Ukrayna Avropa Birliyindən daha 3,8 milyard avroluq tranş aldı. Baş nazir Yuliya Sviridenko bu barədə özünün Telegram kanalında məlumat verib.
"Avropa Birliyindən daha 3,8 milyard avro dövlət büdcəsinin xüsusi fonduna köçürülüb"- o yazıb.
Baş nazirin sözlərinə görə, vəsait "prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə - pilotsuz təyyarə istehsalına, müdafiə sənayesinin potensialının gücləndirilməsinə və cəbhə üçün təcili təchizatın təmin edilməsinə" sərf olunacaq.
Sviridenko xatırladıb ki, 25 iyunda büdcəyə eyni kredit çərçivəsində büdcə dəstəyi üçün 3,2 milyard avro verilib. Bu, Kiyevin bu proqram çərçivəsində aldığı vəsaitin ümumi məbləğini 7 milyard avroya çatdırır.
SAMİRƏ