Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Stanislav Naumov bildirib ki, ruslar keçmişdə olduğu kimi artıq yenidən limitsiz və ucuz benzin gözləməməlidirlər.
Naumov hazırkı yanacaq çatışmazlığını qiymətləndirərkən vətəndaşların "köhnə vərdişlərini geridə qoymalı" olduqlarını və cəmiyyətin istehlakını yeni şərtlərə uyğunlaşdırmalı olduğunu bildirib.
Naumov gələcəkdə benzinin həm baha, həm də məhdud olacağını bildirib və əlavə edib ki, prioritet aşağı qiymətlər deyil, ölkə daxilində yanacaqdoldurma məntəqələrində yanacağın fiziki olaraq əlçatan olmasını təmin etməkdir.
Tahir TAĞIYEV