ABŞ prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək tarixi NATO Liderlər Zirvəsindən əvvəl verdiyi "Yəqin ki, Türkiyəni çox məmnun edəcək bir şey edəcəyəm" açıqlamasının arxasındakı hərbi planlar sızmağa başlayıb.
Əsas iddia isə 2019-cu ildən bəri bağlı olan F-35 qapısının sammitdə yenidən açıla biləcəyidir. Mənbələrə istinadən bildirilir ki, Türkiyənin Amerikanın F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulmasına imkan verəcək gizli S-400 formulu üzərində iş aparılır.
“Euractiv”ə danışan yüksək vəzifəli kəşfiyyat rəsmisi, F-35 satışının hələ yekun razılaşma olmadığını, lakin danışıqlarda mübahisəli məqam olan S-400 böhranını aradan qaldırmaq üçün masada "üçüncü ölkə" formulunun olduğunu irəli sürüb. İddialara görə, Moskva ilə münasibətlərin vəziyyəti nəzərə alınmaqla raketlərin Rusiyaya qaytarılması mümkün görünmür, lakin sistemlərin Seul hökumətinə təhvil verilməsi iki tərəf üçün də faydalı bir çıxış yolu kimi görünür. Kəşfiyyat mənbəyi bildirib ki, F-35 məsələsində hər hansı konkret irəliləyiş, Türkiyənin S-400 raket sistemlərini Cənubi Koreyaya satmasını nəzərdə tutan gizli bir formuldan asılı ola bilər.
Tahir TAĞIYEV