Avropa Komissiyası rusiyalılar üçün turist vizalarının tamamilə qadağan edilməsini nəzərdən keçirir.
Bu barədə "İzvestiya" qəzeti Avropa mənbəsinə istinadən xəbər verir.
Təkliflərin AB üzv dövlətləri ilə əlaqələndirilərək müzakirə olunduğu deyilən xəbərdə bildirilir ki, qadağanın mümkün tətbiqi üçün konkret müddət, eləcə də məsələ ilə bağlı konsensusa gəlinib-gəlməyəcəyi məlum deyil.
"Hazırda AB rəhbərliyinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsini qadağan etmək üçün heç bir qanuni hüququ yoxdur. Ən çox ehtimal olunan ssenari rusiyalılara turist vizaları verən ölkələrin sayının tədricən azaldılması və onların alınması qaydalarının sərtləşdirilməsidir", - qəzet yazır.
SAMİRƏ