəti hələ çap olunmadığı üçün onun tənqid edilməsindən söhbət gedə bilməz. 2018-ci ildə çıxan lüğəti də Nizami Cəfərov tənqid etmişdi. Mən həmin lüğətə ön söz yazmışam və orada qeyd etmişəm ki, bəzi tənqidi fikirlər var və onlar həqiqətə uyğun gəlir. Tənqidə səbəb olan  nöqsanların hamısını yeni lüğətdə aradan qaldırmışıq. Orada bəzi təkrarçılğa yol verilmişdi, onu danmaq olmaz, təqlidi sözlərin hamısını çıxarmışıq. İndi onu nahaq yerə yazıb. O vaxt lüğət 2013-cü ildə çap olunmuşdu, indi 2020-ci ildir. Hələ çap olunmamış orfoqrafiya lüğətinin tənqid edilməsi heç cür məntiqə sığmır, “dınq-dınq”, “vıj-vıj” kimi sözləri biz lüğətdən çıxarmışıq. Biz bütün tənqidləri nəzərə almışıq” - deyə M.Nağısoylu qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ