çərşənbə axşamı günü, 30 iyun 2026
     

Ermənilərin apellyasiya məhkəməsi davam edir...

Image


İyunun 30-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən şəxslər Madat Babayan və David Babayanın hər birinin hüquqlarını qoruyan iki vəkilindən birinin səhhətlərində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədikləri qeyd olunub. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq onlara dövlət hesabına yeni müdafiəçilərin təyin edildiyi proses iştirakçılarının diqqətinə çatdırılıb.

Ardınca yeni təyin olunmuş müdafiəçilər məhkəmə prosesi iştirakçılarına təqdim olunub. Təqsirləndirilən şəxslər müdafiəçilərinə iştirakına etiraz etmədiklərini bildiriblər.

Bundan sonra məhkəmə çıxışları davam etdirilib.

Daha sonra təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək məhkəmə iclaslarının protokolları ilə tanış olduqdan sonra hazırladığı qeydləri təqdim etmək istədiyini bildirib.

Məhkəmə kollegiyasının sədri iclas protokolları ilə tanış olmağın onun prosessual hüququ olduğunu qeyd edib.

Davit İşxanyana izah olunub ki, protokollara dair qeydləri Azərbaycan dilində təqdim edilmədiyi üçün onların tərcümə olunduqdan sonra məhkəməyə təqdim edilməsi zəruridir. Bildirilib ki, qeydlər şifahi deyil, yazılı formada və Azərbaycan dilində təqdim olunmalıdır.

Qeydlər tərcümə olunduqdan sonra məhkəmə prosesində çəkişmə zamanı bərabərliyin təmini üçün ittiham tərəfinə də təqdim edilməlidir.

Davit İşxanyan qeydlərinin tərcüməçiyə təqdim olunmasına şərait yaradılmasını xahiş edib. Məhkəməyə sədrlik edən bunun üçün ona müvafiq imkan yaradılacağını bildirib.

Daha sonra çıxış edən David Babayan yeni təyin olunmuş müdafiəçisi ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.

Məhkəmə iclası müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxışlarla davam etdirilib.

Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi çıxış edərək hüquqlarını qoruduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Davit Allahverdiyan müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətini müdafiə etdiyini və həmin şikayətdə göstərilən dəlillərlə razı olduğunu bildirib.

Sonra Melikset Paşayanın müdafiəçisi çıxış edib. O, təqsirləndirilən şəxs barəsində 2026-cı il 5 fevral tarixli ittiham hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Çıxış edən M.Paşayan müdafiəçisinin səsləndirdiyi mövqeni dəstəklədiyini bildirib. O, özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini qeyd edib.

Sonra təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi çıxış edib. Vəkil çıxışında D.İşxanyan barəsində 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Ardınca təqsirləndirilən şəxslərin müdafiəçiləri ilə konfidensial görüşlərinin təmin edilməsi məqsədilə məhkəmə iclasında fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclasında çıxışlar davam etdirilib.

Çıxış edən təqsirləndirilən Davit İşxanyan əvvəlcə vəsatət verərək özü tərəfindən hazırlanmış apellyasiya şikayətinin və ərizəsinin dublikat nüsxələrinin cinayət işinin materiallarına əlavə olunmasını məhkəmədən xahiş edib. Ardınca bildirib ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil.

Məhkəmənin növbəti iclası iyulun 3-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

ZÜMRÜD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

30.06.2026 / 19:22
Avropada istilər yüzlərlə insanın həyatına son qoydu...

30.06.2026 / 19:17
Avropada islamofobiya daha da şiddətlənir...

30.06.2026 / 19:13
Paşinyanın "Rusiya macəraları" erməni sahibkarlarını çökdürür...

30.06.2026 / 19:02
Nyu-Yorkda göyərtəsində 220 sərnişin olan təyyarə dronla toqquşdu...

30.06.2026 / 18:46
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verildi - FOTO

30.06.2026 / 18:16
Ankaraya yeni nəzər

30.06.2026 / 18:10
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres tarixi İsmailiyyə binasında davam edib

30.06.2026 / 18:09
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026 / 18:01
Bakıda qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi - VİDEO

30.06.2026 / 17:46
Türkiyədə təhsil islahatlarına Tacikistan etiraz edir - Türküstan, ya İranzəmin...?

30.06.2026 / 17:32
Dəhşətli istilər Avropada nəqliyyat infrastrukturunu çökdürür - dəmir yolu relsləri əyilir, asfalt əriyir, svetoforlar sıradan çıxır...

30.06.2026 / 17:12
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026 / 16:57
İmtahan nəticələri açıqlandı

30.06.2026 / 16:47
Bodrumda Kılıçdaroğluna qarşı imza kampaniyası - “Səni şəhərimizdə istəmirik”…

30.06.2026 / 16:36
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

30.06.2026 / 16:15
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

30.06.2026 / 16:12
Avrokomossiya rusiyalıların xaricə çıxışını yasaqlayır…

30.06.2026 / 16:08
NATO Zirvəsi öncəsi gizli hərbi planlar sızdı - Türkiyə F-35 qarşılığında S-400-ü Seula satır...

30.06.2026 / 15:32
Daha 6 itkin-şəhid dəfn ediləcək

30.06.2026 / 15:26
Avropa Birliyindən Ukraynaya 4 milyardlıq növbəti tranş - hərbi ehtiyaclar üçün…

30.06.2026 / 15:16
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi... - YENİLƏNDİ

30.06.2026 / 15:11
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 14:42
Kinonatoqrafçılar yeni sədr seçkisini "0"-dan başlayacaqlar...

30.06.2026 / 13:55
Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

30.06.2026 / 13:42
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

30.06.2026 / 13:36
İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

30.06.2026 / 13:18
Əli Əsədovun fermerlərə 100 bu başdan, 400 manat o başdan "dəstək qərarı" ...

30.06.2026 / 13:06
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

30.06.2026 / 12:56
Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

30.06.2026 / 12:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

30.06.2026 / 12:48
Qarabağ reallıqları fonunda ikili standartlar

30.06.2026 / 12:46
Zərgərlər Trampa 321 brilyantla bəzədilmiş üzük hədiyyə etdi...

30.06.2026 / 12:39
“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyası təsis olundu

30.06.2026 / 12:30
İlk Türkoloji Qurultayın Bakıda keçirilməsi Demokratik Respublika ilə bağlı idi - Əliyev tarixi xatırlatdı...

30.06.2026 / 12:18
Nazir repetitorluğun qadağan edilməsinin mümkün olmadığını deyir...

30.06.2026 / 12:09
MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur

30.06.2026 / 12:02
David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib

30.06.2026 / 11:56
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin dördüncü təlimi

30.06.2026 / 11:53
Putinin vətəndaşlıq rüsumunu 12 dəfə artırmasının hədəfləri arasında biz də varıq...

30.06.2026 / 11:51
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

30.06.2026 / 11:32
"Azərbaycan 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib" - Nazir müavini

30.06.2026 / 11:30
Rusiyada yanacağın daha da bahalaşacağı anons edildi – "artıq limitsiz və ucuz benzin gözləməyin”...

30.06.2026 / 11:22
"Prezident İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki..." - ABŞ konqresmeni

30.06.2026 / 11:10
"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq" - Emin Əmrullayev

30.06.2026 / 10:52
İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlandı

30.06.2026 / 10:24
Azərbaycanda heyvanlar da birjada satılacaq...

30.06.2026 / 10:03
Monakoda ukraynalı oliqarxa sui-qəsd cəhdi - 2-si ağır, 3 yaralı var...

30.06.2026 / 09:50
Azərbaycan nefti bahalaşdı...

30.06.2026 / 09:27
Ermənistandakı Rusiya bazası bağlanır? - Rusiya XİN-dən açıqlama...

30.06.2026 / 09:26
Sinan Oğan suala sualla cavab verdi - gündəm oldu

30.06.2026 / 09:12
Rusiyada yanacaq böhranı dərinləşir - Moskvada satış məhdudiyyətləri sərtləşdirildi...

30.06.2026 / 08:50
İraqda korrupsiya əməliyyatı - nazir müavininin 14 milyonuna əl qoyuldu...

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniyada silahlı insident - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ