Nyu-York şəhərində sərnişin təyyarəsi eniş edərkən dronla toqquşub. Hadisə göyərtəsində 220 sərnişin olan Airbus A321 təyyarəsi ilə baş verib.
Sky News xəbər verir ki, dron birbaşa pilot kabinəsinin üzərinə düşüb. Aviaşirkətin mətbuat xidməti bildirib ki, toqquşmadan sonra təyyarə problemsiz eniş edib, uçuşdan sonrakı yoxlama üçün təyyarə istismardan çıxarılıb, lakin heç bir zədə və ya toqquşma əlamətləri aşkar edilməyib".
ABŞ Federal Aviasiya Administrasiyası (FFA) hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Tahir TAĞIYEV